Təhsil 365 - Logo Mobile

Dövlət İmtahan Mərkəzi 790 Vakant İnzibati Vəzifə Üçün Müsahibə Mərhələsini Elan Edib

8314.07.2025 - 14:20
Dövlət İmtahan Mərkəzi 790 Vakant İnzibati Vəzifə Üçün Müsahibə Mərhələsini Elan Edib

157 dövlət orqanında 790 vakant inzibati vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) “Tehsil365 “-ə bildirilib ki, müsahibəyə çıxarılmış vakant inzibati vəzifələrin 4-ü AB, 82-si AC, 109-u BA, 595-i isə BB vəzifə qrupuna aiddir.

Eyni zamanda, müsahibə elan edilən vəzifələrdən 205-i 38 yerli icra hakimiyyəti orqanı tərəfindən, 289-u 71 məhkəmə hakimiyyəti orqanı tərəfindən, 131-i isə Naxçıvan Muxtar Respublikasının 25 dövlət orqanı tərəfindən təqdim edilib.

Dövlət orqanları arasında ən çox vakant vəzifə Elm və Təhsil Nazirliyi (39 vəzifə) tərəfindən təqdim olunub.

Müsabiqənin müsahibə mərhələsində aşağıdakı kateqoriyalara aid şəxslər iştirak hüququna malikdirlər:

-Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatı qüvvədə olan şəxslər;

-Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər.

Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər avqustun 12-si saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinə əsasən vəzifə təlimatı ilə müəyyən edilən tələblərə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Müsabiqənin müsahibə mərhələsində iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, o, müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar üç iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibənin nəticəsi barədə məlumat DİM-in internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.

Qanunvericiliyin tələblərinə əsasən dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sənədin qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir.

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2022-ci il 26 iyul tarixli 5 nömrəli qərarına əsasən “Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddətinin hər ili ərzində beşdən artıq müsahibədə iştirak üçün ödənişin məbləği dövlət qulluğu vəzifələrinin növlərinə müvafiq olaraq test imtahanı tariflərinin 50 faiz miqdarında olmaqla müəyyən edilib.

Müsahibənin keçirilməsi qrafiki (müsahibənin keçirilməsi vaxtı və yeri) DİM-in internet portalında və namizədin şəxsi kabinetində yerləşdirildikdən sonra namizəd 48 saat ərzində müsahibədə iştirak edib-etməyəcəyini dəqiqləşdirməli, iştirak etməyəcəyi halda şəxsi kabinetinə daxil olmaqla müsahibədə iştirakdan imtina etməlidir. Bu hal namizədin ödənişsiz qaydada iştirak hüququ nəzərdə tutulan müsahibə sayında nəzərə alınacaq, habelə müsahibədə iştirakla bağlı ödəniş (olduğu halda) namizədin şəxsi kabinetinə (bank xərcləri tutulmaqla) geri qaytarılacaq.

Müəyyən edilmiş vaxt bitdikdən sonra müsahibənin keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibədə iştirakdan imtina namizədlərin ödənişsiz qaydada iştirak hüququ nəzərdə tutulan müsahibə sayında nəzərə alınmayacaq, habelə müsahibədə iştirakla bağlı ödəniş (olduğu halda) geri qaytarılmayacaq.

Müsabiqənin müsahibə mərhələsində iştirak üçün müraciət edən namizədlərə müsahibədə ödənişsiz iştirak hüquqlarından səmərəli istifadə etmələri, vəzifə seçərkən diqqətli olmaları, iddia etdikləri vəzifənin qulluq funksiyaları, tutulma şərtləri, habelə müsahibə proqramları ilə tanış olmaları və həmin vəzifədə çalışmaq istəklərini dəqiq müəyyən etmələri tövsiyə edilir.

Belə ki, namizədlərin müvafiq vəzifələrə uyğunluğunun yoxlanılması, müsahibə qrafikinin hazırlanması, müsahibə komissiyasının formalaşdırılması, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və müvafiq dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurs sərf olunur. Müsahibələrdə iştirakdan imtina hallarının çoxluğu müsahibə elanlarının operativ verilməsində, müsahibələrin təşkilində çətinliklər yaradır, habelə müsahibələrdə uğur qazanmış namizədlərin təyinatı prosesini ləngidir. Qeyd olunanlara əsasən bildiririk ki, namizədlərin müsahibədə iştirak etməmələri, üzrlü hal kimi qəbul edilmir, onların məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır.

