Təhsil 365 - Logo Mobile

Şərqşünaslıq İnstitutunun 6 Aylıq Elmi Fəaliyyət Hesabatı: 111 Tədqiqat İşi, 14 Kitab, 125 Konfrans İştirakı

10407.07.2025 - 11:35
Şərqşünaslıq İnstitutunun 6 Aylıq Elmi Fəaliyyət Hesabatı: 111 Tədqiqat İşi, 14 Kitab, 125 Konfrans İştirakı

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda ötən 6 ay ərzində elmi tədqiqatların icrası sahəsində 1 elmi istiqamət, 5 problem çərçivəsində aparılan 111 elmi-tədqiqat işi bu ilin sonunda başa çatacaq. Bu tədqiqatların sırasında “Cümhuriyyət Xalq Partiyasının Türkiyə siyasətində yeri və rolu (2003-2023-cü illər)”, “NATO çərçivəsində beynəlxalq terrorizmə qarşı mübarizədə Türkiyə və ABŞ-ın əməkdaşlığı”, “Böyük coğrafi kəşflər və Orta Şərq və Azərbaycan üzərindən keçən ticarət yolları”, “Bir kəmər-bir yol” layihəsi çərçivəsində Azərbaycan-Çin əməkdaşlığının inkişafında Prezident İlham Əliyevin rolu”, “İraq türkmanlarının tarixi təkamülü”, “Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında siyasi münasibətlər”, “Müstəqillik dövründə Azərbaycan-Qırğızıstan əlaqələri (1991-2021)”, “Azərbaycanca-farsca və farsca-Azərbaycanca tibb terminləri lüğəti”, “Təsəvvüfün Azərbaycanda və Azərbaycan ədəbiyyatında yeri” və digər mövzularda elmi tədqiqat işlərinin cari ilin birinci yarısı üçün nəşri gözlənilir.

Bu barədə Tehsil365 -ə Şərqşünaslıq İnstitutundan məlumat verilib.

Bu ilin 6 ayında institutda 14 kitab nəşr edilib, 7 kitab hazırda çapdadır. Çap olunanlar akademik Ziya Bünyadovun seçilmiş əsərlərinin 1-ci (“Azərbaycan VII-IX əsrlərdə”) və 2-ci (“Azərbaycan Atabəyləri dövləti”) cildləri, akademik Gövhər Baxşəliyevanın “Kniqa pesen” Əbu-l-Faradja əl-İsfaxani i klassiçeskaya azerbaydjanskaya literatura”, Səriyyə Gündoğdunun “XIX əsrdə yeni türk ədəbiyyatının yaranması və inkişafı”, Rəna Rzayevanın “Munisnamə” təsəvvüf ədəbiyyatının nümunəsi kimi”, Xuraman Əliyevanın “Aida İmanquliyeva Ərəb məhcər ədəbiyyatının tədqiqatçısı kimi”, Məryəm Seyidbəyli, Elxan Quliyev və Röya Mirzəbəyovanın “Fəzlullah Nəimi və hürufilik hərəkatı”, Ülkər Səmədovanın “Tənzimat dövrü türk nəsrinin formalaşmasına Qərb ədəbiyyatının təsiri”, Sevinc Nuriyevanın “Şumer ədəbiyyatı və Azərbaycan”, Səadət Şıxıyevanın “XIX əsr Qarabağ Divan ədəbiyyatı (ənənə və yenilik kontekstində)” monoqrafiyaları, Elman Quliyevin “Türk xalqları ədəbiyyatı” dərsliyi, “Professor Vilayət Cəfərov. Ömür yolu, elmi irsi, yaddaşlarda qalan izi” adlı kitab, “Şərq ədəbi-filoloji fikir tarixində Məhəmməd Füzulinin yeri” və “Şərq-Qərb kontekstində mədəniyyətlərin dialoqu” adlı məqalələr toplularıdır. Eləcə də Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr edilmiş “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli müştərək müsəlman mədəniyyətinin yetirməsi kimi” mövzusunda beynəlxalq elmi konfransın materialları”, “Şərq araşdırmaları” elmi-nəzəri jurnalı və “Şərq filologiyası məsələləri” məqalələr toplusunun növbəti buraxılışları işıq üzü görüb.

