Təhsil 365 - Logo Mobile

Bu imtahanın nəticəsi açıqlanıb

7603.07.2025 - 13:27
Bu imtahanın nəticəsi açıqlanıb

Məlum olduğu kimi, 2025-ci il 29 iyun tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən  ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı çərçivəsində mayın 4-də keçirilən Azərbaycan dili imtahanında üzrlü səbəblərdən iştirak etməyən cari ilin məzunları və ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 4-də keçirilən imtahanda iştirak etməyən və ya iştirak edib “qeyri-məqbul” qiymət alan cari və əvvəlki illərin abituriyentləri üçün Azərbaycan dili (dövlət dili) fənni üzrə test imtahanı keçirilib.

“Tehsil365” xəbər verir ki, imtahan nəticələri DİM-in internet səhifəsində yerləşdirilib. Şagirdlər 8 rəqəmli şagird kodu və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan), abituriyentlər şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.

Abituriyentlər (şagirdlər) imtahanın nəticələri haqqında məlumatı, mobil nömrələri (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 1459 nəfərdən 111 nəfər imtahana gəlməyib.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən cari və əvvəlki illərin abituriyentləri imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Şagirdlərin imtahanda toplaya biləcəkləri maksimum bal isə 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 4 iyul saat 10:00-dan 6 iyul saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

  • Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

  • Abituriyentlərin (şagirdlərin) müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

  • Abituriyentlərin (şagirdlərin) apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.

  • Bundan sonra abituriyentlər (şagirdlər) apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər (şagirdlər) DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin (şagirdlərin) nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Aydan Ələkbərova

Xəbər Lenti

400 nəfərə yaxın donor qanvermə aksiyasında iştirak edib05.07.2025 - 07:40
QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə qanvermə aksiyasında iştirak edir05.07.2025 - 07:20
Məktəbəhazırlıq qruplarına 2020-ci il təvəllüdlü uşaqlar qəbul edilir05.07.2025 - 07:00
Məktəbəhazırlıq qruplarına sənəd qəbulu elektron sistem vasitəsilə aparılır05.07.2025 - 06:50
Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi yaradılır05.07.2025 - 06:40
19 yaşlı gənc Kürdə batıb 05.07.2025 - 06:30
Aşura günü qanvermə aksiyası keçirilir05.07.2025 - 06:20
Sədr müavini:" Aşura günü qanvermə aksiyasının keçirilməsi Azərbaycanda ənənə halını alıb”05.07.2025 - 06:10
Böyük Britaniyada “Stratus” ştammı yayılıb05.07.2025 - 06:00
Bu gün Azərbaycanda Aşura günüdür 05.07.2025 - 04:42
35 ölkənin tələbəsi “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” çərçivəsində təhsil alıb 04.07.2025 - 20:10
İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb04.07.2025 - 20:00
Azərbaycanda daha çox bu ölkələrin tələbələri təhsil alırlar04.07.2025 - 19:50
HTP çərçivəsində xaricdə oxuyacaq Azərbaycan vətəndaşlarının sayı açıqlanıb04.07.2025 - 19:40
Şagirdlərimiz beynəlxalq olimpiadalarda 35 medal qazanıblar04.07.2025 - 19:30
SABAH qruplarının məzunu olan tələbələrin sayı açıqlanıb04.07.2025 - 19:20
6 əlavə təhsil mərkəzinə lisenziya verilib04.07.2025 - 19:10
Ötən tədris ilində 1054 tələbə yerdəyişmə edib04.07.2025 - 19:00
Beynəlxalq Muğam Mərkəzində Qurban Pirimovun 145 illik yubileyi qeyd olunub04.07.2025 - 18:50
Azərbaycanlı alimlərin elmmetrik bazalarda yayımlanan məqalələrinin sayı artıb04.07.2025 - 18:40
Özəl bağçada qrant hesabına təhsil alan uşaqların sayı 1200-dən çoxdur 04.07.2025 - 18:30
Uşaq-gənclər idman məktəblərinin yetirmələri yerli və beynəlxalq yarışlarda1649 medal əldə ediblər04.07.2025 - 18:20
25000-dən artıq şagirdin məktəbdənkənar təhsil müəssisələrinə cəlb olunacağı proqnozlaşdırılır04.07.2025 - 18:10
Keçən il 66 nəfər xarici peşə məktəblərinə qəbul olunub04.07.2025 - 18:00
İşğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun vəziyyəti açıqlanıb04.07.2025 - 17:50
109 550 uşaq məktəbəqədər təhsilə cəlb edilib04.07.2025 - 17:40
Cari ildən “Rəqəmsal məktəb” platformasının tətbiqinə başlanılacaq04.07.2025 - 17:40
Gələn tədris ilində iki fənnin yenilənmiş kurikulumu tətbiq ediləcək04.07.2025 - 17:30
2024–2025-ci tədris ilində 145 məktəbdənkənar müəssisədə monitorinq aparılıb04.07.2025 - 17:20
Kolleclərdə direktor və direktor müavini vəzifələrinə 20 təyinat olub04.07.2025 - 17:10
20 metodist işə qəbul edilib04.07.2025 - 17:00
UNEC rektoru “Abituriyent Aylığı” çərçivəsində abituriyent və onların valideynləri ilə görüşüb04.07.2025 - 16:50
2024-cü ildə 11 218 tərbiyəçi-müəllimin diaqnostik qiymətləndirilməsi keçirilib04.07.2025 - 16:40
"Rəqəmsal məktəb" platforması 30 mindən çox pedaqoji heyəti və 500 mindən artıq şagirdi əhatə edir04.07.2025 - 16:30
Ölkə üzrə 109 550 uşaq məktəbəqədər təhsilə cəlb edilib04.07.2025 - 16:20
9 uşaq bağçasının açılması planlaşdırılır04.07.2025 - 16:10
Naxçıvan Muxtar Respublikasında şagirdlərin nailiyyətlərinin mükafatlandırılmasına həsr olunmuş tədbir keçirilib -FOTO 04.07.2025 - 16:00
SABAH qrupları “Bayraktar Teknoloji Azərbaycan” MMC ilə Anlaşma Memorandumu imzalayıb 04.07.2025 - 15:50
Məleykə Abbaszadə: "Biz gələcək 5 il ərzində bütün imtahanların elektron şəkildə keçirilməsini nəzərdə tuturuq"04.07.2025 - 15:40
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova vətəndaşlara görüşüb -FOTO 04.07.2025 - 15:30
Elxan Nəcəfov: "Buraxılış imtahanı göstəricilərimiz ötən illə müqayisədə minimum 20% artıb"04.07.2025 - 15:20
Naxçıvanda fərqlənmə attestatı alan 11-ci sinif məzunlarının sayı bu qədər artıb04.07.2025 - 15:10
XIX Bakı Yay Enerji Məktəbinin buraxılış mərasimi uğurla başa çatıb -FOTO 04.07.2025 - 15:00
“Sənin adın nədir?” adlı ilk tanıtım sərgisinin açılışı olub -FOTO 04.07.2025 - 14:50
Məşhur aktyor Maykl Medsen vəfat edib04.07.2025 - 14:40
Diplom məlumatlarının dəqiqliyi və uyğunluğu yoxlanılıb04.07.2025 - 14:27
“Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinə start verilib04.07.2025 - 14:15
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində media nümayəndələri ilə görüş keçirilib -FOTO 04.07.2025 - 14:05