Təhsil 365 - Logo Mobile

Haruki Murakaminin postmodern yaradıcılığına dair yeni elmi monoqrafiya nəşr olunub

7707.07.2025 - 09:20
Haruki Murakaminin postmodern yaradıcılığına dair yeni elmi monoqrafiya nəşr olunub

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda çağdaş dünya ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Haruki Murakaminin yaradıcılığı haqqında yeni elmi monoqrafiya nəşr edilib.


İnstitutdan “Tehsil365”ə bildirilib ki, filologiya üzrə fəlsəfə doktoru Gülnar Yunusovanın müəllifi olduğu “Haruki Murakami: Postmodern ədəbiyyatın kultu” adlı kitab “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. Nəşrə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Ön söz” yazıb. Kitabın elmi redaktoru Yaponiya Osaka Universitetinin dosenti, filologiya elmləri doktoru Yokota Murakami Takayuki, rəyçiləri isə Türkiyə Erciyes Universitetinin professoru, filologiya elmləri doktoru Ali Volkan Erdemir və Ədəbiyyat İnstitutunun dosenti, filologiya elmləri doktoru Bəsirə Əzizəliyevadır.


Monoqrafiyada özünəməxsus yaradıcılıq istiqaməti ilə yapon ədəbiyyatı ilə yanaşı, dünyada postmodern ədəbiyyatın inkişafına birbaşa təsir göstərən Haruki Murakaminin həyatı, yaradıcılıq yolu araşdırılır. Yaponiyada postmodernizmin formalaşması və əsas özəllikləri tədqiq olunaraq Murakaminin bədii irsinə təsir xüsusiyyətləri müəyyənləşdirilir. Yazıçının qloballaşma ərəfəsində yapon düşüncə tərzinin böyük bir dövrünü özündə əks etdirən əsərlərində fərqli cəhətlər araşdırılır. Murakaminin “Qoyun ətrafında macəra”, “Mexaniki quşun xronikası”, “Qaranlıqdan sonra” romanları əsasında postmodern qurmacaya təsir edən cərəyanlar, istiqamətlər, fiqurlar araşdırılaraq öyrənilir. Eyni zamanda, Murakaminin erkən yaradıcılıq nümunəsi olan “Küləyin nəğməsini dinlə” romanını kosmopolitizm, yazıçını dünyaya tanıdan, vizit kartı olan “Norveç meşəsi” romanı isə realizm istiqamətində tədqiqata cəlb olunur. Sənətkarın ən yaxşı postmodern əsər kimi dəyərləndirilən “Kafka sahildə” romanı əsasında yazıçının dünyaya estetik münasibətindəki sürrealist baxışları müəyyən edilir.


Kitabın tərtibatı da diqqətəlayiqdir. Dalğa Yunus tərəfindən dizayn olunan kitabın üz qabığında postmodern sənəti xatırladan labirint və geometrik quş təsviri, ilk səhifələrdə isə Murakaminin həm musiqi, həm də ədəbiyyatla əlaqəsini simvolik şəkildə əks etdirən caz mühitindəki obrazı təqdim olunub.


Kitab ədəbiyyat nəzəriyyəçiləri, yaponşünaslar, postmodernizmlə maraqlanan tədqiqatçılar və ümumiyyətlə, ədəbiyyatsevərlər üçün çox dəyərli elmi və estetik mənbədir. Müəllifin araşdırmaları nəticəsində oxucu Haruki Murakaminin əsərlərinə yeni baxış bucağından yanaşmaq imkanı əldə edir.

