Təhsil 365 - Logo Mobile

Folklor İnstitutunun Elmi Şurasında 2025-ci ilin İlk Yarısına Hesabat Verildi

7004.07.2025 - 09:50
Folklor İnstitutunun Elmi Şurasında 2025-ci ilin İlk Yarısına Hesabat Verildi

AMEA Folklor İnstitutunun 2025-ci ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair Elmi şura iclası keçirilib.

İnstitutdan “Tehsil365”ə bildirilib ki, iclasda müəssisənin direktoru filologiya elmləri doktoru Hikmət Quliyev son dövrlər AMEA-da həyata keçirilən kompleks islahatlar barədə geniş məlumat verib. O, xüsusilə humanitar və ictimai elmlər sahəsində ölkənin milli maraqlarına və qlobal çağırışlara uyğun şəkildə aparılan institusional dəyişikliklərin əhəmiyyətini vurğulayıb. H.Quliyev, həmçinin AMEA Rəyasət Heyətinin Xankəndi şəhərində keçirilmiş iclasında qəbul edilmiş qərarlar, o cümlədən Folklor İnstitutunun qarşısında müəyyənləşdirilmiş vəzifələr və tapşırıqlar barədə iştirakçıları məlumatlandırıb. Alim qeyd edib ki, qəbul olunmuş qərarlara əsasən, AMEA-da humanitar və ictimai elmlər sahəsində aparılan tədqiqatlar daha dərin elmi inteqrasiya prinsipləri əsasında həyata keçiriləcək. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda aparılan kompleks tədqiqatlarda arxeoloqlar, tarixçilər, dilçilər və folklorşünasların birgə fəaliyyəti, tədqiqatların interdisiplinar yanaşma və təcrübə mübadiləsi əsasında təşkili prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib.

Sonra institutun elmi katibi dosent Elçin Abbasov elmi müəssisənin 2025-ci ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyəti barədə hesabatını iclas iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edilib ki, Folklor İnstitutunun təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Milli dövlətçilik və folklor” mövzusunda respublika elmi konfransı keçirilib.

Cari ildə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 2025-ci il 18 mart tarixli Sərəncamının icrası ilə bağlı Folklor İnstitutunda Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 80 illiyinə həsr olunmuş “ATTC-dən AMEA-ya uzanan yolun yolçuları: Azərbaycan folklorşünasları”, eləcə də Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 4 aprel tarixli Sərəncamı ilə əlaqədar “Seyid Əzim Şirvani: folklorik düşüncə və klassik bədii interpretasiya” mövzularında elmi sessiyalar təşkil olunub.

AMEA Rəyasət Heyəti 2024-cü il oktyabrın 21-də Folklor İnstitutunda struktur islahatlarının aparılması haqqında qərar qəbul edib. Aparılan struktur islahatları nəticəsində institutun elmi və elmi-texniki şöbələrinin optimallaşdırılması və fəaliyyət istiqamətlərinin bir-biri ilə əlaqələndirilməsi təşkil olunub.

Bildirilib ki, 2025-ci ildə Folklor İnstitutunda “Azərbaycan xalq yaradıcılığının qaynaqları, təşəkkülü, inkişaf qanunauyğunluqları və əlaqələri” istiqamətində 4 problem, 9 mövzu, 63 iş əsasında tədqiqatlar aparılıb. Ümumilikdə yarım il ərzində 2-si xaricdə olmaqla 15 kitab və monoqrafiya nəşr olunub. İnstitutda 1 elmlər doktoru və 3 fəlsəfə doktoru hazırlığı üzrə dissertasiya müdafiə edilib. İnstitutun Elmi şurası 3 nəfərə ixtisas üzrə dosent elmi adının verilməsi barədə Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırıb. İnstitut əməkdaşlarından 2 nəfər elmlər doktoru elmi dərəcəsinə layiq görülüb.

