Təhsil 365 - Logo Mobile

Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən MEK-ə nəşrlər hədiyyə olunub - FOTO

5303.07.2025 - 09:48
Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən MEK-ə nəşrlər hədiyyə olunub - FOTO

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova, Fondun Aparat rəhbəri professor Fəxri Hacıyev və şair Fərid Hüseyn Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) olublar. Onlar kitabxananın direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovla görüş keçiriblər, MEK-ə nəşrlər hədiyyə ediblər.

MEK-dən “Tehsil365”ə bildirilib ki, öncə qonaqlara kitabxananın fəaliyyəti və strukturu barədə ətraflı məlumat verilib. Onlar Qarabağ müharibəsi qəhrəmanlarına həsr olunmuş unikal fond, eləcə də Akademiklər zalında nümayiş olunan və beynəlxalq tərəfdaşlar, diplomatik nümayəndəliklər tərəfindən hədiyyə edilmiş nəşrlərlə tanış olublar.

Hədiyyə olunan nəşrlər AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin göstərişi ilə MEK-in Diplomatik fondunda yaradılan “Türk Mədəniyyəti və İrsi Fondu” adlı guşəyə yerləşdirilib. Onların sırasında “Türk dünyasının görkəmli şəxsiyyətləri”, “Türk dünyasının tarixi inciləri”, “Türk ədəbiyyatının inciləri” və “Türk dünyasının elmi inciləri” adlı yeni kitab seriyaları yer alıb. Xüsusilə, “Divanü lüğat-it-türk”ün izahlı tərcüməsi sonuncu seriyanın ən qiymətli nümunələrindən biri kimi təqdim olunub.

Dəyirmi masa ətrafında davam edən görüşdə direktor Hüseyn Hüseynov MEK-in 100 illik fəaliyyəti, beynəlxalq əlaqələri və kitabxana fondunun zənginliyi barədə danışıb. Qeyd edib ki, hazırda kitabxanada 1,5 milyondan artıq sənəd saxlanılır və onların bir hissəsi artıq elektron formata keçirilib.

Kitabxana rəhbəri Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən hədiyyə edilən nəşrlərin MEK-in fonduna dəyərli töhfə olduğunu vurğulayıb və bu əməkdaşlığın davam edəcəyinə inandığını bildirib. Direktor, həmçinin çap nəşrləri ilə yanaşı, PDF versiyaların təqdim edilməsini oxucular üçün əhəmiyyətli imkan kimi dəyərləndirib.

Fondun prezidenti professor Aktotı Raimkulova bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü, Qazaxıstan, Qırğızıstan və Türkiyə dövlət başçılarının dəstəyi ilə yaradılan Fond Türk dünyasının zəngin mədəni irsinin qorunması və dünyaya tanıdılması istiqamətində fəal çalışır. O, MEK-lə əməkdaşlığın qurulmasından məmnun olduqlarını və yeni nəşrləri təqdim etməkdən qürur duyduqlarını vurğulayıb. Bildirilib ki, Fond tərəfindən hazırlanmaqda olan digər nəşrlər də gələcəkdə MEK-ə təqdim ediləcək.

Görüş zamanı birgə layihələrin həyata keçirilməsi imkanları da müzakirə olunub.