Nərminə Eyyubova

Xəbər Lenti

Süni intellekt təsadüfən virus yükləyə bilər20.11.2025 - 12:00
Özbəkistanlı qonaqlar BMU-nun texnoloji imkanları ilə tanış olublar20.11.2025 - 11:50
Cənubi Afrika Respublikasının Ali Təhsil və Təlim Nazirliyinin nümayəndə heyəti ADNSU universitetində olub20.11.2025 - 11:35
Alimlər 1-ci tip diabetin müalicəsində mühüm nailiyyətlər əldə ediblər20.11.2025 - 11:20
Müəllimlər çətin xarakterli şagirdlərlə ünsiyyət qurmaq üçün nə etməlidirlər?20.11.2025 - 11:05
Dövlət imtahan mərkəzi yeni layihəyə start verib20.11.2025 - 10:50
SAF 2025-in qalibləri mükafatlandırıldı20.11.2025 - 10:35
Xalq şairi Nəriman Həsənzadə Mərkəzi Klinik xəstəxanasına yerləşdirildi20.11.2025 - 10:25
“Poeziya xəzrisi” müsabiqəsinin qalibləri müəyyən olunub20.11.2025 - 10:20
Türkiyənin Ərciyəz Universitetinin professoru BDU-nun SABAH qruplarının tələbələrinə ustad dərsi keçib20.11.2025 - 10:10
Azərbaycanlıların ən sevimli içkisi qaynar qəbul ediləndə xəstəlik yarada bilər20.11.2025 - 09:55
Azərbaycanda regionun ən böyük Robotik Reabilitasiya Mərkəzi fəaliyyətə başlayıb20.11.2025 - 09:40
Ümumdünya Uşaq Hüquqları Günüdür20.11.2025 - 09:25
“Poeziya xəzrisi” müsabiqəsinin qalibləri müəyyən olunub20.11.2025 - 09:20
Milli Kitabxanada “20 Noyabr - Ağdam Şəhəri Günü” adlı kitab sərgisi açılıb20.11.2025 - 09:10
Bu universitet üçün yeni korpuslar tikilir20.11.2025 - 08:57
Gələn il fəsillərin Azərbaycana daxilolma vaxtı AÇIQLANDI 20.11.2025 - 08:42
PMS imtahanının I mərhələsi keçiriləcək20.11.2025 - 08:26
Dövlət İmtahan Mərkəzi ictimaiyyət üçün açıq görüşləri davam etdirir20.11.2025 - 08:10
Lancashire-də məktəb işçiləri virtual riyaziyyat müəlliminə qarşı altı günlük tətilə çıxırlar20.11.2025 - 07:54
Ofsted dəyişiklikləri liderlər üçün enerji və imkan gətirməlidir — Baş müfəttiş Oliver20.11.2025 - 07:41
Hindistanlı tələbələrin 97%-i birbaşa iş imkanları yaradan təhsili üstün tutur20.11.2025 - 07:28
Yuxusuzluq zamanı beyində nə baş verir? - Alimlərdən YENİ KƏŞF20.11.2025 - 07:20
Arizona Universiteti yeni federal maliyyələşdirmə qaydalarını imzalamaqdan imtina etdi20.11.2025 - 07:15
Minnesota Təhsil Departamenti və Dövlət Lisey Liqası Title IX pozuntuları səbəbindən araşdırılır20.11.2025 - 07:02
Qoz qabığını atmayın: Məişətdə 6 effektiv istifadə üsulu20.11.2025 - 07:00
Hindistanın bəzi universitetləri QS Asia 2026 reytinqində gerilədi20.11.2025 - 06:49
IGNOU 40 illik yubileyini qeyd etdi və yeni rəqəmsal təşəbbüslərini elan etdi20.11.2025 - 06:36
Azərbaycanda işsizlərin sayı açıqlandı20.11.2025 - 06:30
Azərbaycanda yeni məktəblər istifadəyə veriləcək - ƏRAZİLƏR ÜZRƏ SİYAHI20.11.2025 - 06:30
Azərbaycanın igid əsgəri Səid Bayramovun doğum günü qeyd olunur20.11.2025 - 06:23
Ağstafada maarifləndirici görüş keçirilib20.11.2025 - 06:15
Bunları yesəniz, şirniyyatı unudacaqsınız20.11.2025 - 06:15
Ümumdünya Uşaqlar Günü qeyd olunur20.11.2025 - 06:10
Hər iki müharibədə iştirak edən icra başçısı20.11.2025 - 06:05
Hikmət Hacıyev: Zəngəzur dəhlizi ilə dünyaya açılmaq üçün yeni imkanlar əldə edirik20.11.2025 - 06:00
Hacızadə Hikmət Əbdürrəhim oğlu anılır20.11.2025 - 05:57
“Yeni model əməkhaqlarında artıma səbəb olacaq” - Yeniliyə baxışlar20.11.2025 - 05:50
Osman Mirzəhüseyn oğlu Mirzəyevin şəhid olmasının ildönümü qeyd olunur20.11.2025 - 05:44
İş günü qısaldılacaq - Bu tarixdə20.11.2025 - 05:35
Fəxrəddin Şahbazovun vəfatının ildönümü anılır20.11.2025 - 05:31
Yeni Günəşlidə park sökülür, əvəzinə isə...20.11.2025 - 05:20
Alı Mustafayevin vəfatının ildönümü anılır20.11.2025 - 05:18
"Karyera Həftəsi" layihəsi çərçivəsində möhtəşəm bir tədbirə imza atılıb20.11.2025 - 05:14
Bakının mərkəzində böyük keçid tikiləcək20.11.2025 - 05:10
Bu gün 22 dərəcə isti olacaq20.11.2025 - 05:06
Gültəkin Əsgərovanın doğum günü qeyd olunur20.11.2025 - 05:05
Ağdamın azad olunmasının 5-ci ili qeyd olunur20.11.2025 - 04:52