Hesabat dövründə Folklor İnstitutunun təşkilatçılığı və ya həmtəşkilatçılığı ilə 1 beynəlxalq simpozium, 1 beynəlxalq konfrans, 1 respublika səviyyəli konfrans, 2 elmi seminar, 3 elmi sessiya, 3 anım tədbiri, 1 təqdimat mərasimi, 2 elmi-kütləvi tədbirin keçirildiyi diqqətə çatdırılıb.

Diqqətə çatdırılıb ki, “Scopus” və “Web of Science” bazalarında institutun 17 əməkdaşı təmsil olunub. Qeyd olunub ki, “Dədə Qorqud” jurnalının 2025-ci il I nömrəsi DOİ indeksi ilə təmin edilib.

AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri, Humanitar Elmlər Bölməsinin elmi katibi filologiya üzrə fəlsəfə doktoru Arzu Məmmədxanlı və AMEA Rəyasət Heyətinin elmi katibi filologiya elmləri doktoru Səfa Qarayev çıxış edərək Folklor İnstitutunun 2025-ci il üzrə yarımillik elmi və elmi-təşkilati fəaliyyəti barədə hesabatını yüksək dəyərləndiriblər.

Elmi şuranın iclasında gündəlikdə olan digər məsələlər, o cümlədən folklorun sahədən toplanılması və sistemləşdirilməsi ilə bağlı görülən işlərin keyfiyyətinin yüksəldilməsi, elmi müəssisədə aparılan nəzəri və tətbiqi tədqiqatların geniş müzakirəsinin təşkili üçün İntellektual dialoq platformasının yaradılması barədə qərar qəbul olunub.

İclasda, həmçinin Folklor İnstitutunun bəzi əməkdaşları elmi və elmi-təşkilati fəaliyyət sahəsində səmərəli xidmətlərinə görə fəxri fərman və təşəkkürnamə ilə təltif ediliblər.



