2024-2025-ci tədris ilində lisenziya verilən əlavə təhsil mərkəzlərinin sayı açıqlanıb.
“Tehsil365” xəbər verir ki, bu barədə məlumat Elm və Təhsil Nazirliyinin “2024–2025-ci tədris ili rəqəmlərdə” adlı rəsmi hesabatında yer alıb.
Hesabata görə, 7 əlavə təhsil mərkəzinin fəaliyyətinə lisenziya verilməsinə dair monitorinq baxışı həyata keçirilib. Onların 6-sına müsbət rəy verilib.