Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinin ilk günü yekunlaşıb.
Bu barədə “Tehsil365”ə Elm və Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzindən məlumat verilib.
Bildirilib ki, 3 iyulda keçirilən imtahanların II seansına 4 626 namizəd dəvət olunub, davamiyyət isə 83 faiz təşkil edib. Ümumilikdə gün ərzində 9 201 nəfər imtahana dəvət edilib və ilk gün üzrə ümumi davamiyyət 81 faiz olub.
Əlavə edilib ki, 3 iyul tarixində keçirilmiş imtahanlarla bağlı apellyasiya müraciətlərinin qəbulu 4 iyul saat 12:00-dan başlayacaq. Bu barədə ətraflı məlumat ictimaiyyətə təqdim olunacaq.