Bakı Slavyan Universitetinin Maliyyə Departamentinin mühasibat uçotu şöbəsində iki vakansiya üzrə işçi axtarışı elan edilib.
Bu barədə “Tehsil.365” - ə Bakı Slavyan Universitetindən məlumat verilib. Bildirilib ki, universitet "mühasib (mal-material üzrə)" və "aparıcı mühasib" vəzifələri üzrə namizədlərin müraciətlərini qəbul edir.
Mühasib vəzifəsi üçün tələblər:
Maliyyə, iqtisadiyyat və ya mühasibatlıq sahəsində bakalavr və ya magistr dərəcəsi;
Sahə üzrə ən azı 1-3 illik iş təcrübəsi;
ERP sistemlərində (xüsusilə 1C) işləmək bacarığı üstünlük hesab olunur;
Hesablaşma sistemləri, maliyyə qanunvericiliyi və mühasibat uçotu ilə bağlı biliklərə sahib olmaq.
Əsas vəzifələr:
Mal-materialların uçotunun düzgün aparılması;
Anbar əməliyyatlarının izlənilməsi və sənədləşdirilməsi;
Qəbul, silinmə və köçürmə əməliyyatlarının rəsmiləşdirilməsi;
Vaxtında hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
Anbar qalıqlarına nəzarət və əsas vəsaitlərin uçotunun aparılması.
Aparıcı mühasib vəzifəsi üçün tələblər:
Maliyyə, iqtisadiyyat və ya mühasibatlıq sahəsində bakalavr və ya magistr dərəcəsi;
Peşəkar mühasib sertifikatına malik olmaq;
Sahə üzrə minimum 3 illik iş təcrübəsi;
ERP sistemlərində işləmək bacarığı (1C və s.);
Maliyyə qanunvericiliyi və uçot sahəsində dərin biliklər.
Son müraciət tarixi: 18 iyul 2025-ci il
Qeyd olunur ki, yalnız vakansiya üzrə tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Maraqlanan şəxslərdən xahiş olunur ki, CV-lərini Azərbaycan dilində hazırlayaraq, mövzu hissəsində “Muhasibat uçotu şöbəsinə mühasib və aparıcı mühasib” qeyd etməklə [email protected] elektron ünvanına göndərsinlər.