Təhsil 365 - Logo Mobile

Kaliforniyada Azərbaycanlı Alimləri Birləşdirən Forum: Akademiya və İnnovasiyanın Sinerjisi

7204.07.2025 - 09:40
Kaliforniyada Azərbaycanlı Alimləri Birləşdirən Forum: Akademiya və İnnovasiyanın Sinerjisi

Amerikada dünyaşöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi professor Lütfi Zadənin uzun illər çalışdığı nüfuzlu Kaliforniya Berkli Universitetində azərbaycanlı və amerikalı alim-tədqiqatçıları bir araya gətirən “Akademiya və İnnovasiya Forumu 2025” (Gələcəyin naviqasiyası: Akademiya və İnnovasiyalar üçün Sinerjilərin qurulması keçirilib.

“Tehsil365” xəbər verir ki, Azərbaycanlı Alimlər Şəbəkəsinin təşkilatçılığı, Kaliforniya Azərbaycan Dostluq Cəmiyyəti və Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Cəmiyyətinin dəstəyi, Berkli Universiteti Azərbaycanlı Tələbələr Birliyinin ev sahibliyi ilə keçirilən 2 günlük tədbirdə ABŞ-nin müxtəlif akademik ocaqlarında çalışan azərbaycanlı alimlər, araşdırmaçılar, doktorantura tələbələri və yüksək texnologiya şirkətlərində çalışan peşəkarlar, amerikalı alimlər və startap nümayəndələri, habelə Azərbaycanda təhsil və innovasiya sahəsində çalışan mütəxəssislər iştirak ediblər. Forumun məqsədi təhsil və innovasiya müstəvisində çağırış və imkanların müzakirəsi, Azərbaycan və ABŞ-dəki akademik dairələr və innovasiya mütəxəssisləri arasında əlaqələrin gücləndirilməsi və Azərbaycan əsilli alim və peşəkarlar arasında şəbəkələşmənin genişləndirilməsidir.

Tədbirdə ABŞ-Azərbaycan Akademiklər Şəbəkəsinin prezidenti, Corc Vaşinqton Universitetinin Təhsil və insan inkişafı fakültəsinin dekan müavini dr. Sevinc Məmmədova açılış nitqi ilə çıxış edərək innovasiyanın mərkəzi sayılan Kaliforniyada akademik tədqiqat və innovasiya iştirakçılarını məhsuldar müzakirələrə dəvət edib.

Daha sonra Silikon Vadisində tanınmış professor dr. Marqaret Qonq Hankok və təhsil sahəsində tanınmış professor, Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafı Məktəbinin dekanı Maykl Foyer çıxış ediblər.

Forumda akademiyanın dəyişən dünyadakı rolu, təhsildə texnologiyaların tətbiqi, innovasiya ekosistemləri, Azərbaycanda tədqiqat potensialının artırılması, ictimai faydaya yönəlik elmi yanaşmalar müzakirə olunub. Həmçinin fərdi şəkildə təhsil, texnologiya və digər sahələrdə azərbaycanlı alimlər, tələbələr və mütəxəssislərə müxtəlif yollarla töhfə vermiş şəxslərin təqdimatları nümayiş olunub.

Tədbirin sonunda azərbaycanlı alim və mütəxəssislər tərəfindən icmanın inkişafına töhfələr, real təcrübələr və gələcək əməkdaşlıq imkanları təqdim edilib və bundan sonra bu cür təşəbbüslərə qoşulmaq istəyən üçün yeni platformanın təqdimatı olub.

Corc Vaşinqton Universitetinin proqram rəhbəri Sevinc Məmmədova tədbirin məqsəd və əhəmiyyəti barədə fikirlərini bölüşüb:

