Ən çox ünvanlanan suallardan biri də Qarabağ Universitetində ali təhsilin hansı pillələri üzrə tədrisin həyata keçiriləcəyi ilə bağlıdır. Bu məsələ ilə bağlı aydınlıq gətirilib.
"Tehsil365" xəbər verir ki, 2025/2026-cı tədris ilində Qarabağ Universitetində yalnız bakalavriat səviyyəsi üzrə tələbə qəbulu aparılacaq. Magistratura və doktorantura pillələri üzrə qəbul isə bu mərhələdə nəzərdə tutulmur.
Qeyd edək ki, universitetin fəaliyyət istiqamətləri və qəbul planı gələcəkdə genişləndirilə bilər.