Təhsil 365 - Logo Mobile

BMU Pekin Kimya Texnologiya Universiteti ilə ikili diplom proqramının icrasına başlayır

6704.07.2025 - 11:30
BMU Pekin Kimya Texnologiya Universiteti ilə ikili diplom proqramının icrasına başlayır

Bu ildən etibarən Bakı Mühəndislik Universiteti (BMU) ilə Çin Xalq Respublikasının Pekin Kimya Texnologiya Universiteti (PKTU) arasında ikili diplom proqramının icrasına start verilir.

Universitetdən “Tehsil365 ”ə bildirilib ki, proqram Kimya, Kompüter və Mexanika mühəndislikləri ixtisasları üzrə həyata keçiriləcək.

İki ali təhsil müəssisəsi arasında bu ilin aprel və iyun aylarında imzalanan, 2+2 modelinə əsaslanan sənədlərə müvafiq olaraq BMU-da I, II kursları uğurla başa vuran tələbələr müvafiq prosedurları keçdikdən sonra III, IV kurs təhsillərini PKTU-da davam etdirəcəklər. ÜÖMG-si 80-dən yuxarı olan tələbələr universitetin təhsil xərcindən azad olunurlar.

BMU-PKTU ikili diplom proqramı tələbələrə bir sıra strateji və praktik üstünlüklər vəd edir. Onlar beynəlxalq səviyyəli təhsilə çıxış imkanı qazanır, fərqli tədris metodikaları, qabaqcıl texnologiyalar və praktiki laboratoriya imkanları ilə tanış olmaqla yanaşı, real sənaye yönümlü biliklər öyrənmək fürsəti əldə edirlər. Eyni zamanda proqram çərçivəsində birgə elmi layihələrdə və texnoloji startap fəaliyyətlərində iştirakları təmin olunur, tədrisin ingilis dilində aparılması sayəsində xarici dil bacarıqları təkmilləşir, habelə Çin mədəniyyəti ilə yaxından tanışlıq imkanı yaranır. Təhsillərinin sonunda tələbələr həm BMU, həm də PKTU-nun bakalavr diplomunu əldə edirlər.

Nəticə etibarilə ikili diplom proqramı məzunların beynəlxalq əmək bazarında tanınmasına, rəqabət qabiliyyətinin yüksəlməsinə, eləcə də qlobal karyera imkanlarının genişlənməsinə xidmət edəcək. Azərbaycan və Çin universitetləri arasında bakalavriat səviyyəsində həyata keçiriləcək ilk ikili diplom proqramı, həmçinin iki ölkənin təhsil sahəsindəki əlaqələrinə mühüm töhfə verəcək.

Qeyd edək ki, PKTU Çində, eləcə də dünyada öncül mövqeyə malik universitetlərdən biridir. 1958-ci ildə yaradılan bu ali məktəbin 2700 nəfərdən ibarət professor-müəllim heyəti və 28670 tələbəsi var. 17 kollec və məktəbi olan universitet üç əsas böyük kampusda yerləşir. 170 ölkənin 63 universiteti ilə əməkdaşlıq edən PKTU-da ingilis dilində təhsil almaq imkanları genişdir və təhsilin bütün səviyyələrində proqramlar icra olunur.

