Təhsil 365 - Logo Mobile

Tovuz döyüşlərindən 5 il ötür

8812.07.2025 - 06:25
Tovuz döyüşlərindən 5 il ötür

2020-ci ilin iyul ayında Azərbaycan ilə Ermənistan arasında baş vermiş Tovuz döyüşləri, iki ölkənin sərhədində – Azərbaycanın Tovuz rayonu ilə Ermənistanın Tavuş vilayəti arasındakı ərazidə baş tutmuşdur.

"Tehsil365" xəbər verir ki, 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində dövlət sərhədini pozaraq qəfil hücuma keçməyə cəhd göstərdi. Azərbaycan Ordusunun peşəkar və qətiyyətli cavabı nəticəsində Ermənistan ordusuna ciddi zərbələr endirildi, onlar ağır itkilərlə geri çəkilməyə məcbur oldular.

İyulun 13-nə keçən gecə döyüşlər daha da şiddətləndi. Ermənistan artilleriyası Tovuzun Dondar Quşçu və Ağdam kəndlərini atəşə tutdu. Gecə döyüşlərində düşmənin dayaq məntəqələri, hərbi texnikası və canlı qüvvəsi məhv edildi.

İyulun 13-də Prezident, Ali Baş Komandan İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi. Prezident şəhidlərə rəhmət, yaralılara şəfa dilədi və vurğuladı ki, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycanın haqlı mövqeyindən geri çəkilməyəcəyini və bütün imkanlarla özünü müdafiə edəcəyini bildirdi.

İyulun 14-də döyüşlər davam etdi. Düşmən Ağdam və Əlibəyli kəndlərini ağır silahlardan atəşə tutdu. Bu hücumlar zamanı general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və digər hərbi qulluqçularımız qəhrəmancasına şəhid oldular. Həmçinin 76 yaşlı mülki şəxs Əziz Əzizov da düşmən atəşi nəticəsində həlak oldu.

Tovuz döyüşləri iyulun 17-də Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı, heç bir ərazi itkisi olmadı. Dekabrın 9-da Prezidentin sərəncamı ilə Polad Həşimov və İlqar Mirzəyev Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görüldülər. Döyüşlərdə iştirak etmiş hərbi qulluqçular müxtəlif orden və medallarla təltif edildilər.

Bu hadisələr xalqda vətənpərvərlik ruhunu daha da gücləndirdi. İyulun 14-dən 15-nə keçən gecə on minlərlə gənc paytaxtda yürüş edərək orduya dəstəyini göstərdi. Minlərlə gənc ordu sıralarına yazılmaq üçün müraciət etdi.

Tovuz döyüşləri Aprel döyüşlərindən sonra müasir hərb tariximizdə yeni mərhələ oldu. Bu döyüşlər Ermənistanın işğalçılıq siyasətinin ifşasına və xalqımızın birliyinin nümayişinə səbəb oldu.

Tovuz döyüşləri də Azərbaycanın hərb tarixinə zəfər döyüşü kimi daxil oldu. Döyüşlər bir daha göstərdi ki, Azərbaycan Ordusu düşmənin hər cür təxribatlarının və gözlənilməz hücumlarının qarşısını qətiyyətlə almaqda çətinlik çəkmir. 100-dən çox hərbçisi və onlarla hərbi obyektləri məhv edilən Ermənistan silahlı bölmələrinin şəxsi heyəti hətta səngərləri qoyub qaçdı. Döyüşlər zamanı bir neçə gün ərzində yüzlərlə yaralı və ölü daşıyan ermənilər itkilərdən dəhşətə gəldilər. Təcavüzkar Ermənistan cəbhədəki ağır uğursuzluğunu xalqdan gizlədərək, hərbi rəhbərliyin doğru olmayan məlumatlarını yayırdı.

Cəmi bir neçə ay sonra, 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsi Tovuzda başlayan əzm və inamın davamı oldu. Azərbaycan Ordusu düşməni məğlub edərək ərazi bütövlüyümüzü bərpa etdi.

Hər il 12 iyul Azərbaycan xalqı tərəfindən Tovuz döyüşləri şəhidlərinin Anım Günü kimi qeyd olunur.

