Təhsil 365 - Logo Mobile

Elmi ictimaiyyət AMEA-nın 80 illik yubileyinə hazırlaşır

6815.07.2025 - 12:20
Elmi ictimaiyyət AMEA-nın 80 illik yubileyinə hazırlaşır

Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə müşavirə keçirilib.

Bu barədə “Tehsil365”-ə AMEA-dan məlumat verilib.

Tədbirdə AMEA Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri və bölmələrin elmi katibləri, aidiyyəti şəxslər iştirak ediblər.

Müşavirədə dövlətimizin başçısının “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələrək, yubileyə hazırlıq məsələləri müzakirə edilib. AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxışında akademiyanın 80 illiyinə həsr olunmuş bir sıra tədbirlərin keçirildiyini bildirib. Qeyd edib ki, akademiyanın tarixində ilk dəfə olaraq Bakıdan kənarda, Qarabağ Universitetində Elm və Təhsil Nazirliyi və AMEA-nın birgə təşkilatçılığı ilə “Azərbaycan Milli Elmlər Akademiyasında Qarabağnamə ənənəsi və müasir dövr” mövzusunda elmi konfrans keçirilib. Həmçinin AMEA-nın Naxçıvan bölməsi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə muxtar respublikada elmi sessiya təşkil edilib.

AMEA rəhbəri Milli Elmlər Akademiyasının yubiley tədbirlərinin tarixdə ilk dəfə olaraq ölkədən kənarda - qardaş Türkiyənin Ankara şəhərində Türkiyə Elmlər Akademiyasının təşəbbüsü və Ankara Universitetinin dəstəyi ilə, İstanbul şəhərində isə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin elmlər akademiyaları prezidentlərinin İkinci toplantısında yüksək səviyyədə qeyd olunduğunu diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli yubiley çərçivəsində bir sıra nəşrlərin hazırlandığını, onlardan bir qisminin artıq işıq üzü gördüyünü, müəyyən nəşrlərin isə redaktə mərhələsində olduğunu söyləyib.

AMEA-nın prezidenti payızda yekun yubiley tədbirinin keçiriləcəyini söyləyib, bu məqsədlə tədbirin təşkili, qonaqların müəyyənləşdirilməsi və dəvəti, eləcə də bu məqsədlə kitab və monoqrafiyaların nəşri ilə bağlı Rəyasət Heyəti aparatının şöbə müdirlərinə müvafiq tapşırıqlarını verib.

Müşavirədə AMEA-nın akademik-katibi akademik Arif Həşimov, Rəyasət Heyəti aparatının şöbə müdirləri – filologiya elmləri doktoru Sərxan Xavəri, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud, filologiya üzrə fəlsəfə doktoru Əsmər Əliyeva, “Elm” nəşriyyatının direktoru filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov və başqaları çıxış edərək AMEA-nın 80 illik yubileyinə hazırlıqla bağlı görülən işlər barədə məlumat veriblər.

