Təhsil 365 - Logo Mobile

“BMU və Çin universiteti arasında əməkdaşlıq memorandumu imzalandı”

8310.07.2025 - 15:45
“BMU və Çin universiteti arasında əməkdaşlıq memorandumu imzalandı”

Çin Xalq Respublikasının Lanzhou Maliyyə və İqtisadiyyat Universitetinin nümayəndə heyəti Bakı Mühəndislik Universitetində (BMU) olub.

BMU-dan “Tehsil365”-ə bildirilib ki, görüşdə rektor Yaqub Piriyev Çin ilə Azərbaycan arasında dostluq, tərəfdaşlıq münasibətlərini, Azərbaycanın Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsünü ilk dəstəkləyən dövlətlərdən biri olduğunu, iki ölkənin rəhbərlərinin apardıqları uğurlu siyasət nəticəsində iqtisadi əlaqələrin daha da möhkəmləndiyini, elm və təhsil sahəsində əməkdaşlığın genişləndiyini vurğulayıb. Rektor, xüsusilə son aylarda bu ölkənin ali məktəbləri ilə BMU arasında yaranan münasibətlərə, icra olunan ikili diplom proqramlarına diqqət çəkib və əməkdaşlığın elmə, eləcə də müasir texnoloji bacarıqlara uyğun kadrların yetişdirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. BMU-nun yaranma tarixi, tədris olunan ixtisaslar haqqında məlumat verən Yaqub Piriyev son iki ildə həyata keçirilən mühüm islahatlara, ali təhsil ocağının dünyanın nüfuzlu QS reytinqində ilk minliyə daxil olmasına toxunaraq, bunu universitetin böyük uğuru kimi səciyyələndirib. Lanzhou Maliyyə və İqtisadiyyat Universiteti ilə əməkdaşlıq istiqamətlərinə diqqət çəkən rektor bu sırada “Bir Kəmər, Bir Yol” təşəbbüsü ilə bağlı ortaq elmi tədqiqatların aparılması, ikili diplom proqramının icrası, tələbələr üçün yay məktəbinin təşkilini və s. qeyd edib.

Nümayəndə heyətinin rəhbəri, Lanzhou Maliyyə və İqtisadiyyat Universitetinin prorektoru professor Huang Hengjun BMU ilə əlaqələrin qurulmasına maraqlı olduqlarını, əməkdaşlığın hər iki ali məktəbə fayda verəcəyinə inandıqlarını söyləyib. Təmsil etdikləri ali təhsil ocağı haqqında məlumatları diqqətə çatdıran prorektor bildirib ki, universitet Çinin Qansu əyalətinin Lanzhou şəhərində yerləşən və 1952-ci ildə yaradılmış dövlət ali təhsil müəssisəsidir. Ali məktəbdə maliyyə, iqtisadiyyat, menecment, hüquq, kompüter elmləri, statistika, ümumilikdə 62 ixtisas üzrə kadr hazırlanır. Tədris əsasən Çin, müəyyən beynəlxalq proqramlarda isə ingilis dillərində aparılan universitetin bakalavriat, magistratur, doktorantura səviyyələrində 36 min tələbəsi var. Həmçinin bir çox beynəlxalq universitet və akademik institutlarla elmi, tələbə mübadiləsi proqramları həyata keçirir.

Görüş zamanı BMU ilə Lanzhou Maliyyə və İqtisadiyyat Universiteti arasında tədqiqat təşəbbüsləri, ikili diplom, müəllim və tələbə mübadiləsi proqramları, tələbələr üçün yay məktəbinin təşkili, eləcə də digər akademik əməkdaşlıq imkanları müzakirə olunub. Həmçinin qarşılıqlı maraq doğuran əlavə mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonda BMU ilə Lanzhou Maliyyə və İqtisadiyyat Universiteti arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Memorandum tədris və elmi tədqiqat fəaliyyətinə marağın artırılması, birgə tədqiqatlar üçün təkliflər hazırlamaq, müəllim-tələbə mübadiləsini asanlaşdırmaq məqsədi daşıyır. Sənədə əsasən, tərəflər birgə tədqiqat, ömürboyu təhsil proqramlarının həyata keçirilməsi, innovativ tədris və idarəetmə üsulları haqqında məlumat mübadiləsi, ətraf mühitin idarə edilməsi üzrə birgə tədbirlərin təşkili və s. istiqamətlərdə əməkdaşlıq üçün razılığa gəliblər.

İmzalanmanın ardınca qonaqlar BMU-nun tədris korpusları, laboratoriyaları ilə tanış olublar.

