Təhsil 365 - Logo Mobile

"Şəhidin səsi" proqramında Raul Piriyev yad ediləcək

8709.07.2025 - 17:21
"Şəhidin səsi" proqramında Raul Piriyev yad ediləcək

"Şəhidin səsi" proqramında Raul Piriyev yad ediləcək

1997-ci il iyunun 4-də Şəmkir rayonunun Kür qəsəbəsində anadan olan Piriyev Raul Zabid oğlu Azərbaycanın igid oğullarından biri kimi yaddaşlara yazılıb.

"Tehsil365" xəbər verir ki, 2003-cü ildə Kür qəsəbəsindəki H.Z.Tağıyev adına 2 saylı tam orta məktəbdə təhsil həyatına başlayan Raul, sonradan ailəsi ilə birlikdə Bakı şəhərinə köçərək, təhsilini Sabunçu rayonundakı F. Bayramov adına 22 saylı tam orta məktəbdə davam etdirib. 2015-ci ildə orta məktəbi bitirərək Azərbaycan Texniki Universitetinin “Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi” fakültəsinə qəbul olunub. Universitetdə təhsil aldığı müddətdə Raul fəallığı ilə seçilərək qrup rəhbəri (starosta) kimi fəaliyyət göstərib.

Təhsil müddətində paralel olaraq 2016-cı il aprelin 25-də McDonald's restoranının Gənclik filialında işə başlayan Raul burada da öz məsuliyyəti ilə seçilib, “İlin ən yaxşı işçisi”, “İlin ən sürətli işçisi” kimi müxtəlif nominasiyalarda diplom və hədiyyələrlə təltif olunub.

2019-cu il iyulun 2-də bakalavr pilləsi üzrə ali təhsilini başa vurduqdan sonra, həmin ilin oktyabrın 3-də hərbi xidmətə çağırılıb. 2019-cu il oktyabrın 8-də hərbi xidmətə yollanan Raul ilkin olaraq Ağcabədidə xidmətə başlayıb. 2019-cu ilin dekabrında isə könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrin sırasına qoşularaq Cəlilabadın Göytəpə qəsəbəsində yerləşən hərbi hissədə xidmətini davam etdirib.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Raul Piriyev Murovdağ, Kəlbəcər, Xocavənd, Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərib. O, 2020-ci il oktyabrın 5-də Cəbrayıl uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb və oktyabrın 15-də Bakı şəhərinin Maştağa qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.

Ali Baş Komandanın sərəncamları ilə Raul Piriyev aşağıdakı orden və medallarla təltif olunub:

1. "Şücaətə görə" medalı

2. "Döyüşdə fərqlənməyə görə" medalı

3. "Füzulinin azad olunmasına görə" medalı

4. "Vətən uğrunda" medalı

5. "Cəsur döyüşçü" medalı

6. "Bayraq" ordeni

7. "Cəbrayılın azad olunmasına görə" medalı

8. "Kəlbəcərin azad olunmasına görə" medalı

Şəhid Raul Piriyev vətənpərvərliyi, igidliyi və fədakarlığı ilə Azərbaycan gəncləri üçün örnək olaraq xatirələrdə yaşayacaq.

Qeyd edək ki, şəhidin xatirəsinə həsr olunan veriliş “Şəhidin səsi” proqramında, Gülgəz Qasımzadənin təqdimatında, 21 iyul saat 18:00-da yayımlanacaq.

