Bu gün burada yalnız fəxri doktor adının təqdimatını deyil, həm də elm, milli həmrəylik və ortaq gələcək istiqamətində atılan önəmli bir addımı qeyd edirik.
“Tehsil365” xəbər verir ki, bunu AzTU-nun rektoru Vilayət Vəliyev Azərbaycan Texniki Universitetində Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatara Fəxri doktor diplomunun təqdimat mərasimində deyib.
“Prezident Ersin Tatar uzun illərdir ki, Türk dünyasının həmrəyliyi, qardaş xalqların bir-birinə daha da yaxınlaşması, milli dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində ardıcıl və qətiyyətli şəkildə fəaliyyət göstərir. Onun liderliyi sayəsində Şimali Kipr türk xalqı beynəlxalq siyasi mübarizədə öz haqq səsini ucaldır, ləyaqətli mövqeyini qoruyur və güclü gələcək qurur”, - deyə rektor bildirib.