“Məqsədimiz Azərbaycan və Amerika arasında olan körpünü daha da gücləndirmək, akademik təcrübəmizi bölüşmək, gələcək tərəfdaşlıq, birgə tədqiqat işlərini müzakirə etməkdir. Düşünürəm ki, konfrans çox uğurlu keçdi. Yeni dostlar qazandıq, yeni alimlərlə tanış olduq və “Azərbaycan üçün nə edə bilərik” sualına az da olsa, cavab tapa bildik. Amerikanın bir neçə universiteti ilə Azərbaycan universitetlərinin çox yaxşı tərəfdaşlıq əlaqələri var, birgə iş görürlər. Corc Vaşinqton Universitetinin Azərbaycanın iki universiteti ilə çox sıx əlaqələri və əməkdaşlıqları mövcuddur. Bu məsələ yalnız Azərbaycan üçün maraqlı deyil, Amerika universitetlərinə Azərbaycan təcrübəsini öyrənmək üçün də faydalıdır. Bu əməkdaşlıq yalnız təhsil almaq kimi deyil, gələcəkdə birgə tədqiqatlar, birgə əməkdaşlıqlar kimi də nəzərdə tutulur. Ümid edirəm ki, konfrans və yaratdığımız bu platforma həm Amerikada olan tələbələri, həm də azərbaycanlı, həm xarici tələbələri, Azərbaycanda olan tələbə və müəllim heyəti üçün bir yol açacaq ki, bu əməkdaşlıqları genişləndirsinlər".

Sevinc Məmmədova qeyd edir ki, konfrans akademik liderlər, tədqiqatçılar və praktiklər üçün yeni yaranan tədqiqat mövzularını araşdırmaq, praktiki alətləri bölüşmək və nəzəri çərçivələrin real dünyaya təsirinə necə təsirli şəkildə çevrilə biləcəyi ilə bağlı düşünülmüş dialoqda iştirak etmək məqsədilə bir araya gəlmək üçün dinamik platforma təqdim edir.

“Əsas məqsədimiz geniş elmi müzakirələr üçün xüsusi bir yer təmin etmək və akademiklər şəbəkəsi vasitəsilə əməkdaşlığı gücləndirməkdir. İnanırıq ki, intizamlar arası əməkdaşlığı inkişaf etdirməklə biz biliyi inkişaf etdirə, yeni fikirlər yarada və akademiyanın və innovasiyanın gələcəyinin formalaşmasına töhfə verə bilərik”.