Aysun Mahmudova

Xəbər Lenti

“Müasir metodist” layihəsinin təlimləri uğurla davam edir16.07.2025 - 06:30
“Təsviri incəsəsənət müəllimliyi” ixtisasına imtahanı verən abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər16.07.2025 - 06:20
Elm və Təhsil Nazirliyinə 38 607 vətəndaş müraciəti daxil olub16.07.2025 - 06:10
İsti Hava Gəlir: Temperatur 40 Dərəcəyə Çatacaq.15.07.2025 - 19:10
BSU-da Elmi Şuranın növbəti iclası keçirilib.15.07.2025 - 19:00
Gəncədə Abituriyentlər üçün Qarabağ Universitetinin Tibb Fakültəsi ilə Bağlı Təbliğat Görüşləri Keçirilib15.07.2025 - 18:00
Dəniz təbabətinə dair ilk ensiklopediya işıq üzü gördü15.07.2025 - 16:35
MDU və “Azərbaycan İES” MMC arasında yeni əməkdaşlıq qurulub15.07.2025 - 16:30
Xəzər universitetinin əməkdaşının məqaləsi beynəlxalq jurnalda15.07.2025 - 16:24
Vaqif Poeziya Günlərinin tarixi dəyişdirilib15.07.2025 - 16:16
Səkkizinci ANİMAFİLM festivalının müsabiqə proqramı elan olunub15.07.2025 - 16:13
Son üç ayda ombudsmanın Çağrı Mərkəzinə ümumilikdə 3377 zəng daxil olub15.07.2025 - 14:10
Bermud üçbucağı : Həqiqət, əfsanə və elm15.07.2025 - 14:00
Gizlenen serhedlər: dünyanın en qeyri-adi dövletleri15.07.2025 - 13:50
Dördüncü “Yüksəliş”in qalibi ilə rəsmi görüş keçirildi15.07.2025 - 13:40
Bəxtiyar Vahabzadənin yubiley kitabı gürcü dilində oxuculara təqdim edildi15.07.2025 - 13:30
Dövlət qulluğu imtahanı keçirilir – namizədlərin nəzərinə!15.07.2025 - 13:20
Liseylərin qəbul nəticələri yüksəkdir – DİM sədri açıqladı15.07.2025 - 13:10
Qlobal rəqabətdə liderlik qazanan dillər15.07.2025 - 13:00
Uğurun formulu: Ən uğurlu insanların gündəlik vərdişləri15.07.2025 - 12:50
Bakı Mühəndislik Universitetinin bu ilin ən yüksək nəticə göstərən tələbəsi15.07.2025 - 12:35
Buraxılış imtahanlarının nəticələri təhlil olunub15.07.2025 - 12:30
Elmi ictimaiyyət AMEA-nın 80 illik yubileyinə hazırlaşır15.07.2025 - 12:20
BDU ilə İqtisadi İslahatlar Mərkəzi arasında yeni əməkdaşlıq15.07.2025 - 12:10
Ümumdünya Gənclərin Bacarıqları Günü: Gələcəyin Qurucularına Dəstək15.07.2025 - 12:00
Respublikada zəlzələ müşahidə olundu15.07.2025 - 11:50
“Müasir metodist” müsabiqəsində iştirakçılarla müsahibələrə start verildi15.07.2025 - 11:10
Bakı tələbə şəhərləri reytinqində öz yerini alıb15.07.2025 - 11:00
BMU müəllim və tələbələrinin Çindəki mübadilə proqramı sona yetdi- FOTO15.07.2025 - 10:50
Şagirdlərin buraxılış nəticələri yaxşılaşıb15.07.2025 - 10:40
Azərbaycan biologiya komandası IBO 2025 üçün Ankarada praktiki hazırlıq keçib15.07.2025 - 10:30
Türkiyə səkkiz xarici eSIM provayderinə girişə məhdudiyyət qoydu15.07.2025 - 10:20
İyulun 16-da günəşli və isti hava gözlənilir15.07.2025 - 10:10
“İctimaiyyətlə əlaqələrin əsasları” dərs vəsaitinin təqdimatı keçirilib.15.07.2025 - 10:00
Məşqçiyə azyaşlı idmançını döydüyü üçün islah işi və məşq qadağası verildi15.07.2025 - 09:50
Musiqi, incəsənət məktəblərinə qəbul imtahanlarının nəticələri açıqlanıb.15.07.2025 - 09:40
T-test şkalasının digər imtahanlarda tətbiqi müzakirə edilir.15.07.2025 - 09:30
114 nömrəli bağçada məcburi köçkünlərin yaşadığı hissədə yanğın baş verib.15.07.2025 - 09:20
Magistraturaya qəbul imtahanında “speaking” mərhələsi tətbiq ediləcək - DİM sədri15.07.2025 - 09:10
Azərbaycan və Türkiyənin birgə elmi layihəsi: Türk mədəniyyətinin kökləri tədqiq olunur"15.07.2025 - 09:00
Məleykə Abbaszadə: Bir gündə 100 min şagirdin imtahan verməsi real deyil"15.07.2025 - 08:50
Mühasib vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edilir.15.07.2025 - 08:40
Tələbələrin köçürülməsinə start verildi15.07.2025 - 08:30
Bu namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər15.07.2025 - 08:20
119 mindən çox uşağın birinci sinfə qəbulu tamamlanıb15.07.2025 - 08:10
Məktəbli vəfat etdi15.07.2025 - 08:00
İki markerin qiyməti üst-üstə düşməzsə, sistem yazını üçüncü markerə ötürür15.07.2025 - 07:50
BDU-da şəhid övladları olan abituriyentlər üçün infotur keçiriləcək15.07.2025 - 07:40