Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Türkiyə Texnologiya Komandası Fondunun (T3 Fondu) Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru Ahmet Köse ilə görüşüb.
BDU-dan “Tehsil365 “-ə bildirilib ki, görüşdə təhsil, elm və texnologiya sahələrində əməkdaşlıq imkanları, o cümlədən müxtəlif layihələrin dəstəklənməsi müzakirə olunub.
Rektor Elçin Babayev BDU-nun innovasiya yönümlü fəaliyyəti, tələbələrin qazandığı uğurlar və rəqəmsal bacarıqların artırılması istiqamətində görülən işlər barədə məlumat verib. Ahmet Köse isə T3 Fondunun Azərbaycandakı təşəbbüsləri və gələcək planları haqqında danışıb.