Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.
"Tehsil365" xəbər verir ki, valideynlər qeyd olunan portal üzərindən qeydiyyatdan keçərək müvafiq sənədləri təqdim edə və övladları üçün məktəbəhazırlıq qrupuna müraciət edə bilərlər.
Qeyd edək ki, bu sistem sənəd qəbulu prosesinin şəffaf və operativ şəkildə təşkil olunmasına xidmət edir.