Təhsil 365 - Logo Mobile

“Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinə start verilib

7804.07.2025 - 14:15
“Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinə start verilib

Bakı Ekspo Mərkəzində beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinə start verilib.

“Tehsil365” xəbər verir ki, tədbirdə müsabiqəsinin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Prezidentin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev iştirak ediblər.

F.Hacıyev çıxışında qeyd edib ki, “Yüksəliş” müsabiqəsi dövlətin kadr potensialının inkişafına verdiyi yüksək önəmin göstəricisidir:

"Elmi-intellektual müsabiqələrə belə diqqət və qayğı göstərməsi təqdirəlayiqdir. Bu il həmçinin 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin də beşinci ildönümüdür. Bununla bağlı bizə mühüm və şərəfli bir vəzifə həvalə olunub və yaxın günlərdə bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək”.

PA rəsmisi Şahmar Mövsümov qeyd edib ki, artıq lider yalnız qərar verən və idarə edən şəxs deyil, müasir lider daha fərqli keyfiyyətlərə malik olmalıdır:

"Müasir dövrün əsas xüsusiyyəti dəyişikliklərin sürətli xarakter almasıdır. Qlobal dünyada texnologiya, həyat tərzi, iqtisadiyyat və digər sahələr sürətlə dəyişir. Bu dəyişikliklər yeni çağırışlar yaradır. İndiyədək 40 minə yaxın insan müsabiqəyə qatılıb. Bu dövr ərzində 96 nəfər qalib olub. Burada fərqlənərək ön sıralara yüksələnlər yaradıcılığı, analitik düşüncəsi, çevik qərarvermə bacarığı və komanda ilə işləmək qabiliyyəti ilə seçilirlər".

Ombudsman Səbinə Əliyeva bildirib ki, müsabiqə Azərbaycanda strateji idarəçilik mədəniyyətinin formalaşmasına, dövlətçilikdə intellektual kapitalın önə çəkilməsinə və bacarıqlı kadrların dövlətin inkişafında iştirak etməsinə geniş imkanlar yaradır:

“Bu təşəbbüs yalnız idarəçilik müsabiqəsi deyil, eyni zamanda Azərbaycanın gələcəyinə xidmət edən liderlik məktəbidir. Təqdirəlayiq haldır ki, ölkəmiz ötən illər ərzində qabaqcıl beynəlxalq təcrübələri əsas götürərək rasional dövlət siyasəti həyata keçirmiş, təhlükəsiz, inklüziv və dayanıqlı ölkə modeli kimi dünyada tanınıb. Azərbaycan “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də əks olunan məqsəd və hədəflərin hər biri üzrə, xüsusilə keyfiyyətli təhsilin, gender bərabərliyinin, layiqli əmək və iqtisadi artımın təmini sahəsində nəticələr və nailiyyətlər əldə etməkdədir”.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev isə vurğulayıb ki, “Yüksəliş” müsabiqəsi yüksək intellektə və idarəçilik bacarığına malik perspektivli, xüsusilə gənc rəhbər kadrların seçilməsi və dəstəklənməsi, yeni nəsil idarəçilərin hazırlanması üçün unikal platformadır:

"Kadr hazırlığı sisteminin perspektiv peşələrə dönüşü və innovativ iqtisadiyyatın tələbatına cavab verə biləcək kadr potensialının formalaşdırılması, ölkədə liderlik potensialının və peşəkarlığın artırılması, gələcək ictimai inkişafın yeni keyfiyyət mərhələsini səciyyələndirəcək. Bu baxımdan “Yüksəliş” müsabiqəsi istedadlı və idarəetmə bacarığı olan şəxslərin üzə çıxarılması, onların inkişafına dəstək göstərilməsi ilə bu prosesə mühüm töhfə verir”.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov isə əlavə edib ki, müsabiqə eyni zamanda Azərbaycanın inkişafına yönəlmiş strateji addımlardan biridir:

“Yüksəliş” müsabiqəsində qazanılan ən böyük nailiyyət təkcə qalib olmaq deyil - həm də özünüzü daha dərindən tanımaq, zəif və güclü tərəflərinizi müəyyənləşdirmək və daim inkişaf etməyə can atmaqdır. Hər bir çətinlik və sınaq qarşıya qoyulan məqsədlərə bir addım daha yaxınlaşdırır. İnanıram ki, istedadlı şəxslərin dəstəklənməsi ilə biz daha güclü, daha dinamik və daha innovativ bir cəmiyyət quracağıq”.

Daha sonra iştirakçılara məlumat verilib ki, yarımfinal mərhələsində iştirak etmək hüququ qazanan 329 namizəd idarəetmə bacarıqları üzrə keçirilən imtahanı müvəffəqiyyətlə tamamlayaraq bu mərhələyə yüksəlib. Bu mərhələdə iştirakçılar real iş mühitinə uyğun hazırlanmış situasiyalar və keys tapşırıqları üzərindən öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər.

Üç gün davam edəcək yarımfinal mərhələsi çərçivəsində namizədlər 9 səriştə üzrə (strateji düşüncə, effektiv liderlik, qərarvermə, nəticəyönümlülük, işin effektivliyinin idarə edilməsi, adaptivlik, innovativ düşüncə, komanda işi və əməkdaşlıq, etika və dürüstlük) ekspertlər tərəfindən qiymətləndiriləcək.

Bu mərhələni uğurla tamamlayan iştirakçılar 18–20 iyulda keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanacaq.

