Bakı Dövlət Universiteti (BDU) və Qazaxıstan Respublikasının İlyas Jansuqurov adına Jetısu Universiteti arasında anlaşma memorandumu imzalanıb.
BDU-dan “Teshil365”ə bildirilib ki, memorandumda hǝr iki universitetin nǝzdindǝ olan fakültǝ, institut vǝ kolleclǝrdǝ təlim-tədris prosesinin təkmilləşdirilməsi vǝ beynǝlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihǝlǝrin, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kursların, təlimlərin keçirilməsi, birgə elmi-tədqiqatların aparılması nəzərdə tutulur. Elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramlar, tədris planları və sillabusların hazırlanması, təlimlərin keçirilməsi, akademik, inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlər də memorandumda öz əksini tapıb.
Sənədi BDU-nun rektoru Elçin Babayev və İlyas Jansuqurov adına Jetısu Universitetinin rektoru Yermek Buribayev imzalayıb.
Əsası 1972-ci ildə qoyulmuş İlyas Jansuqurov adına Jetısu Universiteti “QS Asiya universitetləri reytinqi”ndə (Mərkəzi Asiya üzrə) 46-cı yerdədir.