İyulun 10-da Bakı Slavyan Universitetində (BSU) Nyu York Tirana Universiteti ilə əməkdaşlıq imkanlarının genişləndirilməsinə dair görüş keçirilib. Görüşdə BSU-nun rektoru Anar Nağıyev, Nyu York Tirana Universitetinin rektoru Ali Güneş və hər iki universitetin nümayəndələri iştirak ediblər.
“Tehsil365” xəbər verir ki,tərəflər arasında “Beynəlxalq münasibətlər” və “Türk dili və ədəbiyyatı” ixtisasları üzrə magistratura səviyyəsində ikili diplom layihələrinin hazırlanması, Balkan araşdırmaları mərkəzləri arasında əməkdaşlıq, birgə elmi-tədqiqatlar, konfranslar, yay məktəbləri və tələbə mübadiləsi kimi məsələlər müzakirə olunub.
Görüş zamanı rektor Anar Nağıyev bu ilin 26 sentyabr tarixində BSU-da keçiriləcək II Beynəlxalq Balkanşünaslıq Konfransı haqqında məlumat verib və rektor Ali Güneşi tədbirdə iştirak etməyə dəvət edib.
Qeyd edək ki, BSU-nun digər tərəfdaşı Tirana Dövlət Universiteti ilə əməkdaşlıq çərçivəsində Balkanşünaslıq ixtisasında təhsil alan 10 BSU tələbəsi 2025-ci ilin sentyabrında Albaniyada təşkil olunacaq alban dili məktəbində iştirak edəcək.