Təhsil 365 - Logo Mobile

“Vaqifə məktub” esse müsabiqəsinin qalibləri məlum olub

5514.07.2025 - 14:40
“Vaqifə məktub” esse müsabiqəsinin qalibləri məlum olub

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Vaqif Poeziya Günləri çərçivəsində ilk dəfə elan olunmuş “Vaqifə məktub” esse müsabiqəsinin qalibləri məlum olub.

Nazirlikdən Tehsil365 -ə bildirilib ki, “Şuşanın ədəbi irsi və Zəfər tariximizdə əhəmiyyəti” mövzusunda keçirilən müsabiqənin təşkilində əsas məqsəd ədəbi mühitdə Şuşanın mədəni simasının bədii ifadəsini təşviq etmək, istedadlı qələm sahiblərinin üzə çıxarılması və onların yaradıcılığını stimullaşdırmaq olub.

Müsabiqəyə ölkənin müxtəlif bölgələrindən yazarlar, eləcə də fərqli sahələrdə çalışan, sözə və ədəbiyyata xüsusi bağlılıq göstərən peşə sahibləri qatılıblar. Onlar təqdim etdikləri esselərdə Şuşanın xalqımızın tarixi yaddaşındakı mövqeyini, ədəbi-mədəni kimliyimizin formalaşmasında oynadığı rolu, eləcə də Zəfər tariximizdəki simvolik əhəmiyyətini özünəməxsus şəkildə ifadə ediblər. Müsabiqəyə ümumilikdə 175 esse təqdim olunub.

Obyektivliyi və şəffaflığı təmin etmək üçün təqdim olunan bütün əsərlər və onların müəllifləri xüsusi ştrix ilə şifrələnib. Esselər tanınmış ədəbiyyatşünas və yazarlardan ibarət komissiya tərəfindən mövzuya yanaşma, mətnin bədii-estetik tutumu, dil və ifadə zənginliyi, həmçinin üslubun orijinallığı və kompozisiya strukturu baxımından dəyərləndirilib.

Komissiya üzvləri tərəfindən mətnlərə müəyyən edilmiş cədvələ müvafiq olaraq qiymət verilib. Komissiyanın yekun qərarına uyğun olaraq aşağıdakı esselər müsabiqənin qalibləri elan edilib.

I yer – “Ruhun və tarixin qovuşduğu Şuşa”, müəllif: Təhminə Verdiyeva

II yer – “Vaqifə müraciət”, müəllif: Natəvan Bağırova

III yer – “Ömrün sıfır nöqtəsi və ya iki misraya sığan həyat”, müəllif: Elvin Əhməd

Nazirliyinin müvafiq əmrinə əsasən, müsabiqənin qalibləri diplomla təltif olunacaq, eyni zamanda I yerin sahibi 2500 manat, II yerin sahibi 1500 manat, III yerin sahibi isə 1000 manat məbləğində pul mükafatı ilə mükafatlandırılacaq.

Mükafatlandırma mərasimi 17 iyul 2025-ci il tarixində Vaqif Poeziya Günləri çərçivəsində Şuşa şəhərində təşkil olunacaq.

Müsabiqədə iştirak edən bütün qələm sahiblərinə təşəkkür edir və onlara gələcək ədəbi fəaliyyətlərində uğurlar arzulayırıq.