Züleyxa Allahverdiyeva

Xəbər Lenti

İşğaldan azad olunan bölgələrdə 6 bağça uşaqları qəbul edib08.07.2025 - 15:22
Naxçıvan Dövlət Universitetində Yeni Texnoloji Yeniliklər08.07.2025 - 15:12
Azad edilmiş ərazilərə qayıdan 608 nəfər peşə təlimlərinə cəlb edilib08.07.2025 - 14:50
İyulun 9-u üçün Hava Proqnozu Açıqlanıb08.07.2025 - 14:40
Azərbaycanda kino istehsalına yeni dövlət dəstəyi mexanizmi08.07.2025 - 14:30
Dövlət Orqanlarında İyunun 17-də Elan Edilmiş Daxili Müsahibələrin Keçirilmə Qrafiki Açıqlanıb08.07.2025 - 14:20
Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyətə başlayacaq08.07.2025 - 14:10
Dendrologiya İnstitutunda Dayanıqlı Meşə Ekosistemlərinə dair Forum Keçirilib08.07.2025 - 14:00
BMU müəllim və tələbələri Çində – İkili diplom proqramı çərçivəsində beynəlxalq əməkdaşlıq genişlənir08.07.2025 - 13:45
Mingəçevir Dövlət Universiteti "Azəralüminium" MMC ilə əməkdaşlıq Memorandumu imzalayıb08.07.2025 - 13:35
Təhsildə şəffaflığa doğru addım – MİQ elektronlaşdırılır08.07.2025 - 13:00
Universitet auditoriyalarına yeni töhfə: BDU müəllimləri dərs vəsaiti hazırladı08.07.2025 - 12:35
AMEA-da Mifoloji Düşüncəyə Yeni Baxış: Yeni Kitabın Təqdimatı Keçirildi08.07.2025 - 12:15
Milli Təhsil Sistemində Folklorun Yeri və Əhəmiyyəti Araşdırılıb08.07.2025 - 12:15
Qəbul üçün qabiliyyət imtahanları mərhələsi sürətlə davam edir08.07.2025 - 11:50
BDU-nun biologiya məzunlarından 22-si xaricdə nüfuzlu universitetlərə qəbul olunub08.07.2025 - 11:22
Məktəbəhazırlıq qruplarında məktəb seçimi prosesi başlayır08.07.2025 - 11:15
Fərqlənmə attestatı alan məzunlarla bağlı statistika açıqlandı08.07.2025 - 11:10
AMEA Rəyasət Heyətinin iclası keçirilib 08.07.2025 - 10:45
AMEA əməkdaşlarına impakt faktorlu məqalələrə görə mükafat08.07.2025 - 10:35
İyulun 8-nə olan hava proqnozu açıqlandı08.07.2025 - 10:25
“Təhsil”in güləşçiləri U15 Avropa çempionatında 4 medal qazanıb08.07.2025 - 10:10
Təsviri sənət üzrə apellyasiyalar onlayn qəbul olunacaq08.07.2025 - 10:00
Müəllimlərin dərin metodiki biliyi və tətbiq bacarığı şagirdlərin nəticələrində də özünü göstərir”.08.07.2025 - 09:00
“AMEA-nın Əziz Səncər fəxri diplomu”nun Əsasnaməsi təsdiq edilib08.07.2025 - 08:00
Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin AMEA-da keçirilməsi çərçivəsində hazırlıq işlərinə başlanılıb - Akademik İsa Həbibbəyli08.07.2025 - 07:50
Magistratura imtahanında 90 baldan yuxarı bal toplayanların sayı 32 nəfərdir08.07.2025 - 07:50
Akademik Mustafa Topçubaşovun 130 illiyinin qeyd edilməsi üzrə Tədbirlər planını hazırlamaq məqsədilə komissiya yaradılıb08.07.2025 - 07:40
Vaqif Poeziya Günləri başlayır 08.07.2025 - 07:40
MİQ imtahanlarında iştirak göstəricisi 81 faizə çatıb – Vəfa Yaqublu08.07.2025 - 07:30
II və III qrupların test tapşırıqlarının düzgün cavabları08.07.2025 - 07:30
BMU-da yay imtahan sessiyası başa çatıb08.07.2025 - 07:20
Elm və təhsil naziri III “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb -FOTO 08.07.2025 - 07:20
Təkrar sertifikasiyadan keçə bilməyən müəllimlərlə görüşlər keçiriləcək08.07.2025 - 07:10
Azərbaycanda 180 min sözdən ibarət yeni orfoqrafiya lüğəti hazırlanır08.07.2025 - 07:10
BMU Çin universitetləri ilə əməkdaşlıq dairəsini genişləndirir08.07.2025 - 07:00
BSU-da yeni ixtisas yaradılıb 08.07.2025 - 07:00
"Rəqəmsal Bacarıqlar təmayüllü” 10-cu siniflərə qəbul imtahanının ikinci şans imtahanı keçiriləcək08.07.2025 - 06:50
“Parla” təqaüd və inkişaf proqramının iştirakçıları “Müsahibə bacarıqları” üzrə təlimdə iştirak ediblər -FOTO 08.07.2025 - 06:40
Bu gün Gülhüseyn Hüseynoğlunun anım günüdür08.07.2025 - 06:30
İyulun 9-da DİM TOEFL iBT imtahanı keçiriləcək08.07.2025 - 06:20
İşə qəbul üzrə direktorların müsabiqələrinin nəticələri elan olunub 08.07.2025 - 06:10
Azərbaycanlı tələbə Almaniyada yaşadığı evdə ölü tapılıb08.07.2025 - 05:59
İkili Diplom Proqramlarına 1041 Tələbə Qəbul Olunub, 266 Nəfər Məzun Olub07.07.2025 - 19:30
Elmi Nailiyyətlərinə Görə 300 Tədqiqatçıya Aylıq Mükafat Verilib07.07.2025 - 19:20
Qarabağ Universitetinə 1154 Tələbə Qəbul Olundu, Qəbul Planı 98,5% Yerinə Yetirildi07.07.2025 - 19:10
Təhsil Tələbə Krediti Fonduna 70 Mindən Artıq Müraciət Daxil Olub07.07.2025 - 19:00
2024–2025-ci Tədris İlində Ali Təhsilə Qəbul Statistikası Açıqlanıb07.07.2025 - 18:50