Təhsil 365 - Logo Mobile

Bakı Dövlət Universitetində “Code8 Hackathon” keçirilib - FOTO

7203.07.2025 - 08:20
Bakı Dövlət Universitetində “Code8 Hackathon” keçirilib - FOTO

Bakı Dövlət Universitetində (BDU) Elm və Təhsil Nazirliyinin dəstəyi və “Code Academy”nin tərəfdaşlığı ilə “Code8 Hackathon” keçirilib. “Code For Future” layihəsi çərçivəsində keçirilən yarışda istedadlı universitet tələbələri və proqramlaşdırma sahəsində fəaliyyət göstərən peşəkarlar iştirak ediblər.

BDU-dan “Tehsil365”ə bildirilib ki, tədbirin məqsədi tələbələrin texniki biliklərini real iş mühitində tətbiq etməsi, komanda işi, vaxtın idarə olunması və təqdimat kimi vacib bacarıqlarını inkişaf etdirməsidir. Tədbir çərçivəsində 8 komanda 6 layihə üzərində işləyərək, öz ideyalarını peşəkar Münsiflər heyətinə təqdim ediblər.

“Hackathon” iştirakçıları sektorda tanınmış mütəxəssislərdən tövsiyələr almaq, gələcək karyera imkanlarını genişləndirmək və kreativ yanaşmalarını nümayiş etdirmək imkanı qazanıblar. Şirkət nümayəndələri isə yeni istedadları kəşf etmək, gələcəyin potensial proqramçıları ilə birbaşa ünsiyyət qurmaq və sahə üzrə biliklərini paylaşmaq imkanı əldə ediblər.

“Code8 Hackathon” gənclərin texnologiya sahəsində inkişafını dəstəkləmək və onları gələcəyin rəqabətli əmək bazarına hazırlamaq baxımından əhəmiyyətli addım kimi dəyərləndirilir.

Qeyd edək ki, “Code For Future” layihəsi 2021-ci ildən Elm və Təhsil Nazirliyi və “Code Academy”nin əməkdaşlığı ilə həyata keçirilir. Layihə bu müddət ərzində minlərlə tələbənin İKT sahəsində keyfiyyətli təhsil alaraq, iş dünyasına hazırlanmasına dəstək olub.