Nərminə Eyyubova

Xəbər Lenti

Xalq Artisti Telman Adıgözəlovun doğum günüdür17.07.2025 - 18:50
Magistratura ixtisas seçimlərinin nəticələri bazar ertəsi açıqlanacaq17.07.2025 - 18:40
Səhnəni erkən tərk edən, gömrük polkovniki olan müğənni: "Alim Qasımova dərs demişəm"17.07.2025 - 18:30
Azərbaycan İlahiyyat İnstitutu – Gələcəyin peşəkar ilahiyyatçıları burada yetişir17.07.2025 - 17:40
Qarabağ Universitetinin psixologiya tələbələri psixoloji mərkəzlərdə təcrübə keçiblər17.07.2025 - 17:35
Barselona Musiqi Muzeyinə Azərbaycan kamançası hədiyyə edilib17.07.2025 - 17:21
Azərbaycan 3 böyük komitəyə üzv seçilib17.07.2025 - 17:10
Bu dəfə ən yüksək balı onlar topladı17.07.2025 - 17:06
II və III ixtisas qrupları üzrə ikinci cəhd qəbul imtahanlarının nəticələri açıqlanıb17.07.2025 - 16:48
“QS Stars” reytinqi: LDU 3 ulduzla dəyərləndirildi17.07.2025 - 16:43
Ağdaşda kanalda batmış yeniyetmənin meyiti tapılıb17.07.2025 - 16:00
Gəncədə 7 yaşlı uşaq attraksiondan yıxılaraq xəsarət alıb17.07.2025 - 15:50
Ağdaşda yeniyetmə qız su kanalında boğularaq həyatını itirib17.07.2025 - 15:40
İdman Akademiyası və Koventri Universiteti birgə təhsil proqramları üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçirib17.07.2025 - 15:30
ADA Universiteti dövlət sifarişi əsasında tələbə qəbuluna start verir17.07.2025 - 15:20
Pedaqoji Universitet ali məktəblər sərgisində təmsil olunacaq17.07.2025 - 15:10
Məktəblərdə tədris ilinin yekunlarına dair iclaslar təşkil olunur17.07.2025 - 15:00
Masallı gəncləri bir araya gəlir – II Regional Festival baş tutacaq17.07.2025 - 13:50
Kitabxana statistikası: ADPU-nun Mərkəzi 6 ayda 50 min istifadəçiyə xidmət göstərib17.07.2025 - 13:40
BMU-İNHA ikili diplom proqramının ikinci məzun buraxılışı baş tutub17.07.2025 - 13:30
“Milli yaddaş və mətbuat” mövzusunda elmi sessiya – Folklor İnstitutunda müzakirə17.07.2025 - 13:20
BANM rektoru abituriyentlərlə görüş keçirib17.07.2025 - 13:10
Rektor: “ADA Universitetində tələbələrin 30 faizi ödənişsiz təhsil alır”17.07.2025 - 13:00
Şəhid övladları üçün BDU-da tanıtım turu təşkil olunub17.07.2025 - 12:30
“ADA Universiteti ilk dəfə dövlət sifarişli yerlər ayırır – ümumilikdə 180 yer”17.07.2025 - 12:15
Sabir Rüstəmxanlının “Ömür kitabı” Avropada təqdim edildi17.07.2025 - 12:05
Şəhid övladları üçün BDU-da məlumatlandırma turları təşkil olunub-FOTO17.07.2025 - 12:00
Tarixə bir baxış: Xətaidə “Əkinçi” qəzetinin 150 illik yubileyi-FOTO17.07.2025 - 11:50
Qadın məzunların sayı LDPTM‑də ilk dəfə 50 faizə yüksəldi17.07.2025 - 11:45
BDU Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin sərgisində təmsil olunacaq17.07.2025 - 11:40
AMEA‑da aparılan multidisiplinar tədqiqatların beynəlxalq aləmdə əks-sədası17.07.2025 - 11:30
Huawei BDU-da rəqəmsal idarəetmə üzrə təqdimat keçirdi- FOTO17.07.2025 - 11:20
Bu dəfə Dəniz...17.07.2025 - 11:10
Nazir məzunların qızıl və gümüş nişanla təltif edilməsi ilə bağlı əmr imzalayıb17.07.2025 - 11:00
İstilər pik həddə çatır – Həftəsonu hava necə olacaq?17.07.2025 - 10:50
Samuxda Uşaq Bağçasında Yanğın Baş Verib.17.07.2025 - 10:50
Peşə Təhsili Müəssisələrinə Qəbul İyul-Avqustda Aparılacaq.17.07.2025 - 10:40
DİM Qiymətləndirmə Üzrə Namizədlər üçün Test İmtahanı Keçirir.17.07.2025 - 10:30
Professor Xəlil Yusiflinin 90 illik yubileyi Gənclər Kitabxanasında anılıb.17.07.2025 - 10:20
Şəhid Azad Abbasovun xatirəsinə həsr olunan “Azad” romanı işıq üzü görüb.17.07.2025 - 10:10
AMEA-da “Azərbaycan Mətbuatının İnkişafı” Konfransı Keçirilib17.07.2025 - 10:00
Azərbaycanda İlk Beynəlxalq Mini-MBA Proqramı UNEC-də Başlayır17.07.2025 - 09:50
Azərbaycan mətbuatı: 150 il və “Elm və həyat” jurnalının fəaliyyəti.17.07.2025 - 09:40
“Gənc istedadlar” liseyinin 7 şagirdi qızıl və gümüş nişanla təltif olunub.17.07.2025 - 09:30
Qabiliyyət imtahanlarına dair vacib məlumat – buraxılış vərəqələri hazırdır.17.07.2025 - 09:20
Sabaha gözlənilən hava: İsti və əsasən yağmursuz olacaq17.07.2025 - 09:10
Lənkəran Dövlət Universiteti “QS Stars” qiymətləndirməsində 3 ulduz alıb17.07.2025 - 09:00
Şimal-qərb bölgəsinin 15 məzunu qızıl və gümüş nişana layiq görülüb17.07.2025 - 07:20