Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun “Plant & Fungal Research” jurnalının növbəti (8(1)) nömrəsi çapdan çıxıb və jurnalın vebsaytına (www.plantfungalres.az) yerləşdirilib.
İnstitutdan Tehsil365-ə bildirilib ki, bu nömrədə xarici və yerli müəlliflərin təqdim etdiyi 8 məqalə dərc edilib. Jurnala daxil olan məqalələr DOİ identifikatoru ilə təmin olunub və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) rəsmi internet səhifəsində AGRİS sisteminə yerləşdirilib.
Beynəlxalq tələblərə uyğun jurnala məqalələr ingilis dilində və yalnız elektron formada birbaşa www.plantfungalres.az internet saytı üzərindən ilboyu göndərilə bilər.