Təhsil 365 - Logo Mobile

Bakı Mühəndislik Universitetinin bu ilin ən yüksək nəticə göstərən tələbəsi

8115.07.2025 - 12:35
Bakı Mühəndislik Universitetinin bu ilin ən yüksək nəticə göstərən tələbəsi

Bakı Mühəndislik Universitetinin (BMU) informasiya texnologiyaları ixtisasından məzun olan Səidə Ərəbova 98.94 balla 2025-ci il üzrə ali məktəbin birincisidir.

Universitetdən “Tehsil365”-ə bildirilib ki, Bakının Xəzər rayonu Mərdəkan qəsəbəsi Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanı müvəffəqiyyətlə bitirən Səidə Ərəbovanın ilk ali təhsil yolu Azərbaycan Tibb Universitetindən (ATU) başlayıb. 2013-cü ildə Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinə keçirdiyi qəbul imtahanlarında 635 bal toplayaraq ATU-nun müalicə işi ixtisasına ödənişli əsaslarla qəbul olub. 2019-cu ildə həmin universiteti uğurla başa vurub, lakin informasiya texnologiyalarının sürətlə inkişaf etməsi, həyatımızın ayrılmaz bir parçasına çevrilməsi onda innovativ sahələrə güclü maraq oyadıb və dövlətimizin verdiyi imkanlardan yararlanaraq ikinci ali təhsil almaq qərarına gəlib. Bu dəfə I ixtisas qrupuna müstəqil şəkildə hazırlaşaraq 2021-ci ildə keçirilən imtahanlarda 541.8 bal toplayıb və BMU-nun informasiya texnologiyaları ixtisasına qəbul olub.

BMU-nun tələbəyə yanaşması, müasir və keyfiyyətli təhsil imkanları, elmi-pedaqoji heyətinin peşəkarlığından məmnun qalan Səidə Ərəbova belə bir mühitdə dərslərinə həvəslə çalışıb və universitet birincisi kimi məzun olmağı bacarıb.

O, təhsil aldığı dövrdə yüksək fəallığı və bir sıra uğurları ilə seçilib. Belə ki, İnnovasiyalar mərkəzi, “Bilişim Vadisi Bakı” və “Saha Robotics”in təşkil etdiyi robotik kodlama düşərgəsində iştirak edib. Sonra “Azərbaycan 2030 və dayanıqlı inkişaf” tələbə müsabiqəsinə qatılıb. “Girls Code” platformasının təşkil etdiyi təqaüd proqramının qalibi olub və tam təqaüdlə “Data Science” təhsili alıb. Əlavə olaraq İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “StrategEast” və “Oracle”ın təşkil etdiyi “Digital Level Up” proqramının “Data Science” modulu üzrə iştirakçısı olub. Oracle-ın “Data Science” professional sertifikatını əldə edib. Eləcə də “Pasha Hub”ın təşkil etdiyi “Future Shapers” proqramının finalçısı olub. Keçən ay “AIAcademy”də “AI engineer” kursu üçün tam təqaüd qazanıb. Karyerasını süni intellekt sahəsində qurmağı planlaşdıran BMU birincisi hazırda nüfuzlu özəl şirkətdə süni intellekt üzrə təcrübə keçir.

Səidə Ərəbova təhsilindəki uğurlarında əvəzsiz rolu olan obyektiv, qayğıkeş müəllimlərinə, heç zaman dəstəyini ondan əsirgəməyən ailəsinə minnətdarlıq edir və karyera yolunun uğurlu başlayacağına, suverenliyi tam təmin edilmiş qalib dövlətimizə faydalı olacağına dərindən inanır.

