Azərbaycan məktəblilərinin beynəlxalq olimpiadalardakı nailiyyətləri açıqlanıb.
"Tehsil365" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin yaydığı 2024-2025-ci tədris ilinə dair hesabatda qeyd olunub.
Bildirilib ki, cari ildə milli komandalarımız beynəlxalq olimpiadalardan 5 qızıl, 9 gümüş və 21 bürünc olmaqla, ümumilikdə 35 medal və 5 həvəsləndirici mükafat qazanıblar.