Təhsil 365 - Logo Mobile

BMU ilə Tsinghua Universiteti arasında əməkdaşlıq danışıqları aparılıb

8411.07.2025 - 12:55
BMU ilə Tsinghua Universiteti arasında əməkdaşlıq danışıqları aparılıb

Çin Xalq Respublikasının Tsinghua Universitetində Bakı Mühəndislik Universitetinin (BMU) nümayəndə heyəti ilə görüş keçirilib.

BMU-dan Tehsil365-ə bildirilib ki, universitetin Elektronika mühəndisliyi departamentində baş tutan görüşdə ali məktəbin rəhbər şəxsləri, həmçinin Rabitə Tədqiqatları İnstitutunun direktoru, professor Sheng Zhou, Davamlı İnnovasiya Təşəbbüsünün icraçı direktoru Yi Jıang ilə iki ali təhsil ocağı arasında akademik və tədqiqat əməkdaşlığının yaradılması məsələləri müzakirə predmeti olub.

Görüş çərçivəsində BMU nümayəndə heyəti üçün Tsinghua Universitetinin elektronika mühəndisliyi sahəsindəki zəngin irsini nümayiş etdirən həmin departamentin Tarix Muzeyinə ekskursiya təşkil edilib və Bağlantılı Avtonom Sürüş Nümayiş Platforması haqqında məlumat verilib.

Həmçinin görüşdə Tsinghua Universiteti haqqında zəruri informasiyalar təqdim olunub. Bildirilib ki, paytaxt Pekində yerləşən və ölkənin ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Tsinghua Universiteti əsasən mühəndislik, kompüter elmləri, texnologiya, biznes, siyasət, beynəlxalq münasibətlər və fundamental elmlər sahəsində ixtisaslaşıb. Dünya üzrə bir çox universitetlərlə, o cümlədən ABŞ, Avropa, Asiya ali məktəbləri ilə akademik və tədqiqat əməkdaşlıqları mövcuddur. “QS World University Rankings” və “Times Higher Education” reytinqlərində hər zaman ilk 20-likdə qərarlaşır.

Bildirilib ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin və bu ölkənin bir sıra nüfuzlu dövlət adamları Tsinghua Universitetinin məzunlarıdır.

Görüşün davamında BMU haqqında videotəqdimat olub, ardınca beynəlxalq əlaqələr üzrə prorektor Ətrabə Gül çıxış edərək universitetin akademik imkanları, beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verib. Məlumatda BMU-nun informasiya texnologiyaları, kompüter elmləri və mühəndislik sahələrindəki nailiyyətləri, həmçinin qlobal tərəfdaşlıqlar vasitəsilə innovasiyaları təşviq etmək öhdəliyi, dünya reytiniqlərində qazandığı uğurlar vurğulanıb.

Daha sonra gələcək əməkdaşlıq imkanlarını araşdırmaq üçün açıq müzakirə sessiyası keçirilib. Yaşıl ağıllı texnologiyalar sahəsində qlobal ekspert və Tsinghua Universitetinin beynəlxalq tərəfdaşlıqlar üzrə əsas əlaqələndiricisi Yi Jıang bu əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Əməkdaşlıq BMT-nin Davamlı İnkişaf Məqsədlərinin (SDG) 4-cü (Keyfiyyətli Təhsil), 17-ci (Qlobal Tərəfdaşlıq) istiqamətlərinə uyğun olaraq, innovasiyalı təhsil və beynəlxalq tərəfdaşlıq vasitəsilə texnoloji inkişafı təşviq etməyi hədəfləyir.

