Son iki həftədə Elm və Təhsil Nazirliyinə 31 mindən çox vətəndaş müraciət edib.
"Tehsil365" xəbər verir ki, iyunun 16-dan 30-dək Elm və Təhsil Nazirliyi və ona tabe qurumlara ümumilikdə 31 202 vətəndaş müraciəti daxil olub.
Müraciətlərin 17 818-i çağrı mərkəzləri vasitəsilə, 7 917-si elektron, 902-si isə yazılı formada yönləndirilib. Həmçinin bu müddət ərzində vətəndaş qəbulu zamanı 4 565 müraciət qeydə alınıb.
Daxil olan müraciətlər əsasən müəllimlərin sertifikatlaşdırma imtahanı, işə qəbul prosesi, birinci sinfə və məktəbəqədər təhsil müəssisələrinə qəbul, xarici diplomların tanınması, tələbələrin köçürülməsi və digər məsələlərlə bağlı olub.
.