Azərbaycan dili, ədəbiyyat, fizika, coğrafiya, informatika fənləri üzrə kurikulum təkmilləşdirilərək təsdiq edilib.
"Tehsil365" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin yaydığı 2024-2025-ci tədris ilinə dair hesabatda qeyd olunub.
Beləliklə, təkmilləşdirilən fənn kurikulumların sayı 9-a çatıb. Bir fənn (təbiət) kurikulumu isə yeni yazılıb. Hazırda bu kurikulumlardan 8-i tətbiq edilməkdədir. Yenilənmiş iki fənn kurikulmu isə 2025-2026 tədris ilindən tətbiq olunacaq.