Təhsil 365 - Logo Mobile

Kamil palançı, yoxsa yarımçıq papaqçı?

3818.09.2023 - 13:35
Kamil palançı, yoxsa yarımçıq papaqçı?

Hər bir xalqın varlığı onun dilidir. Bu baxımdan deyə bilərik ki, necə ki, cəmiyyəti və onun mənsub olduğu dövləti dili olmadan təsəvvür edə bilmiriksə, çağdaş dövrü də jurnalistikasız düşünmək çətindir. Çünki jurnalistika dilə bağlı ixtisasdır.  

Məlum həqiqətdir ki, texnologiyanın sürətli inkişafı bütün sahələrdə zaman-zaman müəyyən boşluqlar yaradıb. Bunu daha çox internetin bol olduğu, hər kəsin az qala "jurnalist"ə çevrildiyi bugünümüzdə elə jurnalistika sahəsinə də aid etmək olar. 

Jurnalistikanı bəziləri peşə, digərləri sənət adlandırır. Ulu öndər Heydər Əliyev jurnalistikanı sənət adlandırıb demişdi: "Jurnalistika böyük zəhmət, xüsusi səy, professional yanaşma, hadisələri operativ qiymətləndirmək və prosesləri düzgün analiz bacarığı tələb edən sənətdir".

Bu sahə xalqa xidmət üçün yaranıb. Amma müasir dövrdə, Azərbaycanda bu peşənin fəaliyyətinə və inkişafına mane törədən məqamlar var.

Bunlardan biri və ən mühümü hazırda jurnalistika ilə blogerliyin bir-birinə qarışmasıdır. Jurnalist o şəxsdir ki, baş vermiş hadisəni cəmiyyətə çatdırır. Amma o bu zaman çox məqamlara diqqət etməlidir. İlk növbədə, jurnalist danışa bildiyi qədər dinləyə də bilməlidir. Hadisə yerində məsul şəxslərdən, şahidlərdən əldə etdiyi məlumatları və öz müşahidələrini cəmiyyətə birbaşa çatdırarkən obyektiv, yəni tərəfsiz və balanslı olmalıdır. Amma jurnalistin işi bununla məhdudlaşmır. O, fəaliyyəti zamanı çaşdırıcı məqamlarla, başqa sözlə dezinformasiyalarla qarşılaşa bilər. Buna görə də müəyyən mənada jurnalistin işini çətinləşdirmək yox, ona da kömək olmaq lazımdır. Çünki jurnalist cəmiyyətin problemlərini və istəklərini işıqlandırmaq üçün var. O, xalqla dövlət arasında balans yaradır. Onun işinə hər hansı bir vasitə ilə mane törətmək və məlumat əldə etmək hüququnu məhdudlaşdırmaq, yaxud da bu istiqamətdə başqa yollarla qarışıqlıq yaratmaq təkcə jurnalisti yox, cəmiyyəti də kölgədə qoymaqdır. Bununla bağlı, yəni jurnalistin informasiya əldə etmək hüququ barədə  "Media haqqında Azərbaycan Respublikasının Qanunu"nun 17-ci maddəsinin birinci bəndində deyilir: 
"Media subyektləri və jurnalistlər cəmiyyətdəki ictimai, siyasi, sosial və iqtisadi vəziyyət haqqında, dövlət orqanlarının (qurumlarının), bələdiyyələrin, müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə düzgün informasiya almaq hüququna malikdirlər. Bu hüquq qanunla müəyyənləşdirilmiş hallardan başqa məhdudlaşdırıla bilməz".

Bu gün jurnalistlərin işini çətinləşdirən məqamlardan biri bəzi blogerlərin özlərini "jurnalist" kimi göstərmələri və ya adlandırmalarıdır. 

Blogerlər sosial şəbəkə hesabları ilə müəyyən məzmun ətrafında fəaliyyət göstərirlər. Onların işi hər hansı məsələni aydınlaşdırmaq deyil. Lakin hazırda bəzi blogerlərin özlərini jurnalistlərə "söz"də bənzətmələri xalqı çaşdıran məqamdır. Əvvəla, əgər hər hansı bir bloger özünü jurnalist hesab edirsə, ilk növbədə, jurnalistikanın peşə etikasından xəbərdar olmalıdır. İkincisi, jurnalistikanın sadəcə danışmaqdan deyil, dinləməkdən də ibarət olduğunu bilməlidir. Üçüncüsü, onlar blogerliyin tam olaraq nədən ibarət olduğunu araşdırmalı, fəaliyyət istiqamətini müəyyənləşdirməlidirlər ki, onu izləyənlər kimi izlədiklərindən, nə üçün baxdıqlarından hali olsunlar.  

