Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.
Bu barədə Dövlət İmtahan Mərkəzimdən (DİM) “Tehsil365”ə məlumat verilib.
Bildirilib ki, ilkin məlumatlara əsasən, 7 nəfərdə mobil telefon, 3 nəfərdə “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric olunub. Qayda pozuntularına yol verdiyi üçün imtahandan xaric olunanların müsabiqə nəticələri ləğv olunur və onlar ixtisas seçiminə buraxılmırlar.