Gülgəz Qasımzadə

Xəbər Lenti

“Müasir metodist” layihəsinin təlimləri uğurla davam edir16.07.2025 - 06:30
“Təsviri incəsəsənət müəllimliyi” ixtisasına imtahanı verən abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər16.07.2025 - 06:20
Elm və Təhsil Nazirliyinə 38 607 vətəndaş müraciəti daxil olub16.07.2025 - 06:10
İsti Hava Gəlir: Temperatur 40 Dərəcəyə Çatacaq.15.07.2025 - 19:10
BSU-da Elmi Şuranın növbəti iclası keçirilib.15.07.2025 - 19:00
Gəncədə Abituriyentlər üçün Qarabağ Universitetinin Tibb Fakültəsi ilə Bağlı Təbliğat Görüşləri Keçirilib15.07.2025 - 18:00
Dəniz təbabətinə dair ilk ensiklopediya işıq üzü gördü15.07.2025 - 16:35
MDU və “Azərbaycan İES” MMC arasında yeni əməkdaşlıq qurulub15.07.2025 - 16:30
Xəzər universitetinin əməkdaşının məqaləsi beynəlxalq jurnalda15.07.2025 - 16:24
Vaqif Poeziya Günlərinin tarixi dəyişdirilib15.07.2025 - 16:16
Səkkizinci ANİMAFİLM festivalının müsabiqə proqramı elan olunub15.07.2025 - 16:13
Son üç ayda ombudsmanın Çağrı Mərkəzinə ümumilikdə 3377 zəng daxil olub15.07.2025 - 14:10
Bermud üçbucağı : Həqiqət, əfsanə və elm15.07.2025 - 14:00
Gizlenen serhedlər: dünyanın en qeyri-adi dövletleri15.07.2025 - 13:50
Dördüncü “Yüksəliş”in qalibi ilə rəsmi görüş keçirildi15.07.2025 - 13:40
Bəxtiyar Vahabzadənin yubiley kitabı gürcü dilində oxuculara təqdim edildi15.07.2025 - 13:30
Dövlət qulluğu imtahanı keçirilir – namizədlərin nəzərinə!15.07.2025 - 13:20
Liseylərin qəbul nəticələri yüksəkdir – DİM sədri açıqladı15.07.2025 - 13:10
Qlobal rəqabətdə liderlik qazanan dillər15.07.2025 - 13:00
Uğurun formulu: Ən uğurlu insanların gündəlik vərdişləri15.07.2025 - 12:50
Bakı Mühəndislik Universitetinin bu ilin ən yüksək nəticə göstərən tələbəsi15.07.2025 - 12:35
Buraxılış imtahanlarının nəticələri təhlil olunub15.07.2025 - 12:30
Elmi ictimaiyyət AMEA-nın 80 illik yubileyinə hazırlaşır15.07.2025 - 12:20
BDU ilə İqtisadi İslahatlar Mərkəzi arasında yeni əməkdaşlıq15.07.2025 - 12:10
Ümumdünya Gənclərin Bacarıqları Günü: Gələcəyin Qurucularına Dəstək15.07.2025 - 12:00
Respublikada zəlzələ müşahidə olundu15.07.2025 - 11:50
“Müasir metodist” müsabiqəsində iştirakçılarla müsahibələrə start verildi15.07.2025 - 11:10
Bakı tələbə şəhərləri reytinqində öz yerini alıb15.07.2025 - 11:00
BMU müəllim və tələbələrinin Çindəki mübadilə proqramı sona yetdi- FOTO15.07.2025 - 10:50
Şagirdlərin buraxılış nəticələri yaxşılaşıb15.07.2025 - 10:40
Azərbaycan biologiya komandası IBO 2025 üçün Ankarada praktiki hazırlıq keçib15.07.2025 - 10:30
Türkiyə səkkiz xarici eSIM provayderinə girişə məhdudiyyət qoydu15.07.2025 - 10:20
İyulun 16-da günəşli və isti hava gözlənilir15.07.2025 - 10:10
“İctimaiyyətlə əlaqələrin əsasları” dərs vəsaitinin təqdimatı keçirilib.15.07.2025 - 10:00
Məşqçiyə azyaşlı idmançını döydüyü üçün islah işi və məşq qadağası verildi15.07.2025 - 09:50
Musiqi, incəsənət məktəblərinə qəbul imtahanlarının nəticələri açıqlanıb.15.07.2025 - 09:40
T-test şkalasının digər imtahanlarda tətbiqi müzakirə edilir.15.07.2025 - 09:30
114 nömrəli bağçada məcburi köçkünlərin yaşadığı hissədə yanğın baş verib.15.07.2025 - 09:20
Magistraturaya qəbul imtahanında “speaking” mərhələsi tətbiq ediləcək - DİM sədri15.07.2025 - 09:10
Azərbaycan və Türkiyənin birgə elmi layihəsi: Türk mədəniyyətinin kökləri tədqiq olunur"15.07.2025 - 09:00
Məleykə Abbaszadə: Bir gündə 100 min şagirdin imtahan verməsi real deyil"15.07.2025 - 08:50
Mühasib vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edilir.15.07.2025 - 08:40
Tələbələrin köçürülməsinə start verildi15.07.2025 - 08:30
Bu namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər15.07.2025 - 08:20
119 mindən çox uşağın birinci sinfə qəbulu tamamlanıb15.07.2025 - 08:10
Məktəbli vəfat etdi15.07.2025 - 08:00
İki markerin qiyməti üst-üstə düşməzsə, sistem yazını üçüncü markerə ötürür15.07.2025 - 07:50
BDU-da şəhid övladları olan abituriyentlər üçün infotur keçiriləcək15.07.2025 - 07:40