Bu gün Azərbaycanın dörd bir yanında mikrofonlu birini görmək çox asandır. Çünki bu, adi bir hala çevrilib. Bütün bunların nəticəsində xalq blogerləri jurnalist kimi tanıyır və əsl jurnalist sual verib cavab almaq istəyəndə cəmiyyət sanki üz çevirir. 

Xüsusən, 44 günlük Vətən müharibəsi zamanı internetin sürəti lazımlı dərəcədə azaldılmış, sosial şəbəkələrə giriş məhdudlaşdırılmışdı. Bir jurnalist kimi bu addımı müsbət dəyərləndirmək olar. Çünki bu addım blogerlərin və ya aktiv sosial şəbəkə istifadəçilərinin fəaliyyətini qısıtladığı üçün dezinformasiyaların yaranma ehtimallarını minimal həddə endirmişdi. Bu da kifayət qədər jurnalistlərin işlərinə, çox güman ki, doğru istiqamətdə töhfə vermişdi. Çünki, xüsusən, bu dövrdə xalq özünü jurnalist adlandıran bəzi blogerlərə deyil, rəsmi qurumlara və televiziyada söylənən rəsmi məlumatlara inanmaqda idi. Əlbəttə ki, bu, ən doğru addımlardan biri idi. 

Əslində, blogerləri və jurnalistləri fərqləndirməyi təkcə cəmiyyətin boynunun borcu hesab etmək doğru olmaz. Çünki xalqa jurnalistin və blogerin kim olduğunu aydınlaşdırmaq və aşılamaq lazımdır. Bunun üçün biz – jurnalistlər, yazı adamları bu kimi halların qarşısını ala bilmək üçün öz fəaliyyətimizi jurnalistikaya yaraşan bir şəkildə davam etdirməliyik. Buna görə də hər kəs öz işini doğru bilməli və jurnalistin xalqa, xalqın jurnalistə çatmasına hər hansı yollarla mane olmamalı, çaşdırıcı məqamlar yaratmamalıdırlar.
Bir sözlə, “IV hakimiyyət” nümayəndələri "sosial şəbəkə ustadları” deyil, onlar əhali ilə işləyirlər. Onların işi xalqın mövcud problemindən reytinq qazanmaq yox, həqiqətən, xalqın probleminə çıraq olmaqdır.

Məryəm Abdullazadə, BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Elmina Muxtarlı

