““Yüksəliş” müsabiqəsi hər il ölkə başçısının sərəncamı ilə keçirilir. Bu müsabiqə dövlətin kadr potensialının inkişafına verdiyi yüksək önəmin göstəricisidir”.
“Tehsil365 ” xəbər verir ki, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev bu fikri V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi çərçivəsində keçirilən tədbirdə bildirib.
“Dövlətimizin elmi-intellektual müsabiqələrə belə diqqət və qayğı göstərməsi təqdirəlayiqdir. Bu il artıq müsabiqənin 5-ci dəfə keçirilməsi ilə yanaşı, zəfərimizin də 5-ci ildönümüdür. Zəfərin 5-ci ildönümü ilə bağlı bizə mühüm və şərəfli bir vəzifə həvalə olunub və yaxın günlərdə bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək”, – deyə o vurğulayıb.
Nazir müavini əlavə edib ki, “Yüksəliş” müsabiqəsi gənclərin inkişafında və idarəetmə bacarıqlarının üzə çıxarılmasında mühüm rol oynayır.