Təhsil 365 - Logo Mobile

Dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı keçirilib

4617.09.2023 - 11:30
Dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.

DİM-dən "Təhsil365"ə bildirilib ki, imtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub.

İmtahanda 86 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AB3 altqrupu üzrə 3 nəfər, AB4 altqrupu üzrə 2 nəfər, AC1 altqrupu üzrə 2 nəfər, AC2 altqrupu üzrə 4 nəfər, AC3 altqrupu üzrə 8 nəfər, AC4 altqrupu üzrə 8 nəfər olmaqla, ümumilikdə 27 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün sentyabrın 17-dən 29-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

ali təhsil haqqında sənədin surəti;

əmək kitabçasının surəti (olduğu halda).

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası sentyabrın 18-20-si tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.

Elmina Muxtarlı

Xəbər Lenti

Beynəlxalq Konfransda Kənd Təsərrüfatı və Ətraf Mühitin Mühüm Məsələləri Müzakirə Olunub - FOTO06.06.2025 - 10:31
Bayramla bağlı 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir06.06.2025 - 10:23
"Kəpəz" televiziyasının 32 yaşı tamam olur06.06.2025 - 10:11
Unikal" 15 yaşını qeyd edir06.06.2025 - 09:58
2025 ən isti üç ildən biri olacaq06.06.2025 - 09:44
“Yay musiqi mövsümü”nün ziyarətçiləri xüsusi avtobuslarla daşınacaq06.06.2025 - 09:32
Nəzmin, nəsrin "itirdiyi" Nəsir Əhməd 06.06.2025 - 09:21
İki gənc Erməni sakini azaraq Azərbaycana keçib06.06.2025 - 09:12
Valideynlərlə növbəti tədris ili və buraxılış imtahanları mövzusunda görüş keçirilib - FOTO06.06.2025 - 08:57
Ürək fəaliyyətinin zəif olmasının üç əsas əlaməti06.06.2025 - 08:45
Qarabağ Universitetində AMEA Rəyasət Heyətinin iclası keçirilib - FOTO06.06.2025 - 08:32
Sabah yağış yağacaq - PROQNOZ06.06.2025 - 08:20
Qarabağ Universiteti Qurban bayramı münasibətilə təbrik yayımlayıb - FOTO06.06.2025 - 07:30
Elm və Təhsil Nazirliyi Qurban bayramı münasibətilə təbrik paylaşımı edib - FOTO06.06.2025 - 07:20
Leyla Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib06.06.2025 - 07:10
Emin Əmrullayevdən Qurban bayramı ilə bağlı TƏBRİK06.06.2025 - 07:00
2025-ci il magistratura imtahanlarının nəticələri açıqlandı – ÖLKƏ BİRİNCİLƏRİ MƏLUM OLDU!06.06.2025 - 06:50
Həmyaşıdını bıçaqlayan 15 yaşlı oğlan tutuldu06.06.2025 - 06:40
Hakim Trampın Harvardda oxumaq istəyən əcnəbi tələbələrə viza qadağasını bloklayıb06.06.2025 - 06:30
Ukraynalı şagird və müəllimlər Naxçıvana səfərə gəliblər06.06.2025 - 06:20
Mehriban Əliyevadan Qurban bayramı TƏBRİKİ 06.06.2025 - 06:10
300 bal toplayan Kəlbəcər məktəblisi06.06.2025 - 06:00
Maksimum toplayan məktəblinin FOTOSU06.06.2025 - 05:50
Bakıda Qurban bayramı münasibətilə namaz qılınıb06.06.2025 - 05:00
Azərbaycanda Qurban bayramı qeyd olunur05.06.2025 - 20:20
Prezidentdən Qurban bayramı ilə bağlı paylaşım - Foto05.06.2025 - 20:05
"Microsoft"a öz brauzerinin istifadəsini təklif etmək qadağan olundu05.06.2025 - 19:40
“UFAZ Beynəlxalq Konfransı 2025: Kimya, Proseslər və Materiallar” uğurla başa çatıb05.06.2025 - 19:20
ADNSU Əl-Məktum Ali Təhsil Kolleci ilə əməkdaşlıq edəcək05.06.2025 - 19:05
“Azərbaycan tarixi xəritələrdə” atlasının onlayn versiyası təqdim edilib05.06.2025 - 16:44
Qarabağ Universitetində maarifləndirmə aksiyası keçirilib - FOTO05.06.2025 - 16:40
Gəncədə yeniyetmə bıçaqlandı - Şübhəli dostudur05.06.2025 - 16:30
Ağdamda müəllim bıçaqlanıb05.06.2025 - 16:20
ADU və Qırğızıstan universitetləri arasında elmi əlaqələr genişlənir - FOTO05.06.2025 - 16:10
Romada ADA–Luiss Forumu keçirilib - FOTO05.06.2025 - 15:54
BDU-da Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş müsabiqə - “EkoGün-2025” - FOTO05.06.2025 - 15:43
BANM tələbələri Pakistanda keçiriləcək beynəlxalq yarışda iştirak etmək şansı qazanıblar - FOTO05.06.2025 - 15:32
AMEA əməkdaşının Xorasan mədəniyyətinə dair məqaləsi beynəlxalq jurnalda dərc edilib05.06.2025 - 15:21
İmtahana 354 iştirakçı gəlmədi, 3-nün nəticəsi ləğv olundu - DİM05.06.2025 - 15:11
DİM tarix fənni ilə bağlı məlumat yaydı05.06.2025 - 14:56
300 bal toplayanlar bu məktəblərin şagirdidir - SİYAHI05.06.2025 - 14:47
27 aprel buraxılış imtahanının nəticələri AÇIQLANDI05.06.2025 - 14:35
“SOCAR” əməkdaşlarının övladlarına test imtahanı keçirilib05.06.2025 - 13:24
Yerli universitetlərə köçürülmək istəyənlərin NƏZƏRİNƏ!05.06.2025 - 13:12
Bu il BMU-nun qəbul planı artırılıb05.06.2025 - 12:58
Azərbaycanda zəlzələ olub05.06.2025 - 12:45
Dövlət qulluqçuları üçün təlimlər keçirilib - FOTO05.06.2025 - 12:32
Bu universitet əməkdaşlarını 250 manatla sevindirdi05.06.2025 - 12:21