Xəzər Universitetinin Tarix və Arxeologiya Departamentinin müəllimi Dr. Nurlan Nəsirovun həmmüəllifi olduğu "Azərbaycan tarixinin farsdilli qaynaqları" adlı elmi monoqrafiya nəşr olunub.
“Tehsil365 “xəbər verir ki, kitabda XIII–XV əsrlərdə – Moğollar, Teymurlular, Qaraqoyunlular və Ağqoyunlular dövründə yaşamış farsdilli tarixçilərin bioqrafiyaları araşdırılıb. Eyni zamanda həmin müəlliflərin qələmə aldıqları əsərlərdə Azərbaycan tarixinə dair məlumatlar seçilərək tərcümə edilib.
Monoqrafiyada ümumilikdə 21 farsca ilkin tarixi mənbə tədqiqata cəlb olunub. Bu mənbələrin bir qismi ilk dəfə Azərbaycan dilinə tərcümə olunaraq elmi dövriyyəyə daxil edilib. Nəşr, həm tarixşünaslıq, həm də mənbəşünaslıq baxımından mühüm əhəmiyyət daşıyır.