Təhsil 365 - Logo Mobile

34 mindən çox abituriyent I və IV qruplar üzrə imtahan verdi.

10913.07.2025 - 09:20
34 mindən çox abituriyent I və IV qruplar üzrə imtahan verdi.

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə qəbul imtahanı keçirib.

DİM-dən “Tehsil365” - ə verilən məlumata görə, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunub.

İmtahan keçirilən şəhər və rayonlarda, ümumilikdə 144 imtahan binası, 2537 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 144 ümumi imtahan rəhbəri, 396 imtahan rəhbəri, 3177 nəzarətçi, 460 buraxılış rejimi əməkdaşı, 144 bina nümayəndəsi cəlb olunub.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İlkin məlumatlara əsasən, 6 nəfərdə mobil telefon aşkarlanıb və onlar imtahandan kənarlaşdırılıblar. Bildirilib ki, qayda pozuntularına yol verən abituriyentlərin müsabiqə nəticələri ləğv olunacaq, həmin şəxslər ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə buraxılmayacaqlar.

İmtahanda 34229 abituriyentin iştirakı nəzərdə tutulurdu.

İmtahanda 58 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Bu gün saat 15:00-da DİM-in yutub kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq.

Abituriyentlər onları maraqlandıran sualları “Youtube”da yerləşdiriləcək müvafiq yayımın altına yaza bilərlər.

İyulun 14-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 2 həftədən sonra elan olunması nəzərdə tutulur.

Zəhra Əliyeva

Xəbər Lenti

Azərbaycanlı alimlər yüksək texnologiyalı Şiff əsasları yaradıblar.16.07.2025 - 09:30
MDU və “Azərbaycan İES” MMC əməkdaşlığa başladı.16.07.2025 - 09:20
Abituriyentlər ən çox I və III ixtisas qruplarına üstünlük verirlər — Məleykə Abbaszadə16.07.2025 - 09:10
Tərbiyəçi-müəllim axtarılır – Son müraciət: 23 iyul16.07.2025 - 09:00
DİM: Magistraturaya qəbul imtahanlarında dəyişiklik yoxdur16.07.2025 - 08:50
Məleykə Abbaszadə: Subbakalavrların qəbul qaydalarında dəyişiklik yoxdur16.07.2025 - 08:40
BMU məzunu tam təqaüdlə Şanxay Universitetinə qəbul olub16.07.2025 - 08:30
“Texnologiyaların Transferi” Proqramının Qalibləri Açıqlanıb: 5 Layihə Dəstək Qazanıb16.07.2025 - 08:20
DİM sədri: Bu il də ali məktəblərə qəbul planı 90 faizi ötəcək16.07.2025 - 08:09
Bərdədə 8-ci sinif şagirdi dünyasını dəyişib16.07.2025 - 08:00
“Nəsildən-nəslə teatr” layihəsinin növbəti seminarı Lənkəranda təşkil olunub16.07.2025 - 07:50
“Azərbaycan İES”də MDU-nun Təhsil Mərkəzi açılacaq16.07.2025 - 07:40
Direktor işləmək istəyənlər üçün müsahibənin keçirilmə tarixləri bəlli olub16.07.2025 - 07:30
Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə irəliləyib16.07.2025 - 07:20
Azərbaycanda I yarımildə dövlət qurumlarının adına bənzəyən 19 domen bloklanıb16.07.2025 - 07:10
Bu gün Xalq artisti Mirzə Babayevin doğum günüdür 16.07.2025 - 07:00
Məşhur yazıçısı Pınar Kür vəfat edib -FOTO 16.07.2025 - 06:50
TKTA tərəfindən "özünütəhlil hesabatının hazırlanması” mövzusunda təlim təşkil olunub16.07.2025 - 06:40
“Müasir metodist” layihəsinin təlimləri uğurla davam edir16.07.2025 - 06:30
“Təsviri incəsəsənət müəllimliyi” ixtisasına imtahanı verən abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər16.07.2025 - 06:20
Elm və Təhsil Nazirliyinə 38 607 vətəndaş müraciəti daxil olub16.07.2025 - 06:10
Qazax-Tovuzda Musiqi Rəhbəri Vəzifəsinə İşə Qəbul Müsabiqəsinə Start Verildi.15.07.2025 - 19:30
Partlayış ailəni parçaladı: Əvvəl oğul, sonra ana həyatını itirdi.15.07.2025 - 19:20
İsti Hava Gəlir: Temperatur 40 Dərəcəyə Çatacaq.15.07.2025 - 19:10
BSU-da Elmi Şuranın növbəti iclası keçirilib.15.07.2025 - 19:00
Gəncədə Abituriyentlər üçün Qarabağ Universitetinin Tibb Fakültəsi ilə Bağlı Təbliğat Görüşləri Keçirilib15.07.2025 - 18:00
Dəniz təbabətinə dair ilk ensiklopediya işıq üzü gördü15.07.2025 - 16:35
MDU və “Azərbaycan İES” MMC arasında yeni əməkdaşlıq qurulub15.07.2025 - 16:30
Xəzər universitetinin əməkdaşının məqaləsi beynəlxalq jurnalda15.07.2025 - 16:24
Vaqif Poeziya Günlərinin tarixi dəyişdirilib15.07.2025 - 16:16
Səkkizinci ANİMAFİLM festivalının müsabiqə proqramı elan olunub15.07.2025 - 16:13
Son üç ayda ombudsmanın Çağrı Mərkəzinə ümumilikdə 3377 zəng daxil olub15.07.2025 - 14:10
Bermud üçbucağı : Həqiqət, əfsanə və elm15.07.2025 - 14:00
Gizlenen serhedlər: dünyanın en qeyri-adi dövletleri15.07.2025 - 13:50
Dördüncü “Yüksəliş”in qalibi ilə rəsmi görüş keçirildi15.07.2025 - 13:40
Bəxtiyar Vahabzadənin yubiley kitabı gürcü dilində oxuculara təqdim edildi15.07.2025 - 13:30
Dövlət qulluğu imtahanı keçirilir – namizədlərin nəzərinə!15.07.2025 - 13:20
Liseylərin qəbul nəticələri yüksəkdir – DİM sədri açıqladı15.07.2025 - 13:10
Qlobal rəqabətdə liderlik qazanan dillər15.07.2025 - 13:00
Uğurun formulu: Ən uğurlu insanların gündəlik vərdişləri15.07.2025 - 12:50
Bakı Mühəndislik Universitetinin bu ilin ən yüksək nəticə göstərən tələbəsi15.07.2025 - 12:35
Buraxılış imtahanlarının nəticələri təhlil olunub15.07.2025 - 12:30
Elmi ictimaiyyət AMEA-nın 80 illik yubileyinə hazırlaşır15.07.2025 - 12:20
BDU ilə İqtisadi İslahatlar Mərkəzi arasında yeni əməkdaşlıq15.07.2025 - 12:10
Ümumdünya Gənclərin Bacarıqları Günü: Gələcəyin Qurucularına Dəstək15.07.2025 - 12:00
Respublikada zəlzələ müşahidə olundu15.07.2025 - 11:50
“Müasir metodist” müsabiqəsində iştirakçılarla müsahibələrə start verildi15.07.2025 - 11:10
Bakı tələbə şəhərləri reytinqində öz yerini alıb15.07.2025 - 11:00