Bu dəqiqələrdə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Xalq Artisti, unudulmaz müğənni Mirzə Babayevin xatirəsinə həsr olunmuş “Limanlar” adlı konsert proqramı başlayır.
“Tehsil365” xəbər verir ki, konsert proqramında tanınmış ifaçılar Mirzə Babayevin repertuarından sevilən mahnıları səsləndirəcəklər. Tədbir 2 iyul 2025-ci il tarixində keçirilir.