İtaliyanın Kaorle şəhərində iyulun 4–5-də keçirilən “U20 Avropa çempionatı”nda Gəncə Dövlət Universitetinin 3-cü kurs tələbəsi Vasif Bağırov sərbəst güləş üzrə Avropa çempionu adını qazanaraq qızıl medal əldə edib. O, Türkiyə, Macarıstan, Moldova və Gürcüstan idmançılarına qalib gəlib.
“Tehsil365” xəbər verir ki , Vasif Bağırov daha əvvəl “U17 Avropa çempionatı–2022” və “U17 Dünya çempionatı–2022”də qızıl, “U20 Avropa çempionatı–2024”də isə gümüş medal qazanıb. O, həmçinin dünya çempionu kəmərinə sahibdir.