Xəzər Universitetinin 2024–2025-ci tədris ili məzunları arasında 22 faiz “Qırmızı diplom”la təltif olunub.
"Tehsil365" in sorğusuna cavab olaraq Xəzər Universitetindən verilən məlumata görə, 2024–2025-ci tədris ilində ali təhsil müəssisəsini ümumilikdə 656 nəfər məzun edib. Məzunlar arasında 142 nəfər yüksək nəticələrinə görə “Qırmızı diplom”la təltif olunub. Bu da ümumi məzun sayının 22 faizini təşkil edir.
Universitet rəhbərliyi tərəfindən qeyd olunub ki, bu nəticə tələbələrin tədrisə verdiyi önəmi və təhsil prosesindəki fəallığını əks etdirir.