Ramidə Əliyeva

Xəbər Lenti

Azərbaycanda xristianlığı və yəhudiliyi öyrədən dini təhsil müəssisələri 31.07.2025 - 06:55
Rusiyada Məktəblərdə Dini Təhsil: Multikultural İdeyadan Reallığa31.07.2025 - 05:10
Uşaqlarda artıq çəki halları artır – Mütəxəssislər həyəcan təbili çalır31.07.2025 - 04:50
6-cı Sinifdən Sonra Təhsil Almaq İmkanı Olmayan Əfqanıstanlı Qızlar Dini Məktəblərə Üz Tuturlar.31.07.2025 - 04:45
Dini Məktəblərin Artan Rolu:Təhsil Mənzərəsində Dəyişikliklər31.07.2025 - 04:30
Türkiyə-Azərbaycan Universitetində səhiyyə ilə bağlı ixtisaslara start verilib31.07.2025 - 04:20
Azərbaycanda Dini Təhsilin Tarixi və Müasir Vəziyyəti31.07.2025 - 04:12
BMT-də Azərbaycanın səhiyyə və təhsil uğurları təqdim olunub31.07.2025 - 04:00
Dövlət Proqramına qəbula dair ilkin siyahı müəyyən olunub30.07.2025 - 19:55
Məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəst şəkildə həyata keçirilir30.07.2025 - 19:45
Azərbaycan Universitetinin tələbələri “Kiber Yay Məktəbi”ndə iştirak ediblər30.07.2025 - 19:45
BDU-nun 11 məzunu xarici magistraturalara qəbul olub30.07.2025 - 19:35
SABAH qruplarının əhatə dairəsi genişləndirilir30.07.2025 - 19:20
BDU tələbəsi RİİB-in “Azad Mirzəcanzadə inkişaf proqramı”nın qalibidir30.07.2025 - 19:10
ADNSU tələbəsi Kibertəhlükəsizlik Mərkəzində birinci yerə layiq görülüb30.07.2025 - 18:55
BDU-nun 866 bakalavr və magistri yay semestri dərslərində iştirak edir30.07.2025 - 18:45
BMU tələbələri Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən məzun olub30.07.2025 - 18:35
Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisinə start verilib30.07.2025 - 18:22
Xanlar Xanlarzadə: "Kütləvi imtahanların elektron formatda keçirilməsi hələlik mümkün deyil"30.07.2025 - 18:10
Kənd məktəbində texnologiya dərsi30.07.2025 - 18:10
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə tələbə qəbulu davam edir30.07.2025 - 17:15
Şirvan-Salyanda hesabat tədbiri keçirildi30.07.2025 - 16:57
Cəbrayılda Köç Prosesində Təhsil Prioritetdir30.07.2025 - 16:20
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov: “Universitetə qəbul ola bilməmək həyatın sonu deyil”30.07.2025 - 16:16
Təhsildən məhrum edilən qızlar gələcəkdə hansı çətinliklərlə üzləşir? - AÇIQLAMA30.07.2025 - 15:55
Ucqar kəndlərdə müəllim çatışmazlığının aradan qaldırılması üçün görülən tədbirlər30.07.2025 - 15:51
Türkiyə özəl universitetlərində 2025–2026-cı il üzrə təhsil haqları açıqlandı: 80%-ə qədər artım var30.07.2025 - 15:50
Misir ilə Louisville Universiteti arasında 12 əməkdaşlıq müqaviləsi imzalandı30.07.2025 - 15:45
Türkiyədən 89 universitet dünya elmi sıralamasında yer aldı30.07.2025 - 15:40
Müəllimlər üçün fərqləndirilmiş tədris kitabları istifadəyə verildi30.07.2025 - 15:30
ABŞ, beynəlxalq tələbə sayındakı azalma səbəbindən 7 milyard dollarlıq iqtisadi itki ilə üzləşə bilər30.07.2025 - 15:20
Süni İntellektdə ədalət: İdeallardan Praktik Addımlara30.07.2025 - 15:10
Qana təhsili təhlükədə: Saxta titullar ölkəni qarışdırdı30.07.2025 - 15:00
ChatGPT artıq tələbələri addım-addım öyrədir: OpenAI-dən yeni funksiya30.07.2025 - 14:55
Yeni Zelandiya tələbə vizası qaydaları 30.07.2025 - 14:45
Google süni intellekt dəstəyi ilə 2-ci rübdə 96,4 milyard dollarlıq gəlir əldə etdi30.07.2025 - 14:35
Azərbaycan Caraş Festivalında – Mədəniyyətimiz İordaniyada təqdim olunur30.07.2025 - 14:30
Yeni Zelandiyada Maori mədəniyyətini qoruyan universitet: Te Wananga o Aotearoa30.07.2025 - 14:25
ABŞ-da təhsil alan azərbaycanlıların sayı 30.07.2025 - 14:23
Kvant kompüterlərdə yeni dünya rekordu: 6,7 milyon əməliyyatda yalnız bir səhv30.07.2025 - 14:20
ABŞ-da beynəlxalq tələbələr30.07.2025 - 14:12
Təhsildə bölgə və mərkəz arasında uçurum: Seul yenə öndədir30.07.2025 - 14:06
Özəl məktəblərin təhsil haqları nə qədərdir? – Yeni qiymətlər 202530.07.2025 - 14:01
Tec de Monterrey: Təhsil və davamlı inkişafın qovuşduğu model30.07.2025 - 14:00
Sosial Mediada Yayılan Dini Dezinformasiyalara Qarşı Təhsilin Rolu və Mübarizə Yolları30.07.2025 - 13:50
Qarabağ Universiteti: 2025/2026-cı tədris ilində əlavə təhsil üzrə qəbul olmayacaq30.07.2025 - 12:30
Qarabağ Universiteti ali təhsil sərgisində təmsil olunub30.07.2025 - 12:24
“Sistemi dəyişməsək, intiharlar davam edəcək” – Təhsil ekspertindən ciddi açıqlama30.07.2025 - 12:12