Ötən yarımildə institutun əməkdaşları ölkədə keçirilən 25 respublika və 73 beynəlxalq səviyyəli elmi konfranslarda, eləcə də xaricdə (Türkiyə, Özbəkistan, Qazaxıstan, Ukrayna, Rusiya, Rumıniya, İraq, Polşa, Moldova) keçirilən 20 beynəlxalq konfransda iştirak ediblər, onların ölkə daxilində 75 məqalə, 27 tezisi, xaricdə isə 16 məqalə və 13 tezisi çap olunub.

İnstitutun beynəlxalq əlaqələrinin həyata keçirilməsi istiqamətində Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsinin sədrinin birinci müavini, ilahiyyat elmləri doktoru, professor Damir Muxetdinovla görüş və “İslah və təcdid” kitabının təqdimatını qeyd etmək olar.

İnstitutda ötən dövrdə “Milli mübarizəmizin məntiqi nəticəsi - Konstitusiya və Suverenlik” mövzusunda respublika konfransı, “Müasir cəmiyyətdə və elmdə qadının rolu” mövzusunda elmi konfrans, “Cavad Heyət - Cənubi azərbaycanlıların mədəni-mənəvi varlığının təcəssümü kimi” mövzusunda, eləcə də professor Fərid Ələkbərlinin yaradıcılığına həsr olunmuş elmi sessiyalar keçirilib.

Həmçinin institutda “Qəhrəmanlıq mübarizəmizin silinməz səhifəsi – 20 Yanvar”, “Müasir Azərbaycan gəncləri: reallıqlar, perspektivlər”, “Xocalı qətliamı - XX əsrdə xalqımıza qarşı bəşəri cinayət”, “Milli kimliyin formalaşmasında elmi tərəqqinin rolu”, “Çoxəsrlik tariximizin Heydər Əliyev zirvəsi”, YAP Neftçala rayon təşkilatı ilə birgə Neftçalada “Suveren Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir” adlı tədbirlər keçirilib.

Müasir dövrün tələbatlarına uyğun olaraq, institut əməkdaşlarının beynəlxalq elektron resurslara çıxışı genişləndirilir. “Google Scholar”da institut əməkdaşlarının məqalələrin sayı 1309, istinadların sayı 767, “ResearchGate”də müvafiq olaraq 225 və 40, “Academia.edu”da 360 və 210, “Scopus”da 23 və 7-dir.

İnstitutda fəaliyyət göstərən Müdafiə şurasında türk xalqları ədəbiyyatı ixtisası üzrə 1 elmlər doktorluğu, 2 fəlsəfə doktorluğu, dünya ədəbiyyatı (ərəb ədəbiyyatı) ixtisası üzrə 1 fəlsəfə doktorluğu olmaqla, ümumilikdə 4 dissertasiya müdafiə edilib.