Nərminə Eyyubova

Xəbər Lenti

Azad edilmiş ərazilərə qayıdan 608 nəfər peşə təlimlərinə cəlb edilib08.07.2025 - 14:50
İyulun 9-u üçün Hava Proqnozu Açıqlanıb08.07.2025 - 14:40
Azərbaycanda kino istehsalına yeni dövlət dəstəyi mexanizmi08.07.2025 - 14:30
Dövlət Orqanlarında İyunun 17-də Elan Edilmiş Daxili Müsahibələrin Keçirilmə Qrafiki Açıqlanıb08.07.2025 - 14:20
Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyətə başlayacaq08.07.2025 - 14:10
Dendrologiya İnstitutunda Dayanıqlı Meşə Ekosistemlərinə dair Forum Keçirilib08.07.2025 - 14:00
BMU müəllim və tələbələri Çində – İkili diplom proqramı çərçivəsində beynəlxalq əməkdaşlıq genişlənir08.07.2025 - 13:45
Mingəçevir Dövlət Universiteti "Azəralüminium" MMC ilə əməkdaşlıq Memorandumu imzalayıb08.07.2025 - 13:35
Təhsildə şəffaflığa doğru addım – MİQ elektronlaşdırılır08.07.2025 - 13:00
Universitet auditoriyalarına yeni töhfə: BDU müəllimləri dərs vəsaiti hazırladı08.07.2025 - 12:35
Milli Təhsil Sistemində Folklorun Yeri və Əhəmiyyəti Araşdırılıb08.07.2025 - 12:15
AMEA-da Mifoloji Düşüncəyə Yeni Baxış: Yeni Kitabın Təqdimatı Keçirildi08.07.2025 - 12:15
Qəbul üçün qabiliyyət imtahanları mərhələsi sürətlə davam edir08.07.2025 - 11:50
BDU-nun biologiya məzunlarından 22-si xaricdə nüfuzlu universitetlərə qəbul olunub08.07.2025 - 11:22
Məktəbəhazırlıq qruplarında məktəb seçimi prosesi başlayır08.07.2025 - 11:15
Fərqlənmə attestatı alan məzunlarla bağlı statistika açıqlandı08.07.2025 - 11:10
AMEA Rəyasət Heyətinin iclası keçirilib 08.07.2025 - 10:45
AMEA əməkdaşlarına impakt faktorlu məqalələrə görə mükafat08.07.2025 - 10:35
İyulun 8-nə olan hava proqnozu açıqlandı08.07.2025 - 10:25
“Təhsil”in güləşçiləri U15 Avropa çempionatında 4 medal qazanıb08.07.2025 - 10:10
Təsviri sənət üzrə apellyasiyalar onlayn qəbul olunacaq08.07.2025 - 10:00
Müəllimlərin dərin metodiki biliyi və tətbiq bacarığı şagirdlərin nəticələrində də özünü göstərir”.08.07.2025 - 09:00
“AMEA-nın Əziz Səncər fəxri diplomu”nun Əsasnaməsi təsdiq edilib08.07.2025 - 08:00
Magistratura imtahanında 90 baldan yuxarı bal toplayanların sayı 32 nəfərdir08.07.2025 - 07:50
Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin AMEA-da keçirilməsi çərçivəsində hazırlıq işlərinə başlanılıb - Akademik İsa Həbibbəyli08.07.2025 - 07:50
Akademik Mustafa Topçubaşovun 130 illiyinin qeyd edilməsi üzrə Tədbirlər planını hazırlamaq məqsədilə komissiya yaradılıb08.07.2025 - 07:40
Vaqif Poeziya Günləri başlayır 08.07.2025 - 07:40
II və III qrupların test tapşırıqlarının düzgün cavabları08.07.2025 - 07:30
MİQ imtahanlarında iştirak göstəricisi 81 faizə çatıb – Vəfa Yaqublu08.07.2025 - 07:30
BMU-da yay imtahan sessiyası başa çatıb08.07.2025 - 07:20
Elm və təhsil naziri III “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb -FOTO 08.07.2025 - 07:20
Azərbaycanda 180 min sözdən ibarət yeni orfoqrafiya lüğəti hazırlanır08.07.2025 - 07:10
Təkrar sertifikasiyadan keçə bilməyən müəllimlərlə görüşlər keçiriləcək08.07.2025 - 07:10
BSU-da yeni ixtisas yaradılıb 08.07.2025 - 07:00
BMU Çin universitetləri ilə əməkdaşlıq dairəsini genişləndirir08.07.2025 - 07:00
"Rəqəmsal Bacarıqlar təmayüllü” 10-cu siniflərə qəbul imtahanının ikinci şans imtahanı keçiriləcək08.07.2025 - 06:50
“Parla” təqaüd və inkişaf proqramının iştirakçıları “Müsahibə bacarıqları” üzrə təlimdə iştirak ediblər -FOTO 08.07.2025 - 06:40
Bu gün Gülhüseyn Hüseynoğlunun anım günüdür08.07.2025 - 06:30
İyulun 9-da DİM TOEFL iBT imtahanı keçiriləcək08.07.2025 - 06:20
İşə qəbul üzrə direktorların müsabiqələrinin nəticələri elan olunub 08.07.2025 - 06:10
Azərbaycanlı tələbə Almaniyada yaşadığı evdə ölü tapılıb08.07.2025 - 05:59
İkili Diplom Proqramlarına 1041 Tələbə Qəbul Olunub, 266 Nəfər Məzun Olub07.07.2025 - 19:30
Elmi Nailiyyətlərinə Görə 300 Tədqiqatçıya Aylıq Mükafat Verilib07.07.2025 - 19:20
Qarabağ Universitetinə 1154 Tələbə Qəbul Olundu, Qəbul Planı 98,5% Yerinə Yetirildi07.07.2025 - 19:10
Təhsil Tələbə Krediti Fonduna 70 Mindən Artıq Müraciət Daxil Olub07.07.2025 - 19:00
2024–2025-ci Tədris İlində Ali Təhsilə Qəbul Statistikası Açıqlanıb07.07.2025 - 18:50
İkili Diplom Proqramlarında Təhsil Alan Tələbələrin Sayı Açıqlanıb07.07.2025 - 18:40
Peşə Təhsili Müəssisələrinə Qəbul Artıb: 2024-2025-ci ildə 24 821 Nəfər Qəbul Olunub07.07.2025 - 18:30