Ramidə Əliyeva

Xəbər Lenti

2025–2026-cı tədris ili üzrə məktəb və məktəbəhazırlıq qruplarına qəbul mərhələsi başlayıb06.07.2025 - 13:10
MDU-nun Şəkidə keçirilən Elmi Şura iclasında vacib qərarlar: Tələbələrə əlavə təqaüdlər, diferensial əməkhaqqı sistemi və yeni təhsil təşəbbüsləri06.07.2025 - 13:00
Yusif Məmmədəliyevin 120 illiyi münasibətilə sərəncam imzalanıb06.07.2025 - 11:30
İmtahan nəticələri iki həftədən sonra elan olunacaq06.07.2025 - 11:20
Qansuda 19 uşaq qurğuşun zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilib06.07.2025 - 11:10
DİM II və III qruplar üzrə imtahan keçirib, nəticələr iki həftəyə açıqlanacaq06.07.2025 - 11:00
Qəbul imtahanında qayda pozan 10 nəfər imtahandan kənarlaşdırıldı06.07.2025 - 10:50
DİM-in imtahanları 25 şəhər və rayonda keçirilib06.07.2025 - 10:40
İyulun 7-də Bakıda yağmursuz, rayonlarda yağış gözlənilir06.07.2025 - 10:30
DİM doktorantura və fəlsəfə doktoru danışıq imtahanlarını təşkil edib06.07.2025 - 10:20
Bakı Ali Neft Məktəbində təhsil haqqı yeniləndi06.07.2025 - 10:10
Vəkillər Kollegiyasına növbəti qəbul: 421 namizəd imtahanda iştirak edir06.07.2025 - 10:00
Yaponiyada 5,4 bal gücündə zəlzələ olub 06.07.2025 - 08:00
Qardaşxan Haqqararın şeirləri türk mətbuatında işıq üzü görüb -FOTO 06.07.2025 - 07:50
BSU-da “Şəxsiyyət və suverenlik” mövzusunda III Psixoloji Zirvə konfransı keçirilib -FOTO 06.07.2025 - 07:40
Azərbaycanlı bəstəkar Ruslan Əhmədoğlu Türkiyədə vəfat edib06.07.2025 - 07:30
Tanınmış azərbaycanlı bəstəkar Ruslan Əhmədoğlu vəfat edib 06.07.2025 - 07:20
Türkiyəli jurnalist Timur Soykan sosial şəbəkədəki paylaşımlarına görə saxlanılıb06.07.2025 - 07:10
Velosiped idmanının regionlarda inkişafını hədəfləyən layihəyə start verilir -FOTO 06.07.2025 - 07:00
Mərakeşli jurnalistlər Azərbaycan Milli Kitabxanasının qonağı olublar -FOTO 06.07.2025 - 06:50
Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının 2024/2025-ci tədris ili üzrə yekun iclası keçirilib -FOTO 06.07.2025 - 06:40
DİM Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün imtahan keçirəcək 06.07.2025 - 06:30
Bu gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək06.07.2025 - 06:20
Kürdə batan 19 yaşlı gəncin meyiti tapılıb06.07.2025 - 06:10
Təhsil Tələbə Krediti Fondundan 57 mindən çox tələbəyə kredit verilib – 466 min manatlıq güzəşt tətbiq olunub05.07.2025 - 11:30
Dubayda 57-ci Beynəlxalq Kimya Olimpiadası keçiriləcək – Azərbaycan da iştirak edəcək05.07.2025 - 11:20
"Azərbaycan tarixinin farsdilli qaynaqları" adlı yeni monoqrafiya nəşr olundu05.07.2025 - 11:10
Milli Aviasiya Akademiyasında 2024-2025-ci tədris ili məzunlarına həsr olunmuş təntənəli “Məzun günü” keçirilib05.07.2025 - 11:00
Sübhan Mamedov Astanada Dünya Kubokunda bürünc medal aldı05.07.2025 - 10:50
Yusif Məmmədəliyevin 120 illiyi qeyd olunacaq05.07.2025 - 10:35
İlahiyyat İnstitutunda qanvermə aksiyası keçirilib05.07.2025 - 10:20
Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür05.07.2025 - 10:10
İyulun 6-da qeyri-sabit hava gözlənilir05.07.2025 - 10:00
"Aşura yalnız matəm yox, cəhalətə qarşı dərsdir" - Kamran Əsədov05.07.2025 - 08:45
Bir neçə kollecin rəhbər şəxslərinin əmək müqavilələrinə xitam verilib05.07.2025 - 07:50
400 nəfərə yaxın donor qanvermə aksiyasında iştirak edib05.07.2025 - 07:40
QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə qanvermə aksiyasında iştirak edir05.07.2025 - 07:20
Məktəbəhazırlıq qruplarına 2020-ci il təvəllüdlü uşaqlar qəbul edilir05.07.2025 - 07:00
Məktəbəhazırlıq qruplarına sənəd qəbulu elektron sistem vasitəsilə aparılır05.07.2025 - 06:50
Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi yaradılır05.07.2025 - 06:40
19 yaşlı gənc Kürdə batıb 05.07.2025 - 06:30
Aşura günü qanvermə aksiyası keçirilir05.07.2025 - 06:20
Sədr müavini:" Aşura günü qanvermə aksiyasının keçirilməsi Azərbaycanda ənənə halını alıb”05.07.2025 - 06:10
Böyük Britaniyada “Stratus” ştammı yayılıb05.07.2025 - 06:00
Bu gün Azərbaycanda Aşura günüdür 05.07.2025 - 04:42
35 ölkənin tələbəsi “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” çərçivəsində təhsil alıb 04.07.2025 - 20:10
İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb04.07.2025 - 20:00
Azərbaycanda daha çox bu ölkələrin tələbələri təhsil alırlar04.07.2025 - 19:50