“Yüksək bal toplayan abituriyentlərdən topladığımız anket sorğularına görə, onların çoxunun heç olmasa, bir valideyni müəllimdir”.
“Tehsil365” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə söyləyib.
O bildirib ki, həmin valideynlər xüsusilə riyaziyyat müəllimi kimi fəaliyyət göstərirlər.
M.Abbaszadə həmçinin qeyd edib ki, şagirdlərin nəticələri birbaşa olaraq müəllimdən asılıdır.