Züleyxa Allahverdiyeva

Xəbər Lenti

Azad edilmiş ərazilərə qayıdan 608 nəfər peşə təlimlərinə cəlb edilib08.07.2025 - 14:50
İyulun 9-u üçün Hava Proqnozu Açıqlanıb08.07.2025 - 14:40
Azərbaycanda kino istehsalına yeni dövlət dəstəyi mexanizmi08.07.2025 - 14:30
Dövlət Orqanlarında İyunun 17-də Elan Edilmiş Daxili Müsahibələrin Keçirilmə Qrafiki Açıqlanıb08.07.2025 - 14:20
Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyətə başlayacaq08.07.2025 - 14:10
Dendrologiya İnstitutunda Dayanıqlı Meşə Ekosistemlərinə dair Forum Keçirilib08.07.2025 - 14:00
BMU müəllim və tələbələri Çində – İkili diplom proqramı çərçivəsində beynəlxalq əməkdaşlıq genişlənir08.07.2025 - 13:45
Mingəçevir Dövlət Universiteti "Azəralüminium" MMC ilə əməkdaşlıq Memorandumu imzalayıb08.07.2025 - 13:35
Təhsildə şəffaflığa doğru addım – MİQ elektronlaşdırılır08.07.2025 - 13:00
Universitet auditoriyalarına yeni töhfə: BDU müəllimləri dərs vəsaiti hazırladı08.07.2025 - 12:35
Milli Təhsil Sistemində Folklorun Yeri və Əhəmiyyəti Araşdırılıb08.07.2025 - 12:15
AMEA-da Mifoloji Düşüncəyə Yeni Baxış: Yeni Kitabın Təqdimatı Keçirildi08.07.2025 - 12:15
Qəbul üçün qabiliyyət imtahanları mərhələsi sürətlə davam edir08.07.2025 - 11:50
BDU-nun biologiya məzunlarından 22-si xaricdə nüfuzlu universitetlərə qəbul olunub08.07.2025 - 11:22
Məktəbəhazırlıq qruplarında məktəb seçimi prosesi başlayır08.07.2025 - 11:15
Fərqlənmə attestatı alan məzunlarla bağlı statistika açıqlandı08.07.2025 - 11:10
AMEA Rəyasət Heyətinin iclası keçirilib 08.07.2025 - 10:45
AMEA əməkdaşlarına impakt faktorlu məqalələrə görə mükafat08.07.2025 - 10:35
İyulun 8-nə olan hava proqnozu açıqlandı08.07.2025 - 10:25
“Təhsil”in güləşçiləri U15 Avropa çempionatında 4 medal qazanıb08.07.2025 - 10:10
Təsviri sənət üzrə apellyasiyalar onlayn qəbul olunacaq08.07.2025 - 10:00
Müəllimlərin dərin metodiki biliyi və tətbiq bacarığı şagirdlərin nəticələrində də özünü göstərir”.08.07.2025 - 09:00
“AMEA-nın Əziz Səncər fəxri diplomu”nun Əsasnaməsi təsdiq edilib08.07.2025 - 08:00
Magistratura imtahanında 90 baldan yuxarı bal toplayanların sayı 32 nəfərdir08.07.2025 - 07:50
Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin AMEA-da keçirilməsi çərçivəsində hazırlıq işlərinə başlanılıb - Akademik İsa Həbibbəyli08.07.2025 - 07:50
Akademik Mustafa Topçubaşovun 130 illiyinin qeyd edilməsi üzrə Tədbirlər planını hazırlamaq məqsədilə komissiya yaradılıb08.07.2025 - 07:40
Vaqif Poeziya Günləri başlayır 08.07.2025 - 07:40
II və III qrupların test tapşırıqlarının düzgün cavabları08.07.2025 - 07:30
MİQ imtahanlarında iştirak göstəricisi 81 faizə çatıb – Vəfa Yaqublu08.07.2025 - 07:30
BMU-da yay imtahan sessiyası başa çatıb08.07.2025 - 07:20
Elm və təhsil naziri III “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb -FOTO 08.07.2025 - 07:20
Azərbaycanda 180 min sözdən ibarət yeni orfoqrafiya lüğəti hazırlanır08.07.2025 - 07:10
Təkrar sertifikasiyadan keçə bilməyən müəllimlərlə görüşlər keçiriləcək08.07.2025 - 07:10
BSU-da yeni ixtisas yaradılıb 08.07.2025 - 07:00
BMU Çin universitetləri ilə əməkdaşlıq dairəsini genişləndirir08.07.2025 - 07:00
"Rəqəmsal Bacarıqlar təmayüllü” 10-cu siniflərə qəbul imtahanının ikinci şans imtahanı keçiriləcək08.07.2025 - 06:50
“Parla” təqaüd və inkişaf proqramının iştirakçıları “Müsahibə bacarıqları” üzrə təlimdə iştirak ediblər -FOTO 08.07.2025 - 06:40
Bu gün Gülhüseyn Hüseynoğlunun anım günüdür08.07.2025 - 06:30
İyulun 9-da DİM TOEFL iBT imtahanı keçiriləcək08.07.2025 - 06:20
İşə qəbul üzrə direktorların müsabiqələrinin nəticələri elan olunub 08.07.2025 - 06:10
Azərbaycanlı tələbə Almaniyada yaşadığı evdə ölü tapılıb08.07.2025 - 05:59
İkili Diplom Proqramlarına 1041 Tələbə Qəbul Olunub, 266 Nəfər Məzun Olub07.07.2025 - 19:30
Elmi Nailiyyətlərinə Görə 300 Tədqiqatçıya Aylıq Mükafat Verilib07.07.2025 - 19:20
Qarabağ Universitetinə 1154 Tələbə Qəbul Olundu, Qəbul Planı 98,5% Yerinə Yetirildi07.07.2025 - 19:10
Təhsil Tələbə Krediti Fonduna 70 Mindən Artıq Müraciət Daxil Olub07.07.2025 - 19:00
2024–2025-ci Tədris İlində Ali Təhsilə Qəbul Statistikası Açıqlanıb07.07.2025 - 18:50
İkili Diplom Proqramlarında Təhsil Alan Tələbələrin Sayı Açıqlanıb07.07.2025 - 18:40
Peşə Təhsili Müəssisələrinə Qəbul Artıb: 2024-2025-ci ildə 24 821 Nəfər Qəbul Olunub07.07.2025 - 18:30