Rəşanə Quliyeva

Xəbər Lenti

Bu gün Xalq artisti Mirzə Babayevin doğum günüdür 16.07.2025 - 07:00
Məşhur yazıçısı Pınar Kür vəfat edib -FOTO 16.07.2025 - 06:50
TKTA tərəfindən "özünütəhlil hesabatının hazırlanması” mövzusunda təlim təşkil olunub16.07.2025 - 06:40
“Müasir metodist” layihəsinin təlimləri uğurla davam edir16.07.2025 - 06:30
“Təsviri incəsəsənət müəllimliyi” ixtisasına imtahanı verən abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər16.07.2025 - 06:20
Elm və Təhsil Nazirliyinə 38 607 vətəndaş müraciəti daxil olub16.07.2025 - 06:10
İsti Hava Gəlir: Temperatur 40 Dərəcəyə Çatacaq.15.07.2025 - 19:10
BSU-da Elmi Şuranın növbəti iclası keçirilib.15.07.2025 - 19:00
Gəncədə Abituriyentlər üçün Qarabağ Universitetinin Tibb Fakültəsi ilə Bağlı Təbliğat Görüşləri Keçirilib15.07.2025 - 18:00
Dəniz təbabətinə dair ilk ensiklopediya işıq üzü gördü15.07.2025 - 16:35
MDU və “Azərbaycan İES” MMC arasında yeni əməkdaşlıq qurulub15.07.2025 - 16:30
Xəzər universitetinin əməkdaşının məqaləsi beynəlxalq jurnalda15.07.2025 - 16:24
Vaqif Poeziya Günlərinin tarixi dəyişdirilib15.07.2025 - 16:16
Səkkizinci ANİMAFİLM festivalının müsabiqə proqramı elan olunub15.07.2025 - 16:13
Son üç ayda ombudsmanın Çağrı Mərkəzinə ümumilikdə 3377 zəng daxil olub15.07.2025 - 14:10
Bermud üçbucağı : Həqiqət, əfsanə və elm15.07.2025 - 14:00
Gizlenen serhedlər: dünyanın en qeyri-adi dövletleri15.07.2025 - 13:50
Dördüncü “Yüksəliş”in qalibi ilə rəsmi görüş keçirildi15.07.2025 - 13:40
Bəxtiyar Vahabzadənin yubiley kitabı gürcü dilində oxuculara təqdim edildi15.07.2025 - 13:30
Dövlət qulluğu imtahanı keçirilir – namizədlərin nəzərinə!15.07.2025 - 13:20
Liseylərin qəbul nəticələri yüksəkdir – DİM sədri açıqladı15.07.2025 - 13:10
Qlobal rəqabətdə liderlik qazanan dillər15.07.2025 - 13:00
Uğurun formulu: Ən uğurlu insanların gündəlik vərdişləri15.07.2025 - 12:50
Bakı Mühəndislik Universitetinin bu ilin ən yüksək nəticə göstərən tələbəsi15.07.2025 - 12:35
Buraxılış imtahanlarının nəticələri təhlil olunub15.07.2025 - 12:30
Elmi ictimaiyyət AMEA-nın 80 illik yubileyinə hazırlaşır15.07.2025 - 12:20
BDU ilə İqtisadi İslahatlar Mərkəzi arasında yeni əməkdaşlıq15.07.2025 - 12:10
Ümumdünya Gənclərin Bacarıqları Günü: Gələcəyin Qurucularına Dəstək15.07.2025 - 12:00
Respublikada zəlzələ müşahidə olundu15.07.2025 - 11:50
“Müasir metodist” müsabiqəsində iştirakçılarla müsahibələrə start verildi15.07.2025 - 11:10
Bakı tələbə şəhərləri reytinqində öz yerini alıb15.07.2025 - 11:00
BMU müəllim və tələbələrinin Çindəki mübadilə proqramı sona yetdi- FOTO15.07.2025 - 10:50
Şagirdlərin buraxılış nəticələri yaxşılaşıb15.07.2025 - 10:40
Azərbaycan biologiya komandası IBO 2025 üçün Ankarada praktiki hazırlıq keçib15.07.2025 - 10:30
Türkiyə səkkiz xarici eSIM provayderinə girişə məhdudiyyət qoydu15.07.2025 - 10:20
İyulun 16-da günəşli və isti hava gözlənilir15.07.2025 - 10:10
“İctimaiyyətlə əlaqələrin əsasları” dərs vəsaitinin təqdimatı keçirilib.15.07.2025 - 10:00
Məşqçiyə azyaşlı idmançını döydüyü üçün islah işi və məşq qadağası verildi15.07.2025 - 09:50
Musiqi, incəsənət məktəblərinə qəbul imtahanlarının nəticələri açıqlanıb.15.07.2025 - 09:40
T-test şkalasının digər imtahanlarda tətbiqi müzakirə edilir.15.07.2025 - 09:30
114 nömrəli bağçada məcburi köçkünlərin yaşadığı hissədə yanğın baş verib.15.07.2025 - 09:20
Magistraturaya qəbul imtahanında “speaking” mərhələsi tətbiq ediləcək - DİM sədri15.07.2025 - 09:10
Azərbaycan və Türkiyənin birgə elmi layihəsi: Türk mədəniyyətinin kökləri tədqiq olunur"15.07.2025 - 09:00
Məleykə Abbaszadə: Bir gündə 100 min şagirdin imtahan verməsi real deyil"15.07.2025 - 08:50
Mühasib vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edilir.15.07.2025 - 08:40
Tələbələrin köçürülməsinə start verildi15.07.2025 - 08:30
Bu namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər15.07.2025 - 08:20
119 mindən çox uşağın birinci sinfə qəbulu tamamlanıb15.07.2025 - 08:10