Türkiyə-Azərbaycan Universitetində (TAU) “Açıq qapı” günü keçirilib. “Açıq qapı” günündə abituriyentlər və onların valideynləri iştirak ediblər.
Universitetdən “Tehsil365”-ə bildirilib ki, prorektor Mehmet Şimşir abituriyentlər və valideynlərlə görüşərək onları maraqlandıran sualları cavablandırıb.
TAU-da tədris prosesinə Türkiyədən Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti və Hacettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunub.
Yeni tədris ilində universitetdə kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə tədris aparılacaq. Bütün ixtisaslar üzrə tədris ingilis dilində həyata keçiriləcək.
Bu təhsil müəssisəsinə tələbə qəbulu yalnız Dövlət İmtahan Mərkəzinin qaydaları əsasında aparılır.