Müddətli əmək müqaviləsi əsasında ikinci iş yerində çalışmaq üçün müraciət edən müəllimlərdən 21 nəfərin yerləşdirilməsi prosesi yekunlaşıb.
"Tehsil365" xəbər verir ki, seçim prosesi zamanı tələblərə uyğun olan müəllimlər müvafiq təhsil müəssisələrində ikinci iş yeri üzrə fəaliyyət göstərmək hüququ əldə ediblər.
Qeyd edək ki, bu müsabiqənin keçirilməsində əsas məqsəd yüksək nəticə göstərmiş müəllimlərin daha çox şagirdə tədris imkanı yaratmasını təmin etmək və ümumilikdə tədrisin keyfiyyətini artırmaqdır.