Xəbər Lenti

Nigeriyada dini məktəbdə YANĞIN: 17 şagird öldü05.02.2025 - 17:49
Keçmiş rektor Ali Məhkəmədə UDUZDU05.02.2025 - 17:35
BDU-nun tələbə jurnalı Kaliforniya Universitetinin Berkli kitabxanasının fonduna daxil edilib05.02.2025 - 17:18
Qulaqlarda cingiltinin səbəbləri nələrdir? - Həkimdən AÇIQLAMA05.02.2025 - 17:05
15 yaşlı məktəbli niyə ölüb?05.02.2025 - 16:38
Gömrük Akademiyasında təqüdlər ödənilmir?05.02.2025 - 16:26
Mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq05.02.2025 - 16:12
"ChatGPT" yaradıcısından möhtəşəm yenilik: Smartfonları əvəz edəcək qadcet hazırlanır05.02.2025 - 15:59
BDU-nun tələbə jurnalı Kaliforniya Universitetinin Berkli kitabxanasının fonduna daxil edilib05.02.2025 - 15:45
Mədəniyyət və incəsənət xadimləri dahi bəstəkar Qara Qarayevin xatirəsini anıblar - FOTO05.02.2025 - 15:34
MTV və Dünya TV-nin yayımı 3 saatlıq dayandırıldı05.02.2025 - 15:20
"Daha sərbəst" akademik müzakirə layihəsinə start verildi05.02.2025 - 15:05
Akademik Yusif Məmmədovun 75 illik yubileyi qeyd olunub - FOTO05.02.2025 - 14:54
Davos 2025: Texnologiya əsrində ali təhsilin transformasiyası 05.02.2025 - 14:39
Yeni qeyri-adi tipli kvant hissəcikləri kəşf edilib05.02.2025 - 14:26
Şəki-Zaqatalada 2 məktəbin binası yenilənəcək05.02.2025 - 14:14
Azərbaycanda professor vəfat etdi - FOTO05.02.2025 - 14:03
Məktəbdənkənar təhsilə elektron qeydiyyat başa çatıb05.02.2025 - 13:50
AzMİU-da Məzunlar Assosiasiyasının təsis yığıncağı keçiriləcək05.02.2025 - 13:36
Agentlik: Əlilliyi olan 121 gənc peşə hazırlığına cəlb olunub 05.02.2025 - 13:22
DİM imtahan rəhbərləri və nəzarətçiləri mükafatlandırıb - FOTO05.02.2025 - 13:13
Mərkəzi Elmi Kitabxananın 100 illiyinə hazırlıq məsələləri müzakirə olunub05.02.2025 - 13:00
Samux məktəbindəki davamiyyətlə bağlı AÇIQLAMA05.02.2025 - 12:48
Builki magistratura imtahanının modelində dəyişiklik varmı?05.02.2025 - 12:39
BDU-da qış imtahan sessiyası başa çatdı05.02.2025 - 12:26
Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə nümayiş olunur05.02.2025 - 12:14
Dendrologiya İnstitutu şagirdlər və tələbələr arasında “Bilik yarışı” elan edib05.02.2025 - 12:05
Dərs zamanı halı pisləşən şagird öldü05.02.2025 - 11:56
İraqda 9 yaşlı uşaqların evlənməsi ləğv edildi 05.02.2025 - 11:49
Şuşada STEAM Mərkəzi fəaliyyətə başlayıb05.02.2025 - 11:35
Dövlət qulluğu vəzifələri üzrə müsabiqənin test imtahanına qeydiyyat aparılır05.02.2025 - 11:23
UNEC ilə “AWE Consulting” şirkəti arasında memorandum imzalanıb - FOTO05.02.2025 - 11:12
Şagirdlərin 8 layihəsi “Sabahın alimləri” müsabiqəsinin finalına vəsiqə qazanıb05.02.2025 - 11:02
Televiziya verilişlərində işarət dilinin istifadəsi nəzərdə tutulur05.02.2025 - 10:47
Azərbaycan Universiteti ilə QS Agentliyi arasında müqavilə imzalandı - FOTO05.02.2025 - 10:34
Doktorantura və dissertantura səviyyəsində qəbul üçün hansı imtahanlar keçirilir?05.02.2025 - 10:23
Xarici diplomla dövlət qulluğunda iştirak etmək mümkündürmü? - CAVAB05.02.2025 - 10:11
Buraxılış imtahanında şagirdlərə xarici dil seçimində sərbəstlik verilirmi? - RƏSMİ05.02.2025 - 09:58
Magistraturaya qəbul olan oğlanların NƏZƏRİNƏ05.02.2025 - 09:45
İlon Mask ABŞ Təhsil Nazirliyini nəzarətə götürür05.02.2025 - 09:31
“Azərbaycan ədəbiyyatı tarixində Gəncə” mövzusunda respublika elmi-nəzəri konfransı keçiriləcək05.02.2025 - 09:20
Milli Kitabxanada “Xalq artisti Polad Bülbüloğlu” adlı sərgi istifadəçilərə təqdim olunub05.02.2025 - 09:09
Eksternat imtahanlarının nəticələri AÇIQLANDI05.02.2025 - 08:58
Yaqub Mahmudovun 86 yaşı tamam olur05.02.2025 - 08:48
Əlibaba Məmmədovun doğum günüdür05.02.2025 - 08:34
Şotlandiyanın Aberdin Universitetində Azərbaycan mədəniyyəti tanıdılıb05.02.2025 - 08:20
Niderlandın ən yaxşı layihəsi BANM tələbələri tərəfindən təqdim olunub05.02.2025 - 08:08
BDU-nun kafedralarında boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edilir05.02.2025 - 07:45