Hazırda ölkə ərazisində 1669 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Ölkə üzrə 109 550 uşaq məktəbəqədər təhsilə cəlb edilib.
"Tehsil365” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin yaydığı 2024-2025-ci tədris ilinə dair hesabatda qeyd olunub.
Qeyd edilib ki, ölkəmizdə bağça yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma göstəricisi hazırda 38.2 faiz təşkil edir. Hədəf bu göstəricini 50 faizə çatdırmaqdır.
2024-cü ildə yeni tikilən 14 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. Cari il ərzində 5 məktəbəqədər təhsil müəssisəsi isə əsaslı təmir olunub.