Təhsil 365 - Logo Mobile

Milli Kitabxanada “Naxçıvan. Biblioqrafiya” kitabı təqdim edilib - FOTO

7903.07.2025 - 15:50
Milli Kitabxanada “Naxçıvan. Biblioqrafiya” kitabı təqdim edilib - FOTO

İyulun 3-də “Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Prezidentinin Sərəncamına müvafiq olaraq Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə nəşr etdiyi “Naxçıvan. Biblioqrafiya” kitabının təqdimatı keçirilib.


Bu barədə “Tehsil365”ə Milli Kitabxanadan məlumat verilib.


Bildirilib ki, tədbirdə Milli Kitabxananın direktoru professor Kərim Tahirov çıxış edərək Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası (MR) haqqında nəşr olunmuş biblioqrafiyanın ölkəmizin bu qədim diyarı haqqında ilk fundamental biblioqrafiya kitabı olduğunu diqqətinə çatdırıb.


Mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxışında 100 illik dövrü və 10 mindən artıq mənbəni əhatə edən biblioqrafik nəşrin Naxçıvanın və Azərbaycanın tarixi, mədəniyyəti haqqında tədqiqat aparan hər kəs üçün vacib elmi mənbə rolunu oynayacağını söyləyərək bu münasibətlə Milli Kitabxananın kollektivini təbrik edib.


Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli bu biblioqrafiyanın sanballı, mükəmməl və professional şəkildə hazırlandığını vurğulayıb. Bu kitabı Azərbaycan elminə və mədəniyyətinə dəyərli hədiyyə kimi qiymətləndirən akademik onun Milli Kitabxananın bu günədək nəşr etdiyi biblioqrafiyaların ən sanballısı və geniş əhatəlisi olduğunu xüsusi vurğulayıb.


Tədbirdə Milli Məclisin deputatları Fazil Mustafa, Vüqar Rəhimzadə, Asif Əsgərov, Azərbaycanda Atatürk mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Naxçıvan Muxtar Respublikasının Bakı nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, Mətbuat Şurasının sədri Rəşad Məcid, YAP Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev, Prezidentin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru professor Afət Abbasova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Hüseynova, Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin kafedra müdiri, dosent Nadir İsmayılov və başqaları çıxış edərək Naxçıvanın Azərbaycanın qədim dövlətçilik tarixində, milli kimliyimizin qorunmasında oynadığı mühüm rolundan ətraflı bəhs edərək “Naxçıvan. Biblioqrafiya” kitabının elmi, siyasi əhəmiyyətindən, mənəvi dəyərindən söhbət açıblar. Biblioqrafiya kitabının elmi-mədəni ictimai fikir tariximizdə unudulmaz, müstəsna tarixi hadisə olduğunu söyləyiblər.


Sonra Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “Naxçıvan Muxtar Respublikası-100” adlı elektron məlumat bazasının təqdimatı olub. Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/Naxchivan-100/index.html linkindən istifadə edə bilərlər.


Qeyd edək ki, Naxçıvan MR-in yaranmasının 100 illiyi münasibətilə tərtib olunmuş ilk fundamental biblioqrafiyada muxtar respublikanın tarixi, iqtisadiyyatı, kənd təsərrüfatı, təbii sərvətləri, sosial-siyasi mühiti, təhsil və səhiyyə sahəsi, mədəniyyəti, ədəbiyyatı və b. mövzularda kitablar, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş zəngin materiallar öz əksini tapıb.