Aydan Ələkbərova

Xəbər Lenti

“Kimya testləri həddindən artıq çətin olub” – Təhsil eksperti sertifikasiya nəticələrini şərh etdi03.07.2025 - 16:05
Milli Kitabxanada “Naxçıvan. Biblioqrafiya” kitabı təqdim edilib - FOTO 03.07.2025 - 15:50
Teatr Xadimləri İttifaqı İdarə Heyətinin səyyar iclası Şəkidə baş tutub03.07.2025 - 15:40
“Milli Qəhrəmanlarımız” layihəsinin icrası davam edir03.07.2025 - 15:30
MİQ imtahanlarının ilk günü yekunlaşdı – Davamiyyət 81 faiz təşkil edib03.07.2025 - 15:15
Tələbə krediti üçün 2025-ci il sonunadək ayrılan vəsaitin məbləği açıqlanıb03.07.2025 - 15:05
393 abituriyentin yazı işi yenidən yoxlanılıb: 6 nəfərin balı azaldılıb03.07.2025 - 14:52
Qəbul imtahanı ilə bağlı apellyasiya qərarları açıqlanıb03.07.2025 - 14:42
“Elm və təhsil obyektivdə” foto-video müsabiqəsinə müraciətlər davam edir03.07.2025 - 14:32
Hava şəraiti ilə əlaqədar xəbərdarlıq edilib03.07.2025 - 14:22
25 ixtisas üzrə peşə tanınması imtahanında müvəffəqiyyət göstəricisi 25 faiz olub03.07.2025 - 14:12
Humanitar Kollec tələbələrinin ADPU-da keçdikləri təcrübə müddəti yekunlaşıb - FOTO 03.07.2025 - 14:02
II seansda MİQ-də 83% davamiyyət qeydə alınıb03.07.2025 - 13:52
Odlar Yurdu Universitetinin prorektoru, professor Tərlan Abdullayev vəfat edib - FOTO03.07.2025 - 13:39
Bu imtahanın nəticəsi açıqlanıb 03.07.2025 - 13:27
16 yaşlı yeniyetmə kanalda batdı03.07.2025 - 13:15
BDU-da elmi seminar: Karbon kredit bazarı və mümkün imkanlar - FOTO03.07.2025 - 12:55
BMU ilə “ATS Food” şirkəti arasında memorandum imzalanıb - FOTO03.07.2025 - 12:43
Kibersuveren dövlətin formalaşdırılması istiqamətində konseptual yanaşmalar işlənilir03.07.2025 - 12:30
DİM iyulun 13-də imtahan verəcək abituriyentlərə müraciət edib03.07.2025 - 12:18
Dövlət qulluğu üzrə imtahanlara qeydiyyat elan edilib03.07.2025 - 12:05
Çar Rusiyasının vəhşilikləri... - ŞOK OLACAQSINIZ!03.07.2025 - 11:35
Bəzi imtahan mərkəzində internet problemi YARANIB03.07.2025 - 11:23
Bugünki imtahanda 3771 namizəd iştirak edib03.07.2025 - 11:11
Nəzakət Mehdiyeva: Kimya müəllimlərinin 85 faizi sertifikatlaşdırmada 30 balı keçib03.07.2025 - 10:47
Naxçıvanda məktəb direktoru faciəvi şəkildə öldü03.07.2025 - 10:03
Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən MEK-ə nəşrlər hədiyyə olunub - FOTO03.07.2025 - 09:48
Attestata səhv qiymət yazan direktor cəzalandırıldı03.07.2025 - 09:37
“Mobil proqramçı” ixtisası üzrə təlimə qeydiyyat başlayıb03.07.2025 - 09:25
Sabahın hava proqnozu açıqlanıb03.07.2025 - 09:12
Nazir: Azərbaycanla Özbəkistan arasında təhsil sahəsində ciddi və dərin əməkdaşlıq mövcuddur03.07.2025 - 09:00
Naxçıvanda 500-dən çox vakant yer üçün 1700-dən çox namizəd imtahan verəcək03.07.2025 - 08:50
BANM tələbəsi dünyanın TOP universitetlərinə qəbul olub03.07.2025 - 08:40
Milli Aviasiya Akademiyası ilə Ədliyyə Nazirliyi arasında Memorandum imzalanıb - FOTO03.07.2025 - 08:30
“Qızıl səhifələr” kitabının yeni nəşri çapdan çıxıb03.07.2025 - 08:10
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti AzTU-nun Kitabxana İnformasiya Mərkəzi ilə tanış olub - FOTO03.07.2025 - 07:55
AMEA-da özbəkistanlı alimlərlə görüş keçirilib - FOTO03.07.2025 - 07:43
Şərqşünas-alim Qazaxıstanda keçirilən beynəlxalq konfransda məruzə ilə çıxış edib03.07.2025 - 07:32
BDU-nun 5 tələbəsi ECO-nun Gənclər Forumunda iştirak edir - FOTO03.07.2025 - 07:21
İyulun 6-da 41 mindən çox abituriyent qəbul imtahanı verəcək03.07.2025 - 07:11
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinə AzTU-nun Fəxri doktoru diplomu təqdim olunub03.07.2025 - 07:00
Azərbaycanla Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib - FOTO03.07.2025 - 06:50
Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib03.07.2025 - 06:40
Ağdamda Qırğızıstanın inşa etdiyi “Aykol Manas” məktəbi açılır: Açılışda Prezident Sadır Japarov iştirak edəcək03.07.2025 - 06:30
Bakıda maşın 7-ci sinif şagirdini vuraraq öldürüb03.07.2025 - 06:20
Bu gün bu müəllimlər imtahan verəcək03.07.2025 - 06:10
Xaricdə müəllimlik ixtisası üzrə təhsil alanların imtahan nəticələri açıqlandı: bəzi sahələrdə uğursuzluq 100 faizə çatıb03.07.2025 - 05:59