Aydan Ələkbərova

Xəbər Lenti

“Kimya testləri həddindən artıq çətin olub” – Təhsil eksperti sertifikasiya nəticələrini şərh etdi03.07.2025 - 16:05
Milli Kitabxanada “Naxçıvan. Biblioqrafiya” kitabı təqdim edilib - FOTO 03.07.2025 - 15:50
Teatr Xadimləri İttifaqı İdarə Heyətinin səyyar iclası Şəkidə baş tutub03.07.2025 - 15:40
“Milli Qəhrəmanlarımız” layihəsinin icrası davam edir03.07.2025 - 15:30
MİQ imtahanlarının ilk günü yekunlaşdı – Davamiyyət 81 faiz təşkil edib03.07.2025 - 15:15
Tələbə krediti üçün 2025-ci il sonunadək ayrılan vəsaitin məbləği açıqlanıb03.07.2025 - 15:05
393 abituriyentin yazı işi yenidən yoxlanılıb: 6 nəfərin balı azaldılıb03.07.2025 - 14:52
Qəbul imtahanı ilə bağlı apellyasiya qərarları açıqlanıb03.07.2025 - 14:42
“Elm və təhsil obyektivdə” foto-video müsabiqəsinə müraciətlər davam edir03.07.2025 - 14:32
Hava şəraiti ilə əlaqədar xəbərdarlıq edilib03.07.2025 - 14:22
25 ixtisas üzrə peşə tanınması imtahanında müvəffəqiyyət göstəricisi 25 faiz olub03.07.2025 - 14:12
Humanitar Kollec tələbələrinin ADPU-da keçdikləri təcrübə müddəti yekunlaşıb - FOTO 03.07.2025 - 14:02
II seansda MİQ-də 83% davamiyyət qeydə alınıb03.07.2025 - 13:52
Odlar Yurdu Universitetinin prorektoru, professor Tərlan Abdullayev vəfat edib - FOTO03.07.2025 - 13:39
Bu imtahanın nəticəsi açıqlanıb 03.07.2025 - 13:27
16 yaşlı yeniyetmə kanalda batdı03.07.2025 - 13:15
BDU-da elmi seminar: Karbon kredit bazarı və mümkün imkanlar - FOTO03.07.2025 - 12:55
BMU ilə “ATS Food” şirkəti arasında memorandum imzalanıb - FOTO03.07.2025 - 12:43
Kibersuveren dövlətin formalaşdırılması istiqamətində konseptual yanaşmalar işlənilir03.07.2025 - 12:30
DİM iyulun 13-də imtahan verəcək abituriyentlərə müraciət edib03.07.2025 - 12:18
Dövlət qulluğu üzrə imtahanlara qeydiyyat elan edilib03.07.2025 - 12:05
Çar Rusiyasının vəhşilikləri... - ŞOK OLACAQSINIZ!03.07.2025 - 11:35
Bəzi imtahan mərkəzində internet problemi YARANIB03.07.2025 - 11:23
Bugünki imtahanda 3771 namizəd iştirak edib03.07.2025 - 11:11
Nəzakət Mehdiyeva: Kimya müəllimlərinin 85 faizi sertifikatlaşdırmada 30 balı keçib03.07.2025 - 10:47
Naxçıvanda məktəb direktoru faciəvi şəkildə öldü03.07.2025 - 10:03
Attestata səhv qiymət yazan direktor cəzalandırıldı03.07.2025 - 09:37
“Mobil proqramçı” ixtisası üzrə təlimə qeydiyyat başlayıb03.07.2025 - 09:25
Sabahın hava proqnozu açıqlanıb03.07.2025 - 09:12
Nazir: Azərbaycanla Özbəkistan arasında təhsil sahəsində ciddi və dərin əməkdaşlıq mövcuddur03.07.2025 - 09:00
Naxçıvanda 500-dən çox vakant yer üçün 1700-dən çox namizəd imtahan verəcək03.07.2025 - 08:50
BANM tələbəsi dünyanın TOP universitetlərinə qəbul olub03.07.2025 - 08:40
Milli Aviasiya Akademiyası ilə Ədliyyə Nazirliyi arasında Memorandum imzalanıb - FOTO03.07.2025 - 08:30
Bakı Dövlət Universitetində “Code8 Hackathon” keçirilib - FOTO03.07.2025 - 08:20
“Qızıl səhifələr” kitabının yeni nəşri çapdan çıxıb03.07.2025 - 08:10
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti AzTU-nun Kitabxana İnformasiya Mərkəzi ilə tanış olub - FOTO03.07.2025 - 07:55
AMEA-da özbəkistanlı alimlərlə görüş keçirilib - FOTO03.07.2025 - 07:43
Şərqşünas-alim Qazaxıstanda keçirilən beynəlxalq konfransda məruzə ilə çıxış edib03.07.2025 - 07:32
BDU-nun 5 tələbəsi ECO-nun Gənclər Forumunda iştirak edir - FOTO03.07.2025 - 07:21
İyulun 6-da 41 mindən çox abituriyent qəbul imtahanı verəcək03.07.2025 - 07:11
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinə AzTU-nun Fəxri doktoru diplomu təqdim olunub03.07.2025 - 07:00
Azərbaycanla Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib - FOTO03.07.2025 - 06:50
Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib03.07.2025 - 06:40
Ağdamda Qırğızıstanın inşa etdiyi “Aykol Manas” məktəbi açılır: Açılışda Prezident Sadır Japarov iştirak edəcək03.07.2025 - 06:30
Bakıda maşın 7-ci sinif şagirdini vuraraq öldürüb03.07.2025 - 06:20
Bu gün bu müəllimlər imtahan verəcək03.07.2025 - 06:10
Xaricdə müəllimlik ixtisası üzrə təhsil alanların imtahan nəticələri açıqlandı: bəzi sahələrdə uğursuzluq 100 faizə çatıb03.07.2025 - 05:59