Gülgəz Qasımzadə

Xəbər Lenti

QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə qanvermə aksiyasında iştirak edir05.07.2025 - 07:20
Məktəbəhazırlıq qruplarına 2020-ci il təvəllüdlü uşaqlar qəbul edilir05.07.2025 - 07:00
Məktəbəhazırlıq qruplarına sənəd qəbulu elektron sistem vasitəsilə aparılır05.07.2025 - 06:50
Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi yaradılır05.07.2025 - 06:40
19 yaşlı gənc Kürdə batıb 05.07.2025 - 06:30
Aşura günü qanvermə aksiyası keçirilir05.07.2025 - 06:20
Sədr müavini:" Aşura günü qanvermə aksiyasının keçirilməsi Azərbaycanda ənənə halını alıb”05.07.2025 - 06:10
Böyük Britaniyada “Stratus” ştammı yayılıb05.07.2025 - 06:00
Bu gün Azərbaycanda Aşura günüdür 05.07.2025 - 04:42
35 ölkənin tələbəsi “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” çərçivəsində təhsil alıb 04.07.2025 - 20:10
İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb04.07.2025 - 20:00
Azərbaycanda daha çox bu ölkələrin tələbələri təhsil alırlar04.07.2025 - 19:50
HTP çərçivəsində xaricdə oxuyacaq Azərbaycan vətəndaşlarının sayı açıqlanıb04.07.2025 - 19:40
Şagirdlərimiz beynəlxalq olimpiadalarda 35 medal qazanıblar04.07.2025 - 19:30
SABAH qruplarının məzunu olan tələbələrin sayı açıqlanıb04.07.2025 - 19:20
6 əlavə təhsil mərkəzinə lisenziya verilib04.07.2025 - 19:10
Ötən tədris ilində 1054 tələbə yerdəyişmə edib04.07.2025 - 19:00
Beynəlxalq Muğam Mərkəzində Qurban Pirimovun 145 illik yubileyi qeyd olunub04.07.2025 - 18:50
Azərbaycanlı alimlərin elmmetrik bazalarda yayımlanan məqalələrinin sayı artıb04.07.2025 - 18:40
Özəl bağçada qrant hesabına təhsil alan uşaqların sayı 1200-dən çoxdur 04.07.2025 - 18:30
Uşaq-gənclər idman məktəblərinin yetirmələri yerli və beynəlxalq yarışlarda1649 medal əldə ediblər04.07.2025 - 18:20
25000-dən artıq şagirdin məktəbdənkənar təhsil müəssisələrinə cəlb olunacağı proqnozlaşdırılır04.07.2025 - 18:10
Keçən il 66 nəfər xarici peşə məktəblərinə qəbul olunub04.07.2025 - 18:00
İşğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun vəziyyəti açıqlanıb04.07.2025 - 17:50
109 550 uşaq məktəbəqədər təhsilə cəlb edilib04.07.2025 - 17:40
Cari ildən “Rəqəmsal məktəb” platformasının tətbiqinə başlanılacaq04.07.2025 - 17:40
Gələn tədris ilində iki fənnin yenilənmiş kurikulumu tətbiq ediləcək04.07.2025 - 17:30
2024–2025-ci tədris ilində 145 məktəbdənkənar müəssisədə monitorinq aparılıb04.07.2025 - 17:20
Kolleclərdə direktor və direktor müavini vəzifələrinə 20 təyinat olub04.07.2025 - 17:10
20 metodist işə qəbul edilib04.07.2025 - 17:00
UNEC rektoru “Abituriyent Aylığı” çərçivəsində abituriyent və onların valideynləri ilə görüşüb04.07.2025 - 16:50
2024-cü ildə 11 218 tərbiyəçi-müəllimin diaqnostik qiymətləndirilməsi keçirilib04.07.2025 - 16:40
"Rəqəmsal məktəb" platforması 30 mindən çox pedaqoji heyəti və 500 mindən artıq şagirdi əhatə edir04.07.2025 - 16:30
Ölkə üzrə 109 550 uşaq məktəbəqədər təhsilə cəlb edilib04.07.2025 - 16:20
9 uşaq bağçasının açılması planlaşdırılır04.07.2025 - 16:10
Naxçıvan Muxtar Respublikasında şagirdlərin nailiyyətlərinin mükafatlandırılmasına həsr olunmuş tədbir keçirilib -FOTO 04.07.2025 - 16:00
SABAH qrupları “Bayraktar Teknoloji Azərbaycan” MMC ilə Anlaşma Memorandumu imzalayıb 04.07.2025 - 15:50
Məleykə Abbaszadə: "Biz gələcək 5 il ərzində bütün imtahanların elektron şəkildə keçirilməsini nəzərdə tuturuq"04.07.2025 - 15:40
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova vətəndaşlara görüşüb -FOTO 04.07.2025 - 15:30
Elxan Nəcəfov: "Buraxılış imtahanı göstəricilərimiz ötən illə müqayisədə minimum 20% artıb"04.07.2025 - 15:20
Naxçıvanda fərqlənmə attestatı alan 11-ci sinif məzunlarının sayı bu qədər artıb04.07.2025 - 15:10
XIX Bakı Yay Enerji Məktəbinin buraxılış mərasimi uğurla başa çatıb -FOTO 04.07.2025 - 15:00
“Sənin adın nədir?” adlı ilk tanıtım sərgisinin açılışı olub -FOTO 04.07.2025 - 14:50
Məşhur aktyor Maykl Medsen vəfat edib04.07.2025 - 14:40
Diplom məlumatlarının dəqiqliyi və uyğunluğu yoxlanılıb04.07.2025 - 14:27
“Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinə start verilib04.07.2025 - 14:15
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində media nümayəndələri ilə görüş keçirilib -FOTO 04.07.2025 - 14:05
M.Ş.Vazeh adına Mərkəzi Kitabxanada “Göyçə aşıq məktəbinin dahisi: Aşıq Alı – 225” adlı videoçarx hazırlanıb 04.07.2025 - 13:55