Aysun Mahmudova

Xəbər Lenti

Xalq Artisti Telman Adıgözəlovun doğum günüdür17.07.2025 - 18:50
Magistratura ixtisas seçimlərinin nəticələri bazar ertəsi açıqlanacaq17.07.2025 - 18:40
Səhnəni erkən tərk edən, gömrük polkovniki olan müğənni: "Alim Qasımova dərs demişəm"17.07.2025 - 18:30
Azərbaycan İlahiyyat İnstitutu – Gələcəyin peşəkar ilahiyyatçıları burada yetişir17.07.2025 - 17:40
Qarabağ Universitetinin psixologiya tələbələri psixoloji mərkəzlərdə təcrübə keçiblər17.07.2025 - 17:35
Barselona Musiqi Muzeyinə Azərbaycan kamançası hədiyyə edilib17.07.2025 - 17:21
Azərbaycan 3 böyük komitəyə üzv seçilib17.07.2025 - 17:10
Bu dəfə ən yüksək balı onlar topladı17.07.2025 - 17:06
II və III ixtisas qrupları üzrə ikinci cəhd qəbul imtahanlarının nəticələri açıqlanıb17.07.2025 - 16:48
“QS Stars” reytinqi: LDU 3 ulduzla dəyərləndirildi17.07.2025 - 16:43
Ağdaşda kanalda batmış yeniyetmənin meyiti tapılıb17.07.2025 - 16:00
Gəncədə 7 yaşlı uşaq attraksiondan yıxılaraq xəsarət alıb17.07.2025 - 15:50
Ağdaşda yeniyetmə qız su kanalında boğularaq həyatını itirib17.07.2025 - 15:40
İdman Akademiyası və Koventri Universiteti birgə təhsil proqramları üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçirib17.07.2025 - 15:30
ADA Universiteti dövlət sifarişi əsasında tələbə qəbuluna start verir17.07.2025 - 15:20
Pedaqoji Universitet ali məktəblər sərgisində təmsil olunacaq17.07.2025 - 15:10
Məktəblərdə tədris ilinin yekunlarına dair iclaslar təşkil olunur17.07.2025 - 15:00
Masallı gəncləri bir araya gəlir – II Regional Festival baş tutacaq17.07.2025 - 13:50
Kitabxana statistikası: ADPU-nun Mərkəzi 6 ayda 50 min istifadəçiyə xidmət göstərib17.07.2025 - 13:40
BMU-İNHA ikili diplom proqramının ikinci məzun buraxılışı baş tutub17.07.2025 - 13:30
“Milli yaddaş və mətbuat” mövzusunda elmi sessiya – Folklor İnstitutunda müzakirə17.07.2025 - 13:20
BANM rektoru abituriyentlərlə görüş keçirib17.07.2025 - 13:10
Rektor: “ADA Universitetində tələbələrin 30 faizi ödənişsiz təhsil alır”17.07.2025 - 13:00
Şəhid övladları üçün BDU-da tanıtım turu təşkil olunub17.07.2025 - 12:30
“ADA Universiteti ilk dəfə dövlət sifarişli yerlər ayırır – ümumilikdə 180 yer”17.07.2025 - 12:15
Sabir Rüstəmxanlının “Ömür kitabı” Avropada təqdim edildi17.07.2025 - 12:05
Şəhid övladları üçün BDU-da məlumatlandırma turları təşkil olunub-FOTO17.07.2025 - 12:00
Tarixə bir baxış: Xətaidə “Əkinçi” qəzetinin 150 illik yubileyi-FOTO17.07.2025 - 11:50
Qadın məzunların sayı LDPTM‑də ilk dəfə 50 faizə yüksəldi17.07.2025 - 11:45
BDU Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin sərgisində təmsil olunacaq17.07.2025 - 11:40
AMEA‑da aparılan multidisiplinar tədqiqatların beynəlxalq aləmdə əks-sədası17.07.2025 - 11:30
Huawei BDU-da rəqəmsal idarəetmə üzrə təqdimat keçirdi- FOTO17.07.2025 - 11:20
Bu dəfə Dəniz...17.07.2025 - 11:10
Nazir məzunların qızıl və gümüş nişanla təltif edilməsi ilə bağlı əmr imzalayıb17.07.2025 - 11:00
Samuxda Uşaq Bağçasında Yanğın Baş Verib.17.07.2025 - 10:50
İstilər pik həddə çatır – Həftəsonu hava necə olacaq?17.07.2025 - 10:50
Peşə Təhsili Müəssisələrinə Qəbul İyul-Avqustda Aparılacaq.17.07.2025 - 10:40
DİM Qiymətləndirmə Üzrə Namizədlər üçün Test İmtahanı Keçirir.17.07.2025 - 10:30
Professor Xəlil Yusiflinin 90 illik yubileyi Gənclər Kitabxanasında anılıb.17.07.2025 - 10:20
Şəhid Azad Abbasovun xatirəsinə həsr olunan “Azad” romanı işıq üzü görüb.17.07.2025 - 10:10
AMEA-da “Azərbaycan Mətbuatının İnkişafı” Konfransı Keçirilib17.07.2025 - 10:00
Azərbaycanda İlk Beynəlxalq Mini-MBA Proqramı UNEC-də Başlayır17.07.2025 - 09:50
Azərbaycan mətbuatı: 150 il və “Elm və həyat” jurnalının fəaliyyəti.17.07.2025 - 09:40
“Gənc istedadlar” liseyinin 7 şagirdi qızıl və gümüş nişanla təltif olunub.17.07.2025 - 09:30
Qabiliyyət imtahanlarına dair vacib məlumat – buraxılış vərəqələri hazırdır.17.07.2025 - 09:20
Sabaha gözlənilən hava: İsti və əsasən yağmursuz olacaq17.07.2025 - 09:10
Lənkəran Dövlət Universiteti “QS Stars” qiymətləndirməsində 3 ulduz alıb17.07.2025 - 09:00
Şimal-qərb bölgəsinin 15 məzunu qızıl və gümüş nişana layiq görülüb17.07.2025 - 07:20