Təhsil 365 - Logo Mobile

Məktəblilər üçün hüquqi maarifləndirmə tədbiri keçirilib

6104.07.2025 - 09:10
Məktəblilər üçün hüquqi maarifləndirmə tədbiri keçirilib

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində məktəblilər arasında maarifləndirmə tədbiri keçirilib.


“Tehsil365” xəbər verir ki, tədbir çərçivəsində şagirdlərin hüquq və vəzifələri, uşaq hüquqları və hüquqi maarifləndirmə mövzularını əhatə edən interaktiv təlimlər təşkil olunub.


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Cəmilə Bağırova, “Regional İnkişaf” İctimai Birliyinin şöbə müdiri Gülbağda Leysanova Hacıyeva, “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədri Müslüm Məmmədov çıxış edərək uşaqların hüquqlarının müdafiəsi, bu istiqamətdə görülən işlər, dövlət və qeyri-hökumət təşkilatlarının əməkdaşlığının əhəmiyyəti, eləcə də layihənin uşaqların hüquqi maariflənməsi baxımından mühüm rolu barədə danışıblar.


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının nümatəndəsi Azər İsalı “Uşaqlar üçün təhlükəsiz internet mühiti. Mövcud təhlükələr və hüquqi aspektlər” mövzusunda məlumat verərək onlayn platformalarda şəxsi məlumatların qorunması, kiberzorakılıq hallarından qorunma yolları və uşaqların internetdə hüquqlarının müdafiəsi ilə bağlı mövcud qanunvericilik barədə danışıb.


Quba rayon polis şöbəsinin inspektoru Aynur Şahbazova iştirakçılara erkən yaşlarda zərərli vərdişlərdən uzaq durmağın əhəmiyyəti, belə halların hüquqi və sosial fəsadları, həmçinin valideyn nəzarətinin və məktəblərdə profilaktik tədbirlərin vacibliyi barədə məlumat verib.


Səhiyyə Nazirliyinin nümayəndəsi Lalə Məmmədova “Zərərli vərdişlərin uşaqların orqanizminə fəsadları” mövzusunda çıxış edərək zərərli maddələrin uşaqların sağlam inkişafına təsiri, erkən yaşlardan düzgün həyat tərzinin formalaşdırılmasının vacibliyini izah edib.Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının Tədqiqat və İnkişaf Şöbəsinin müdiri Təbriz Cəfərov “Rəqəmsal təhükəsizlik” mövzusunda təlimində internet resurslarından düzgün istifadə qaydaları, sosial şəbəkələrdə təhlükəsiz davranış, şübhəli keçidlərdən uzaq durmaq, həmçinin kiberhücumlar və onların qarşısının alınması barədə faydalı məlumatlar verib, məktəblilərin suallarını cavablandırıb.


Təlimlərdən sonra “Kahoot” platforması vasitəsilə şagirdlər arasında intellektual yarış təşkil olunub. Yarışın qalib qrupu mükafatla təltif edilib, bütün iştirakçılara isə sertifikatlar təqdim olunub.


Xatırladaq ki, “Hüquqlarınla parla!” layihəsi məktəblilərə uşaq hüquqları və vətəndaş məsuliyyəti haqqında məlumat vermək, onların hüquqi maariflənmə səviyyəsinin artırılmasına töhfə vermək məqsədilə həyata keçirilir. Layihə Azərbaycan Respublikası Milli Məclisi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, "Regional İnkişaf" İctimai Birliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası təşkilatçılığı, “Nar” şirkətinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Gülgəz Qasımzadə

