İyulun 2-də Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatara Azərbaycan Texniki Universitetinin (AzTU) Fəxri doktoru diplomunun təqdim edilməsi mərasimi keçirilib.
“Tehsil365” xəbər verir ki, əvvəlcə AzTU-nun foyesində ulu öndər Heydər Əliyevin büstü ziyarət olunub.
Tədbir iştirakçılarını salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev Ersin Tatarın türk dünyası birliyi üçün xidmətlərindən danışıb.
Daha sonra Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatara Fəxri doktor diplomu təqdim edilib.
AzTU-nun Fəxri doktoru, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar da öz növbəsində təşəkkürünü ifadə edib, bundan sonra da türk dünyasının həmrəyliyi istiqamətində səylərini əsirgəməyəcəyini xüsusi vurğulayıb.