Bu il ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanında 90 va daha yuxarı bal toplayanların sayı 32 nəfər, 80 və daha yuxarı bal toplayanların sayı 381 nəfər, 70 və daha yuxarı bal toplayanların sayı 2019 nəfər olub.
“Tehsil365” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, ötən il analoji göstəricilər 44, 458 və 2106 nəfər idi.
2025-ci ildə keçirilən imtahanlarda ümumilikdə 26 241 bakalavr iştirak edib. Ötən il müvafiq göstərici 24 858 nəfər olub. İştirakçıların sayı ötən illə müqayisədə 1383 nəfər daha çox olub.