Xəbər Lenti

2025–2026-cı tədris ili üzrə məktəb və məktəbəhazırlıq qruplarına qəbul mərhələsi başlayıb06.07.2025 - 13:10
MDU-nun Şəkidə keçirilən Elmi Şura iclasında vacib qərarlar: Tələbələrə əlavə təqaüdlər, diferensial əməkhaqqı sistemi və yeni təhsil təşəbbüsləri06.07.2025 - 13:00
Yusif Məmmədəliyevin 120 illiyi münasibətilə sərəncam imzalanıb06.07.2025 - 11:30
İmtahan nəticələri iki həftədən sonra elan olunacaq06.07.2025 - 11:20
Qansuda 19 uşaq qurğuşun zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilib06.07.2025 - 11:10
DİM II və III qruplar üzrə imtahan keçirib, nəticələr iki həftəyə açıqlanacaq06.07.2025 - 11:00
Qəbul imtahanında qayda pozan 10 nəfər imtahandan kənarlaşdırıldı06.07.2025 - 10:50
DİM-in imtahanları 25 şəhər və rayonda keçirilib06.07.2025 - 10:40
İyulun 7-də Bakıda yağmursuz, rayonlarda yağış gözlənilir06.07.2025 - 10:30
DİM doktorantura və fəlsəfə doktoru danışıq imtahanlarını təşkil edib06.07.2025 - 10:20
Bakı Ali Neft Məktəbində təhsil haqqı yeniləndi06.07.2025 - 10:10
Vəkillər Kollegiyasına növbəti qəbul: 421 namizəd imtahanda iştirak edir06.07.2025 - 10:00
Yaponiyada 5,4 bal gücündə zəlzələ olub 06.07.2025 - 08:00
Qardaşxan Haqqararın şeirləri türk mətbuatında işıq üzü görüb -FOTO 06.07.2025 - 07:50
BSU-da “Şəxsiyyət və suverenlik” mövzusunda III Psixoloji Zirvə konfransı keçirilib -FOTO 06.07.2025 - 07:40
Azərbaycanlı bəstəkar Ruslan Əhmədoğlu Türkiyədə vəfat edib06.07.2025 - 07:30
Tanınmış azərbaycanlı bəstəkar Ruslan Əhmədoğlu vəfat edib 06.07.2025 - 07:20
Türkiyəli jurnalist Timur Soykan sosial şəbəkədəki paylaşımlarına görə saxlanılıb06.07.2025 - 07:10
Velosiped idmanının regionlarda inkişafını hədəfləyən layihəyə start verilir -FOTO 06.07.2025 - 07:00
Mərakeşli jurnalistlər Azərbaycan Milli Kitabxanasının qonağı olublar -FOTO 06.07.2025 - 06:50
Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının 2024/2025-ci tədris ili üzrə yekun iclası keçirilib -FOTO 06.07.2025 - 06:40
DİM Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün imtahan keçirəcək 06.07.2025 - 06:30
Bu gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək06.07.2025 - 06:20
Kürdə batan 19 yaşlı gəncin meyiti tapılıb06.07.2025 - 06:10
Təhsil Tələbə Krediti Fondundan 57 mindən çox tələbəyə kredit verilib – 466 min manatlıq güzəşt tətbiq olunub05.07.2025 - 11:30
Dubayda 57-ci Beynəlxalq Kimya Olimpiadası keçiriləcək – Azərbaycan da iştirak edəcək05.07.2025 - 11:20
"Azərbaycan tarixinin farsdilli qaynaqları" adlı yeni monoqrafiya nəşr olundu05.07.2025 - 11:10
Milli Aviasiya Akademiyasında 2024-2025-ci tədris ili məzunlarına həsr olunmuş təntənəli “Məzun günü” keçirilib05.07.2025 - 11:00
Sübhan Mamedov Astanada Dünya Kubokunda bürünc medal aldı05.07.2025 - 10:50
Yusif Məmmədəliyevin 120 illiyi qeyd olunacaq05.07.2025 - 10:35
İlahiyyat İnstitutunda qanvermə aksiyası keçirilib05.07.2025 - 10:20
Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür05.07.2025 - 10:10
İyulun 6-da qeyri-sabit hava gözlənilir05.07.2025 - 10:00
"Aşura yalnız matəm yox, cəhalətə qarşı dərsdir" - Kamran Əsədov05.07.2025 - 08:45
Bir neçə kollecin rəhbər şəxslərinin əmək müqavilələrinə xitam verilib05.07.2025 - 07:50
400 nəfərə yaxın donor qanvermə aksiyasında iştirak edib05.07.2025 - 07:40
QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə qanvermə aksiyasında iştirak edir05.07.2025 - 07:20
Məktəbəhazırlıq qruplarına 2020-ci il təvəllüdlü uşaqlar qəbul edilir05.07.2025 - 07:00
Məktəbəhazırlıq qruplarına sənəd qəbulu elektron sistem vasitəsilə aparılır05.07.2025 - 06:50
Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi yaradılır05.07.2025 - 06:40
19 yaşlı gənc Kürdə batıb 05.07.2025 - 06:30
Aşura günü qanvermə aksiyası keçirilir05.07.2025 - 06:20
Sədr müavini:" Aşura günü qanvermə aksiyasının keçirilməsi Azərbaycanda ənənə halını alıb”05.07.2025 - 06:10
Böyük Britaniyada “Stratus” ştammı yayılıb05.07.2025 - 06:00
Bu gün Azərbaycanda Aşura günüdür 05.07.2025 - 04:42
35 ölkənin tələbəsi “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” çərçivəsində təhsil alıb 04.07.2025 - 20:10
İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb04.07.2025 - 20:00
Azərbaycanda daha çox bu ölkələrin tələbələri təhsil alırlar04.07.2025 - 19:50