Aysun Mahmudova

Xəbər Lenti

Xalq Artisti Telman Adıgözəlovun doğum günüdür17.07.2025 - 18:50
Magistratura ixtisas seçimlərinin nəticələri bazar ertəsi açıqlanacaq17.07.2025 - 18:40
Səhnəni erkən tərk edən, gömrük polkovniki olan müğənni: "Alim Qasımova dərs demişəm"17.07.2025 - 18:30
Azərbaycan İlahiyyat İnstitutu – Gələcəyin peşəkar ilahiyyatçıları burada yetişir17.07.2025 - 17:40
Qarabağ Universitetinin psixologiya tələbələri psixoloji mərkəzlərdə təcrübə keçiblər17.07.2025 - 17:35
Barselona Musiqi Muzeyinə Azərbaycan kamançası hədiyyə edilib17.07.2025 - 17:21
Azərbaycan 3 böyük komitəyə üzv seçilib17.07.2025 - 17:10
Bu dəfə ən yüksək balı onlar topladı17.07.2025 - 17:06
II və III ixtisas qrupları üzrə ikinci cəhd qəbul imtahanlarının nəticələri açıqlanıb17.07.2025 - 16:48
“QS Stars” reytinqi: LDU 3 ulduzla dəyərləndirildi17.07.2025 - 16:43
Ağdaşda kanalda batmış yeniyetmənin meyiti tapılıb17.07.2025 - 16:00
Gəncədə 7 yaşlı uşaq attraksiondan yıxılaraq xəsarət alıb17.07.2025 - 15:50
Ağdaşda yeniyetmə qız su kanalında boğularaq həyatını itirib17.07.2025 - 15:40
İdman Akademiyası və Koventri Universiteti birgə təhsil proqramları üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçirib17.07.2025 - 15:30
ADA Universiteti dövlət sifarişi əsasında tələbə qəbuluna start verir17.07.2025 - 15:20
Pedaqoji Universitet ali məktəblər sərgisində təmsil olunacaq17.07.2025 - 15:10
Məktəblərdə tədris ilinin yekunlarına dair iclaslar təşkil olunur17.07.2025 - 15:00
Masallı gəncləri bir araya gəlir – II Regional Festival baş tutacaq17.07.2025 - 13:50
Kitabxana statistikası: ADPU-nun Mərkəzi 6 ayda 50 min istifadəçiyə xidmət göstərib17.07.2025 - 13:40
BMU-İNHA ikili diplom proqramının ikinci məzun buraxılışı baş tutub17.07.2025 - 13:30
“Milli yaddaş və mətbuat” mövzusunda elmi sessiya – Folklor İnstitutunda müzakirə17.07.2025 - 13:20
BANM rektoru abituriyentlərlə görüş keçirib17.07.2025 - 13:10
Rektor: “ADA Universitetində tələbələrin 30 faizi ödənişsiz təhsil alır”17.07.2025 - 13:00
Şəhid övladları üçün BDU-da tanıtım turu təşkil olunub17.07.2025 - 12:30
“ADA Universiteti ilk dəfə dövlət sifarişli yerlər ayırır – ümumilikdə 180 yer”17.07.2025 - 12:15
Sabir Rüstəmxanlının “Ömür kitabı” Avropada təqdim edildi17.07.2025 - 12:05
Şəhid övladları üçün BDU-da məlumatlandırma turları təşkil olunub-FOTO17.07.2025 - 12:00
Tarixə bir baxış: Xətaidə “Əkinçi” qəzetinin 150 illik yubileyi-FOTO17.07.2025 - 11:50
Qadın məzunların sayı LDPTM‑də ilk dəfə 50 faizə yüksəldi17.07.2025 - 11:45
BDU Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin sərgisində təmsil olunacaq17.07.2025 - 11:40
AMEA‑da aparılan multidisiplinar tədqiqatların beynəlxalq aləmdə əks-sədası17.07.2025 - 11:30
Huawei BDU-da rəqəmsal idarəetmə üzrə təqdimat keçirdi- FOTO17.07.2025 - 11:20
Bu dəfə Dəniz...17.07.2025 - 11:10
Nazir məzunların qızıl və gümüş nişanla təltif edilməsi ilə bağlı əmr imzalayıb17.07.2025 - 11:00
İstilər pik həddə çatır – Həftəsonu hava necə olacaq?17.07.2025 - 10:50
Samuxda Uşaq Bağçasında Yanğın Baş Verib.17.07.2025 - 10:50
Peşə Təhsili Müəssisələrinə Qəbul İyul-Avqustda Aparılacaq.17.07.2025 - 10:40
DİM Qiymətləndirmə Üzrə Namizədlər üçün Test İmtahanı Keçirir.17.07.2025 - 10:30
Professor Xəlil Yusiflinin 90 illik yubileyi Gənclər Kitabxanasında anılıb.17.07.2025 - 10:20
Şəhid Azad Abbasovun xatirəsinə həsr olunan “Azad” romanı işıq üzü görüb.17.07.2025 - 10:10
AMEA-da “Azərbaycan Mətbuatının İnkişafı” Konfransı Keçirilib17.07.2025 - 10:00
Azərbaycanda İlk Beynəlxalq Mini-MBA Proqramı UNEC-də Başlayır17.07.2025 - 09:50
Azərbaycan mətbuatı: 150 il və “Elm və həyat” jurnalının fəaliyyəti.17.07.2025 - 09:40
“Gənc istedadlar” liseyinin 7 şagirdi qızıl və gümüş nişanla təltif olunub.17.07.2025 - 09:30
Qabiliyyət imtahanlarına dair vacib məlumat – buraxılış vərəqələri hazırdır.17.07.2025 - 09:20
Sabaha gözlənilən hava: İsti və əsasən yağmursuz olacaq17.07.2025 - 09:10
Lənkəran Dövlət Universiteti “QS Stars” qiymətləndirməsində 3 ulduz alıb17.07.2025 - 09:00
Şimal-qərb bölgəsinin 15 məzunu qızıl və gümüş nişana layiq görülüb17.07.2025 - 07:20