Bu gün Xəzər Universitetinin 54-cü Məzun Gecəsi keçiriləcək.
“Tehsil365” xəbər verir ki 2024–2025-ci tədris ilində Xəzər Universitetindən ümumilikdə 656 tələbə məzun olur. Onların arasında akademik göstəriciləri ilə seçilən 142 nəfər tələbə Fərqlənmə Diplom almağa layiq görülüb. Bu da ümumi məzunların təxminən 22 faizini təşkil edir. Bu rəqəmlər universitetin yüksək təhsil standartlarının, tələbələrin isə əzminin və zəhmətinin bariz sübutudur.
Qeyd edək ki, bu möhtəşəm tədbir Bakı İdman Sarayında baş tutur.
Bugünkü mərasim yalnız diplomların təqdimatı deyil – bu, illərlə çəkilən zəhmətin, gecə-gündüz oxunan kitabların, yazılan imtahanların və yaşanan unudulmaz universitet xatirələrinin bayramıdır.
Xəzər Universitetinin gənc məzunlarına yeni həyat mərhələsində uğurlar arzulayırıq! Yolunuz açıq, uğurlarınız bol olsun!