Nərminə Eyyubova

Xəbər Lenti

UNEC ilə Çin Universiteti Arasında Təhsil Əlaqələri Qurulub10.07.2025 - 11:30
Emin Əmrullayev: Bağçalarda Nəzarət Gücləndirilib10.07.2025 - 11:20
DİA-da “Qərbi Azərbaycana Qayıdış” Mövzusunda Elmi Dəyirmi Masa Keçirilib10.07.2025 - 11:10
Nazir: Azərbaycan Bölməsində 80+ Bal Adi Hal Sayılır10.07.2025 - 11:00
Rus Bölmələrinin Bağlanması Məsələsi İctimaiyyətə Dəqiqləşdirildi10.07.2025 - 10:50
Gələn İldən Müəllimlərin Maaşı Artacaq — Rəsmi Məlumat10.07.2025 - 10:40
MİQ test imtahanının yekun mərhələsi keçirilir10.07.2025 - 10:30
Elmlər Namizədi, Professor Rəhman Bədəlov Dünyasını Dəyişdi10.07.2025 - 10:20
LDU-da Elmi Şuranın Sonuncu İclası Keçirilib.10.07.2025 - 10:10
Yeniyetmələrdən Şok Şantaj: Pul və Qızıl Əldə Ediblər10.07.2025 - 10:00
Azərbaycan dili və ədəbiyyat imtahanındakı 3 sual qiymətləndirmədən çıxarılıb10.07.2025 - 09:50
Müəllimlərin ümumi dərs yükü artıb10.07.2025 - 09:40
Kolleclərdə müəllimlik ixtisasları üzrə hazırlıq dayandırılıb10.07.2025 - 09:30
Ege Universitetində təhsil alan tələbələrin Məzun günü keçirilib10.07.2025 - 09:20
Sertifikatlaşdırma prosesində yüksək nəticə göstərən müəllimlərin orta aylıq əməkhaqqı 1320 manatdır10.07.2025 - 09:10
Sertifikatlaşdırma prosesində iştirak edən xarici dil müəllimlərinin 12 faizi uğur qazanıb10.07.2025 - 09:00
Direktor kürsüsünə aparan yol təkcə sertifikasiya nəticəsindən keçmir10.07.2025 - 08:50
56 mindən artıq müəllimin maaşı artırılıb10.07.2025 - 08:40
Riyaziyyat müəllimləri üçün sertifikatlaşdırmanın nəticələri açıqlandı10.07.2025 - 08:30
Emin Əmrullayev: Uğur qazanmayan müəllimlərin əvəzlənməsi dərs yükünə təsir edib10.07.2025 - 08:20
Nazir: 7318 müəllim sertifikasiya prosesindən uğurla keçə bilmədiyi üçün əmək müqaviləsinə xitam verilib10.07.2025 - 08:10
2022–2025-ci illər ərzində 80 mindən çox müəllim sertifikatlaşdırma imtahanlarında iştirak edib10.07.2025 - 08:00
İtaliyadakı beynəlxalq hakatonda tələbələrimizdən böyük uğur10.07.2025 - 07:50
DİM I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək10.07.2025 - 07:40
Bəzi məktəblərdə məktəbəhazırlıq qruplarına qəbul zamanı prioritet tətbiq olunur 10.07.2025 - 07:30
Bu gün Xalq yazıçısı Sabir Əhmədli anım günüdür 10.07.2025 - 07:20
Dövlət İmtahan Mərkəzi ilə SIGMA proqramı çərçivəsində ikigünlük seminar keçirilib10.07.2025 - 07:10
"WhatsApp" mesencerinin "iOS" əməliyyat sistemi üçün yeni funksiya 10.07.2025 - 07:00
“Microsoft"süni intellektdən istifadə edərək 500 milyon dollardan çox qənaət edib10.07.2025 - 06:50
Egey dənizində 4,6 bal gücündə zəlzələ olub 10.07.2025 - 06:40
Bakıda yeniyetmə qız itkin düşüb10.07.2025 - 06:30
“Ümid işığı” pyesi əsasında hazırlanan tamaşanın premyerası keçirilib -FOTO 10.07.2025 - 06:20
İqtisadiyyat və Humanitar Kollecdə yeni təyinatlar olub10.07.2025 - 06:10
Gəncə Dövlət Universitetində “Yaşıl transformasiya təlim modulu” adlı beynəlxalq layihəyə start verilir10.07.2025 - 05:59
Pantomima Teatrına təyin olunan direktorun kimliyi məlum oldu.09.07.2025 - 20:00
Akademik ictimaiyyət itki ilə üz-üzə: Rəhman Bədəlov vəfat etdi09.07.2025 - 19:10
Füzulidə “Nə? Harada? Nə zaman?” oyunu üzrə açıq kubok keçirilib09.07.2025 - 18:10
Zaqatalada "14 iyul 1969-cu il: Tərəqqi yolunun başlanğıcı" mövzusunda tədbir keçirilib09.07.2025 - 18:00
“İki sahil” qəzeti 34 yaşını qeyd edir09.07.2025 - 17:55
“X”in baş direktoru istefa verdi09.07.2025 - 17:45
“TikTok”un taleyi: ABŞ-a satış xəbərləri yalan çıxdı09.07.2025 - 17:36
"Şəhidin səsi" proqramında Raul Piriyev yad ediləcək09.07.2025 - 17:21
Baku TV-nin “Söz” filminin təqdimatı keçirilib09.07.2025 - 17:11
Odlar Yurdu Universiteti 2025/2026-cı tədris ili üzrə bakalavriat ixtisaslarını elan edib09.07.2025 - 16:52
Ayaz Salayev: "The word" filmində insan psixologiyasının işlənməsi cəhdi var09.07.2025 - 16:46
İkili diplomu olan tələbələrin sayı açıqlandı09.07.2025 - 16:35
Müddətli əmək müqaviləsi ilə ikinci iş yerində çalışmaq istəyən 21 müəllimin yerləşdirilməsi başa çatıb09.07.2025 - 16:00
BSU-da II Beynəlxalq Balkanşünaslıq Konfransı keçiriləcək 09.07.2025 - 15:55