Almaniyada meyiti tapılan 18 yaşlı tələbə Kənan Camal oğlu Səfərov doğulduğu kənddə torpağa tapşırılıb.
Tehsil365 APA-ya istinadla xəbər verir ki, bu gün Kənan Səfərovun meyiti Azərbaycana, doğulduğu Lənkəran rayonunun Digah kəndinə aparılıb.
Vida mərasimindən sonra o, Digah kənd qəbiristanlığında torpağa tapşırılıb.
Yaxınlarının dediyinə görə, ilkin versiya olaraq Kənanın ölümünə səbəb soyuq su içdikdən sonra damarlarında tromblaşmanın əmələ gəlməsi olub.
Qeyd edək ki, evin tək övladı və birinci kurs tələbəsi olan Kənan Səfərov altı ay idi Almaniyada yaşayırdı. Buna qədər isə o, anası ilə Bakı şəhərində yaşayıb. İyulun 5-də Almaniyanın Münhen şəhərində təhsil alan tələbə Kənan Camal oğlu Səfərovun meyiti yaşadığı ünvanda tapılıb.