Şəbnəm Mirzəyeva

Xəbər Lenti

Azərbaycanda xristianlığı və yəhudiliyi öyrədən dini təhsil müəssisələri 31.07.2025 - 06:55
Rusiyada Məktəblərdə Dini Təhsil: Multikultural İdeyadan Reallığa31.07.2025 - 05:10
Uşaqlarda artıq çəki halları artır – Mütəxəssislər həyəcan təbili çalır31.07.2025 - 04:50
6-cı Sinifdən Sonra Təhsil Almaq İmkanı Olmayan Əfqanıstanlı Qızlar Dini Məktəblərə Üz Tuturlar.31.07.2025 - 04:45
Dini Məktəblərin Artan Rolu:Təhsil Mənzərəsində Dəyişikliklər31.07.2025 - 04:30
Türkiyə-Azərbaycan Universitetində səhiyyə ilə bağlı ixtisaslara start verilib31.07.2025 - 04:20
Azərbaycanda Dini Təhsilin Tarixi və Müasir Vəziyyəti31.07.2025 - 04:12
BMT-də Azərbaycanın səhiyyə və təhsil uğurları təqdim olunub31.07.2025 - 04:00
Dövlət Proqramına qəbula dair ilkin siyahı müəyyən olunub30.07.2025 - 19:55
Məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəst şəkildə həyata keçirilir30.07.2025 - 19:45
Azərbaycan Universitetinin tələbələri “Kiber Yay Məktəbi”ndə iştirak ediblər30.07.2025 - 19:45
BDU-nun 11 məzunu xarici magistraturalara qəbul olub30.07.2025 - 19:35
SABAH qruplarının əhatə dairəsi genişləndirilir30.07.2025 - 19:20
BDU tələbəsi RİİB-in “Azad Mirzəcanzadə inkişaf proqramı”nın qalibidir30.07.2025 - 19:10
ADNSU tələbəsi Kibertəhlükəsizlik Mərkəzində birinci yerə layiq görülüb30.07.2025 - 18:55
BDU-nun 866 bakalavr və magistri yay semestri dərslərində iştirak edir30.07.2025 - 18:45
BMU tələbələri Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən məzun olub30.07.2025 - 18:35
Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisinə start verilib30.07.2025 - 18:22
Xanlar Xanlarzadə: "Kütləvi imtahanların elektron formatda keçirilməsi hələlik mümkün deyil"30.07.2025 - 18:10
Kənd məktəbində texnologiya dərsi30.07.2025 - 18:10
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə tələbə qəbulu davam edir30.07.2025 - 17:15
Şirvan-Salyanda hesabat tədbiri keçirildi30.07.2025 - 16:57
Cəbrayılda Köç Prosesində Təhsil Prioritetdir30.07.2025 - 16:20
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov: “Universitetə qəbul ola bilməmək həyatın sonu deyil”30.07.2025 - 16:16
Təhsildən məhrum edilən qızlar gələcəkdə hansı çətinliklərlə üzləşir? - AÇIQLAMA30.07.2025 - 15:55
Ucqar kəndlərdə müəllim çatışmazlığının aradan qaldırılması üçün görülən tədbirlər30.07.2025 - 15:51
Türkiyə özəl universitetlərində 2025–2026-cı il üzrə təhsil haqları açıqlandı: 80%-ə qədər artım var30.07.2025 - 15:50
Misir ilə Louisville Universiteti arasında 12 əməkdaşlıq müqaviləsi imzalandı30.07.2025 - 15:45
Türkiyədən 89 universitet dünya elmi sıralamasında yer aldı30.07.2025 - 15:40
Müəllimlər üçün fərqləndirilmiş tədris kitabları istifadəyə verildi30.07.2025 - 15:30
ABŞ, beynəlxalq tələbə sayındakı azalma səbəbindən 7 milyard dollarlıq iqtisadi itki ilə üzləşə bilər30.07.2025 - 15:20
Süni İntellektdə ədalət: İdeallardan Praktik Addımlara30.07.2025 - 15:10
Qana təhsili təhlükədə: Saxta titullar ölkəni qarışdırdı30.07.2025 - 15:00
ChatGPT artıq tələbələri addım-addım öyrədir: OpenAI-dən yeni funksiya30.07.2025 - 14:55
Yeni Zelandiya tələbə vizası qaydaları 30.07.2025 - 14:45
Google süni intellekt dəstəyi ilə 2-ci rübdə 96,4 milyard dollarlıq gəlir əldə etdi30.07.2025 - 14:35
Azərbaycan Caraş Festivalında – Mədəniyyətimiz İordaniyada təqdim olunur30.07.2025 - 14:30
Yeni Zelandiyada Maori mədəniyyətini qoruyan universitet: Te Wananga o Aotearoa30.07.2025 - 14:25
ABŞ-da təhsil alan azərbaycanlıların sayı 30.07.2025 - 14:23
Kvant kompüterlərdə yeni dünya rekordu: 6,7 milyon əməliyyatda yalnız bir səhv30.07.2025 - 14:20
ABŞ-da beynəlxalq tələbələr30.07.2025 - 14:12
Təhsildə bölgə və mərkəz arasında uçurum: Seul yenə öndədir30.07.2025 - 14:06
Özəl məktəblərin təhsil haqları nə qədərdir? – Yeni qiymətlər 202530.07.2025 - 14:01
Tec de Monterrey: Təhsil və davamlı inkişafın qovuşduğu model30.07.2025 - 14:00
Sosial Mediada Yayılan Dini Dezinformasiyalara Qarşı Təhsilin Rolu və Mübarizə Yolları30.07.2025 - 13:50
Qarabağ Universiteti: 2025/2026-cı tədris ilində əlavə təhsil üzrə qəbul olmayacaq30.07.2025 - 12:30
Qarabağ Universiteti ali təhsil sərgisində təmsil olunub30.07.2025 - 12:24
“Sistemi dəyişməsək, intiharlar davam edəcək” – Təhsil ekspertindən ciddi açıqlama30.07.2025 - 12:12