İyulun 8-də Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə şagirdlər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə açıq kubok təşkil olunub.
“Tehsil365” xəbər veririki, Yarış Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və “Kapital Bank” ASC-nin dəstəyi ilə “Təhsil Oyunları Platforması” layihəsi çərçivəsində baş tutub.
Turnirdə 10-a yaxın komanda iştirak edib və onlara ümumilikdə 24 sual təqdim olunub. Nəticələrə əsasən “Ulduz”, “Pluton” və “Xarıbülbül” komandaları ən çox suala düzgün cavab verərək qalib olublar.
Qalib komandalar növbəti mərhələyə – respublika çempionatına vəsiqə qazanıblar.